Fakültə Elmi Şurası fakültənin strukturunu formalaşdırır. Kafedra müdiri və fakültədə çalışan professor-müəllim heyətinin seçkisini keçirir. Tədrisə və elmi tədqiqat işlərinin aparılma səviyyəsinə nəzarət edir. Doktorantların attestasiyasını keçirir. Elmi adların verilməsi üçün Bakı Dövlət Universitetinin Elmi Şurası qarşısında vəsatət qaldırır.