Tələbə həyatı

Sosial elmlər və psixologiya fakültəsində tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif tədbirlər keçirilir. Bu məqsədlə mütəmadi olaraq Bakı Dövlət Universitetinin Quba Tədris-təcrübə və istirahət mərkəzinə, eyni zamanda paytaxt və regionlarda yerləşən muzeylərə, tarixi abidələrin yerləşdiyi məkanlara ekskursiyalar təşkil edilir. Son dövrlər Universitetdə tələbələrin hərtərəfli inkişafı üçün xüsusilə geniş şərait yaradılmışdır. Bu gün Bakı Dövlət Universitetində  fəaliyyət göstərən İdman-sağlamlıq mərkəzi, Mədəniyyət-yaradıcılıq mərkəzi, Psixoloji yardım sektoru kimi təsisatlar tələbələrin fiziki və əqli cəhətdən sağlam inkişafı ilə yanaşı, onların istirahətinin də təmin edilməsinə hesablanmışdır. Sosial elmlər və psixologiya fakültəsinin tələbələri yaradılan şəraitdən bəhrələnərək universitetin mədəni, ictimai, sosial həyatında aktiv iştirak edirlər. Fakültənin oğlanlardan ibarət futbol komandası hər il universitetdaxili çempionatda çıxış edir.

İdman-sağlamlıq Mərkəzinin Stolüstü Tennis klubunda Sosial elmlər və psixologiya fakültəsinin tələbələri çoxluq təşkil edir, düşüncə və diqqət tələb edən bu idman növünün sirlərinə yiyələnirlər. Tələbəlimiz həmçinin idmanın voleybol, basketbol, badminton və şahmat kimi növləri ilə məşğul olurlar. Fakültədə mütəmadi olaraq intellektual oyunlar və müxtəlif elmi-sosial müsabiqələr  keçirilir. Eyni zamanda ölkədə fəaliyyət göstərən psixologiya profilli elmi-tətqiqat müəssisələri və institutları ilə əməkdaşlıq həyata keçirilir. Sosial elmlər və psixologiya fakültəsinin əməkdaş və tələbələri ölkəmizin və universitetin ictimai həyatında fəal iştirak edirlər. Fakültənin professor-müəllim heyəti gənc nəslin yetişdirilməsində, onların elmi-tədqiqata cəlb edilməsində, eləcə də dövlətçilik, vətənpərvərlik mövzularında sosial tərbiyə yönümlü işlər aparırlar.

Əlaqə
Bakı Dövlət Universiteti, II korpus 9-cu mərtəbə, 900-cü otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 23, AZ 1148
Tel.: (+99412) 5390241 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət