Ölkədaxili əməkdaşlıq

Sosial elmlər və psixologiya fakültəsi cəmiyyətin bir neçə humanitar və sosial sahələri üzrə, təhsilin bütün pillərinə uyğun olaraq mütəxəssis hazırlayır. 30 ildən artıqbir müddət  ərzində ixtisaslarda, kontingentdə və proqramların məzmunu və strukturunda dəyişikliklər olub  ki, bu da elmin və təhsilin müasir tələblərin nəzərə alınması ilə bağlıdır. Faktlar göstərir ki, müxtəlif proqramlara qəbul olunan təhsilalanların ball göstəricilərinə həmin peşənin cəmiyyətdə prestijli olub-olmaması, valideynlərin və tanışların tövsiyələri, BDU-nun dövlət təhsil müəssisəsinin olması, bu ali məktəbin digərlərin sırasında müəyyən dərəcədə daha cazibəli olması təsir edir. Bu baxımından elm və təhsil, təhsil və təcrübə sahələrinin qarşılıqlı əlaqələrinin artırılması, onun tətbiqi aspektinin nəzərə alınması olduqca vacibdir.

Elmi-tədqiqat və pedaqoji təcrübənin həyata keçirilməsində universitetdən kənar təşkilat və idarələr (profilinə uyğun) müraciət olunur. Bununla bağlı universitet rəhbərliyi səviyyəsində müvafiq müqavilələr və memorandumlar imzalanır və həyata keçirilir.

Hal-hazırda Sosial elmlər və psixologiya fakültəsinin kollektivi Respublikamızın sosial və humanitar yönümlü müəssisə, təşkilat və idarələri ilə çoxşaxəli əlaqələrin yaradılması işini davam etməkdədir. Bakı Dövlət Universiteti tərəfindən bağlanmış memorandumlar və razılaşmalar əsasında hər il elmi-praktik tədbirlər həyata keçirilir. Bunların məqsədi tədrisin və elmi fəaliyyətin keyfiyyətinin artırılması, müasir dövrün mütərəqqi inkişafına cavab verən mütəxəssis kadrlarının hazırlanmasıdır. Fakültədə tədris olunan bir çox fənlər real həyatla, burada öz həllini gözləyən məsələlərlə sıx bağlıdır. Bunu nəzərə alaraq universitetin rəhbərliyi tələbələrin əldə etdiyi biliklərin real təcrübə şəraitində aprobasiyadan keçirilməsini təmin etməyə çalışır. Hal-hazırda fakültə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi, Mediasiya Şurası, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamenti, DOST İnklusiv Yaradıcılıq və İnkişaf Mərkəzi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi, Sosial Tədqiqatlar Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq edir.

Həm də ali məktəblərarası konfranslar keçirilir, müxtəlif ali məktəblərdən tədris prosesinə tədris planına uyğun zəruri kadrlar cəlb edilir.

 

10

 

 

 

 

 

 

 

 

                                          

Əlaqə
Bakı Dövlət Universiteti, II korpus 9-cu mərtəbə, 900-cü otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 23, AZ 1148
Tel.: (+99412) 5390241 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət