BDU-nun Sosial elmlər və psixologiya fakültəsində hazırda 1810 nəfər bakalavr, 200 nəfərə yaxın magistrant təhsil alır, 80 doktorant və 8 dissertant, 12 nəfər elmlər doktoru proqramları üzrə dissertasiya üzərində çalışır. Fakültədə tələbələrin düzgün və sistemli elmi fəaliyyətini yüksək səviyyədə təşkil etmək üçün Tələbə Elmi Cəmiyyəti (TEC) yaradılıb.
Məqsədlər:
Gənclərin elmi yaradıcılığının inkişafına kömək, mütəxəssis hazırlığı keyfiyyətinin yüksəldilməsi, elmi və elmi-pedaqoji kadr ehtiyatının formalaşdırılmasıdır.
Vəzifələr:
∼ universitet təhsilinin ilk mərhələlərində tələbələri elmə cəlb etmək;
∼ elm və təcrübə vəhdəti prinsipinə uyğun olaraq tələbələr arasında müxtəlif elmi yaradıcılıq formalarının təbliği, yeni biliklərin yaradılması üçün əsas kimi fundamental tədqiqatlara marağı formalaşdırmaq və inkişaf etdirmək;
∼ tələbələrə tədqiqat problemlərinin müstəqil həll üsullarını və vasitələrini öyrətmək, tədqiqat mədə
niyyəti, tədqiqat fəaliyyətinin metodologiyası və metodikasına yiyələnməsini təşviq etmək;
∼ doktoranturada təhsillərini davam etdirmək üçün tədqiqat işləri ilə fəal şəkildə məşğul olan ən perspektivli tələbələrin seçilməsini təmin etmək;
∼ Tələbələrin elmi yaradıcılıq nəticələrinin nəşrdə, elmdə və praktikada həyata keçirilməsində, universitetdaxili tələbə elmi müsabiqələrinin, konfransların, dəyirmi masaların təşkilində və keçirilməsində iştirak etmək;
∼ həm universitetdə, həm də onun hüdudlarından kənarda elmi həyat hadisələri (konfranslar, elmi əsərlər müsabiqələri, elmi seminarlar və s.) haqqında tələbələri məlumatlandıran təsirli sistem yaratmaq və tətbiq etmək;
∼ Universitet strukturlarında tədqiqat işi ilə məşğul olan tələbə və doktorantların maraqlarını təmsil etmək və qorumaq;
∼ TEC fəaliyyətini mediada və Internetdə işıqlandırılmaq;
∼ digər universitetlərin TEC ilə iş birliyinin həyata keçirilməsi, işlərinə qabaqcıl forma və metodların tətbiqi məqsədilə tədqiqat işinin təşkili ilə bağlı yerli və xarici təcrübənin öyrənilməsini təmin etmək.
Hər il savadlı, elmi axtarışlara meyilli tələbələr cəmiyyət sıralarına qəbul olunurlar. Müxtəlif kurs tələbələri öz istəklərinə uyğun elmi-tədqiqat işi aparmaq üçün uyğun kafedralara yönləndirilirlər.
Hazırda cəmiyyətin 100 nəfərdən çox üzvi var, bu tələbələrin əksəriyyətini I-III kurs tələbələri təşkil edir. Bu da tələbələrin ildən-ilə elmə marağının artmasının əyani göstəricisidir.
TEC mütəmadi olaraq tələbələrin elmi diskussiyaya cəlb edilməsində mühüm rol oynayan elmi seminarlar təşkil edir. Bu seminarlarda tələbələr elmi mövzular ətrafında fikir mübadiləsi aparır, yeni ədəbiyyatlarla, elmi məqalələrlə tanış olurlar.
Fakültə Tələbə Elmi Cəmiyyətinin heyəti:
- Elmi tədqiqatlar üzrə baş müavin - Kərimov Elkin Elçin oğlu
- Təşkilati məsələlər üzrə sədr müavini - Quluzadə Rufiz Hafiz oğlu
- Sosial məsələlər üzrə sədr müavini - Ağazadə Fidan Ənvər qızı
Fakültə Tələbə Elmi Cəmiyyətinin idarə heyəti:
- Qarayeva Aidə
- Əliyeva Xəzəl
- Balışova Ayşə
- Qafarov Amin