Sosial elmlər və psixologiya fakültəsinin professor müəllim heyyəti bölgəmizin bir çox ali məktəb və elmi müəssisələrlə elmi əlaqələr yaratmışdır. Burada, misal üçün, "Alma mater" jurnalı, ("ALMAVEST", Rusiya), Helvetica nəşriyyatı (Ukrayna), Rusiya Şərqi Sibir Dövlət Texnologiya və İdarəetmə Universitetinin Sosial Texnologiyalar Departamenti, Rusiya Uzaq Şərq Federal Universitetinin Rus dili, ədəbiyyatı və tədris metodları kafedrası, Rusiya Balıqçılıq Donanmasının Baltik Dövlət Akademiyasının Peşəkar Təhsil nəzəriyyəsi və metodları kafedrası, Y.A. Buketov adına Qaraqanda Dövlət Universitetinin fəlsəfə və mədəniyyət nəzəriyyəsi kafedrası (Qazaxıstan), G.I. Nosov adına Magnitogorsk Dövlət Texniki Universitetinin Sosial iş və psixoloji və pedaqoji təhsil şöbəsi (Rusiya), Alfred Nobel adına Universiteti (Ukrayna), G.R. Derzhavin adına Tambov Dövlət Universitetinin Xarici Dillər və Peşəkar Ünsiyyət Kafedrası (Rusiya), "Musiqişünaslıq" jurnalı, Elmi və texniki ədəbiyyat nəşriyyatı (Rusiya), M.Draqomanov adına Milli Pedaqoji Universiteti (Ukrayna), Rusiya Ufa Dövlət Neft Texniki Universitetinin İctimai və Siyasi Kommunikasiyalar Departamenti, Mirzo Uluqbek adına Özbəkistan Milli Universiteti (Özbəkistan) və s.təhsil və elm ocaqlarını göstərmək olar.
Türkiyə Respublikasının bir çox ali məktəbləri ilə elmi və tədris-metodik əlaqələr yaradılıb, bu sırada Ankara Universiteti, Beynəlxalq Avrasiya Təhsil İşçiləri Federasiyası, Qalatasaray Universiteti, Sivas Respublika Universiteti, Yıldız Texniki Universiteti, Muğla Sıtkı Koçman Universiteti, İstanbul Universiteti, Eskişehir Osmangazi Üniversitesi, Necmettin Erbakan University, Kutbilim Derneği, İstanbul Cerrahpaşa Universiteti və s.
Birgə görülən işlər sırsında elmi konfransların təşkili və keçirilməsi, məqalələrin və birgə monoqrafiyaların nəşri, tədrisdə iştirak, ixtisasartırma məqsədilə işgüzar görüşlərin keçirilməsini göstərmək olar.
Qarşıda duran vəzifələrdən biri xarici aparıcı elmi müəssisələr və ali məktəblərlə ikili diplomların tanınması istiqamətində lazımi əlaqələrin və birgə fəaliyyətin təşkili, elmi tədqiqatlar sahəsində sosial tələbata uyğun aktual məsələlərin dərindən öyrənilməsi məqsədilə müştərək layihələrin hazırlanması və reallaşdırılmasıdır.