Fakültənin tarixi

 Bakı Dövlət Universiteti yarandığı gündən ölkəmizi yüksək ixtisaslı mütəxəssislərlə təmin etmək üçün, daima yeni – yeni ixtisasların açılmasına üstünlük verib. Bu istiqamətdə, 1990-cı ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin tərkibində sosiologiya (Azərbaycan və rus bölmələri) və tarix-psixologiya, tarix və sosial-psixologiya, tarix-etnopsixologiya (Azərbaycan bölməsi) ixtisaslarına tələbə qəbulu keçirilib. Bir il sonra həmin ixtisasların (sosiologiya və psixologiya) bazasında, habelə fəlsəfə və iqtisadi nəzəriyyə ixtisaslarından ibarət yeni fakültə – Sosial elmlər və psixologiya fakültəsi yaradılıb. 80-ci illərin axırı, 90-cı illərin əvvəllərində ölkəmizdə baş verən sosial-siyasi hadisələr, sosial-siyasi münasibətlər nəzəriyyəsi ixtisası üzrə kadr hazırlığına ehtiyac yaradırdı. Həmin təlabatı ödəmək məqsədi ilə Sosial elmlər və psixologiya fakültəsində 1992–ci ildə sosial-siyasi münasibətlər nəzəriyyəsi ixtisası (sonralar bu ixtisas politologiya adlandırılmışdır) üzrə tələbə qəbulu keçirilib. Beləliklə, universitetdə beş yeni ixtisas üzrə kadr hazırlayan mürəkkəb quruluşlu tədris-elm strukturu - Sosial elmlər və psixologiya fakültəsi təşəkkül tapıb.Sosiologiya kafedrasının iclası

Psixologiya elmləri doktoru, Əməkdar elm xadimi professor Bayramov Əkbər Salman oğlu fakültənin ilk dekanı olub və 20 noyabr 1992-ci ilədək bu vəzifədə işləyib. Həmin vaxtdan 2006–cı il dekabrPsixologiya kafedrasının iclası ayına qədər fakültəyə fəlsəfə elmləri namizədi, dosent Vahidov Fazil Qulammirzə oğlu rəhbərlik edib. 2006-cı ilin dekabr ayında pedaqoji elmlər doktoru professor Əlizadə Hikmət Əbdül oğlu fakültə dekanı seçilib. 2022-ci ildən fakültəyə dosent Rövşən Cavadov rəhbərlik edir. Fakültə yaradılarkən onun bilavasitə tabeliyində bir kafedra – fəlsəfə və sosiologiya kafedrası olub. Sonradan fakültə hazırladığı ixtisaslara uyğun olaraq, öz fəaliyyətini bu kafedra ilə yanaşı, 1992-ci ildə ixtisas-buraxılış kafedralarına çevrilən daha üç ümumuniversitet kafedrasının (psixologiya, iqtisadiyyat, politologiya və sosiologiya kafedraları) bazasında təşkil edib. 1999-cu ilin iyununda fakültənin daha səmərəli işləməsi və təşkilati baxımdan möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb: BDU rektorunun əmri ilə psixologiya, pedaqogika, politologiya və sosiologiya, iqtisadiyyat, fəlsəfə tarixi və mədəniyyətşünaslıq, təbiət fakültələri üzrə fəlsəfə, humanitar fakültələr üzrə fəlsəfə kafedraları Sosial elmlər və psixologiya fakültəsinin tərkibinə daxil edilib.  

Pedaqogika kafedrasının iclası30 il ərzində fakültə bir çox xarici ali məktəblərlə, beynəlxalq təşkilatlarla əlaqələr yaradıb, sosial və humanitar sahələr üzrə təhsilin metodoloji və nəzəri əsaslarını formalaşdırıb. Fakültənin kollektivi bir çox elmi və tədris istiqamətlər üzrə elmi tədqiqatlar aparıb, cəmiyyətin təfəkkür mədəniyyətini formalaşdırmağa çalışıb. Fakültənin fəaliyyəti nəticəsində sosiologiya, fəlsəfə, korreksion pedaqogika, psixologiya, sosial iş sahələri bir elm və peşə olaraq təşəkkül tapmış, yaşadığımız dövrümüzün tələblərinə uyğun inkişafa nail olmuşlar. Fakültə çətin və şərəfli inkişaf yolu keçmişdir və nəticədə sosiologiya, fəlsəfə, psixologiya, pedaqogika sahələri üzrə cəmiyyətimizin mənəvi-mədəni və bütövlükdə sosial inkişafın ayrılmaz tərkib hissəsinə çevrilib. Fakültə tədris prosesinin təkmilləşdirilməsini, tələbələrin müstəqil işlə məşğul olmasını, mütəxəssis kadrların hazırlanmasında keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasını, tədris planlarında ixtisaslar üzrə elmin müasir sahələrinin və problemlərinin öz əksini tapmasını daim diqqət mərkəzində saxlayır. Bu cəhətdən təhsilin bakalavr pilləsi üçün altı ixtisas üzrə, magistratura pilləsi üçün isə 17 ixtisaslaşma üzrə tədris planlarının hazırlanması və təkmilləşdirilməsi xüsusi qeyd olunmalıdır. Bu planların hazırlanmasında və təkmilləşdirilməsində respublika Təhsil Nazirliyinin, universitetin tədris hissəsinin, tədris-metodiki şurasının və müvafiq kafedraların təklifləri, rəyləri diqqətlə öyrənilib və nəzərə alınıb. Fakültənin Elmi Şurası və tədris-metodiki şurası bu işdə mühüm rol oynayıb, müxtəlif variantları hərtərəfli müzakirə edib, Avropa-Asiya Universitetləri Assosiasiyasının bir sıra sənədlərindən yaradıcılıqla bəhrələniblər. Fakültədə təhsil islahatlarının aparılmasına xüsusi əhəmiyyət verilir.

Əlaqə
Bakı Dövlət Universiteti, II korpus 9-cu mərtəbə, 900-cü otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 23, AZ 1148
Tel.: (+99412) 5390241 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət