"Şəxsiyyət, Cəmiyyət və Dövlət XXI əsrdə: Qlobal Çağırışlar və İnkişaf Perspektivləri" BEYNƏLXALQ KONFRANSI

Ümummilli Lider Heydər Əliyevin 100 illik Yubileyinə həsr olunmuş “Şəxsiyyət, Cəmiyyət və Dövlət XXI əsrdə: Qlobal Çağırışlar və İnkişaf Perspektivləri” mövzusunda SOSİAL ELMLƏR ÜZRƏ BEYNƏLXALQ FƏNLƏRARASI ELMİ KONFRANS İİSCSS-2023

 

Hörmətli həmkarlar!

Azərbaycanın paytaxtı gözəl Bakı şəhərində Azərbaycan elminin və təhsilinin flaqmanı olan Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Sosiologiya kafedrasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik Yubileyinə həsr olunmuş “Şəxsiyyət, Cəmiyyət və Dövlət XXI əsrdə: Qlobal Çağırışlar və İnkişaf Perspektivləri” mövzusunda Sosial elmlər üzrə Beynəlxalq fənlərarası elmi konfrans 05-06 oktyabr 2023-ci il tarixlərində keçiriləcək. Ölkəmizin bu gün dünya üçün siyasi, iqtisadi, sosial və mədəni cəhətdən həqiqi maraq kəsb etməsi, onun Cənubi Qafqazda sözün əsl mənasında güc mərkəzinə çevrilməsi gələcək inkişaf üçün regionda və qlobal aləmdə baş verən proseslərin və mövcud problemlərin ciddi elmi təhlilini, izahını və perspektivlərininin müəyyənləşdiriliməsini zəruri edir. Bütün bunlar Azərbaycan cəmiyyətinin inkişaf prosesləri fonunda daha da aktuallıq kəsb edir. Konfransın keçirilməsində əsas məqsəd sosial elmlərin bütün istiqamətləri üzrə aktual problemlərin müzakirəsi, qarşılıqlı təcrübə mübadiləsi, müxtəlif ölkələrin alim və tədqiqatçılarının araşdırmalarının nəticələrinin məruzə edilməsi, fikir mübadiləsinin aparılması, onların geniş beynəlxalq elmi auditoriyaya çatdırılması və bundan sonra davamlı olaraq elmi əlaqələri genişləndirmək və qarşılıqlı fəaliyyətləri davam etdirməkidir. Konfransda bir sıra xarici ölkələrdən, habelə respublikamızdan öz sahələrində tanınmış elm adamlarının, mütəxəssislərin iştirakı gözlənilir.

Konfransa təqdim olunan tezislər və tam məqalələr Elmi Komitənin üzvləri tərəfindən müsbət qiymətləndirilərsə, Konfransın saytında elektron kitablar halında yayınlanması planlaşdırılır. Bundan başqa müəlliflərin istəyinə görə tam məqalələrin müxtəlif İndeksli Beynəlxalq  jurnallarda (Jurnalın Redaksiya heyətinin və xarici rəyçilərin müsbət rəyindən sonra) çap olunması nəzərdə tutulur.

Sizi Sosial elmlər üzrə Beynəlxalq fənlərarası elmi konfransda aramızda görməyə çox şad olarıq!

Əlaqə
Bakı Dövlət Universiteti, II korpus 9-cu mərtəbə, 900-cü otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 23, AZ 1148
Tel.: (+99412) 5390241 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət