QISA BİOQRAFİK MƏLUMAT
1951-ci ildə 4 iyulda Kəlbəcər rayonunda anadan olub.
1968-cı ildə Bakıda Yasamal rayonu 158 nömrəli orta məktəbi bitirib.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1973 Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib.
1973-1976-cı illər “Fəlsəfə tarixi və mədəniyyətşünaslıq” kafedrasının aspirantı olmuşdur.
1981-ci ildə “Azərbaycanda şiəliyin qalıqları və onların aradan qaldırılması yolları” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
2004-cü ildə “İslam mədəniyyət sistemində (fəlsəfi – tarixi aspekt)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
2008-ci ildən – fəlsəfə elmləri doktoru, professordur
ƏMƏK FƏALİYYƏTİ
1976-1978-ci illər BDU-da saathesabı müəllim
1978-ci ildən BDU-da müəllim, baş müəllim, dosent, professor
2000-ci ildən 2015-ci ilə qədər Azərbaycan Respublikasının Milli Məclisinin (II, III və IV çağırış) deputatı, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri olmuşdur
2010-ci il noyabrın 7-də 109 saylı Balakən seçki dairəsindən deputat seçilmişdir.
MÜKAFATLAR
- 2009-cu ilin 7 mart Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Dövlət qadın siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə Diplom ilə təltif
- 2011-ci il 4 iyul tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Rəbiyyət Aslanova Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif
- 2011-ci ilin 18 oktyabr Moldova Azərbaycanlıların Kongresində “Azərbaycanın və Moldovanın müstəqilliyi- 20il.1991-2011” adlı xatirə medalı ilə təltif
- 2011-ci ilin 30 noyabr Uzun müddət səmərəli elmi-pedaqoji fəaliyyətinə, gənc nəslin yetişdirilməsindəki xidmətlərinə görə və Sosial elmlər və psixologiya fakültəsinin 20-illik yubileyi münasibəti ilə Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, professor Rəbiyyət Nurullah qızı Aslanovanın Fəxri fərman ilə təltifi
- 2012-ci ilin 27 mart MDB-in Parlamentarası Assambleya Şurasının fərmanı əsasında “MDB-in Parlamentarası Assambleyası.20 il” adlı medalı ilə təltif
- 2013-cu ilin 14 dekabr Azərbaycan müəllimlərinin XIV qurultayda mükafat ilə təltif
- 2016-cı ilin 19 dekabr Azərbaycan elminin və təhsilinin inkişafındakı xidmətlərinə, uzun müddət səmərəli elmi-pedaqoji fəaliyyətinə görə və Sosial elmlər və psixologiya fakültəsinin yaranmasının 25 illiyi münasibəti ilə təltif
- 2019-cu ilin 21 noyabr Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)Azərbaycan Respublikasının Yubiley medalı ilə təltif
- 2019-cu il 11 dekabr tarixində Türk Dünyası Araştırmaları Uluslararası İlimler Akademisi tərəfindən akademik üzvlüyə seçilmiş, Türk dünyası elminə və təhsilinə üstün xidmətlərindən dolayı "Uluslararası Altın yıldız" medalı ilə təltif edilmişdir.
- 2022-ci ilin 3 sentyabr tarixində Türkiyənin İstanbul şəhərində baş tutan “Altın Kalem Ödülleri” müsabiqəsində yazar olaraq xüsusi mükafata laiq görülmüşdür.
ELMİ TƏDQİQAT SAHƏSİ
Rəbiyyət Aslanovanın elmi-pedaqoji fəaliyyətini indiki Bakı Dövlət Universiteti ilə 50 ilə yaxın bir müddəti əhatə edən zaman bağlayır. Rəbiyyət Aslanova Azərbaycanda və xaricdə nəşr olunan 12 kitabın, 300-ə yaxın elmi məqalənin müəllifidir. Hazırda 11 fəlsəfə doktoru dissertasiya işinin elmi rəhbəri və 4 doktorluq dissertasiya işinin elmi məsləhətçisidir/ Fəlsəfə tarixi, Din tarixi, Türk xalqlarının fəlsəfi fikir tarixi, Tarix fəlsəfəsi, Şərq fəlsəfəsi, İslam fəlsəfəsi, Sivilizasiyalar tarixi, Mədəniyyət nəzəriyyəsi, İslam mədəniyyət sistemində, Etika və estetika əsas tədqiqat sahələridir.
BEYNƏLXALQ KONFRANSLARDA, SİMPOZİUM VƏ SEMİNARLARDA İŞTİRAKI
- 2007-ci il 20 avqust Şri-Lanka-Asiya və Sakit okean hövzəsi ölkələrinin qlobal problemlərə həsr olunmuş VIII beynəlxalq konqresdə iştirak və çıxış;
- 2007-ci il XXI əsr Yeni mədəniyyət məkanına inteqrasiya;
- 2007-ci il Keçid cəmiyyətlərinə demokratiya Bakı – 2007 Elmi praktik konfransda çıxış;
- 2008-ci il Mərakeşdə keçirilən „Qloballaşma və sivilizasiyaların dialoqu“ konfransı;
- 2008-ci il „Genderin qlobalizasiyası: transmilli feminizm və yeni qanunvericiliyin qarşısında duran vəzifələr“
- Malaziya, Kuala-Lumpur, 7-14 yanvar;
- 2008-ci il „Dialoq Avrasiya“ platformunun VIII konfransı „Avrasiya məkanında fəlsəfi fikrin inkişaf perspektivləri“ Türkiyə, 13-17 noyabr;
- 2008-ci il Türkdilli dövlətlərin Parlament Assambleyasında. Ortaq türk fəlsəfi irsinin araşdırılması. İstanbul, 21-22 noyabr.
- 2010-cu il. MDB Parlamentlərarası Assambleyasının Elm və Təhsil Komissiyasının sədr müavinidir. Türkiyənin İstanbul şəhərində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzinin təşkil etdiyi “Avrasiya İqtisadi Zirvəsi-2010” XIII zirvə forumunda məruzə etmişdir.
- 2016-cı il Bakı Dövlət Universiteti,Sosial elmlər və psixologiya fakültəsinin 25illik yubileyinə həsr olunmuş “Çağdaş Dövr və sosial elmlərin aktual problemləri” mövzusunda ümumrespublika elmi-praktik konfransı
- 2017-ci il 19-25 aprel/ Bakı. “Islam mədəniyyətində ümumbəşəri həmrəylik prinsipi”. “İslam həmrəyliyi 2017: Reallıqlar və perspektivlər”
- 2018-ci il 19-23 mart/ Türkiyə. Erasmus proqramı ilə Sivas Cumhuriyyet Universitetində 5 günlük mühazirə oxumaq
- 2018-ci il 2-5 may/ Türkiyə. Akdeniz Universiteti ilə EJER.in birlikdə təşkil etdiyi “V Beynəlxalq Avrasiya Təhsil Araşdırma Konqresi” iştirak və çıxış;
- 2018-ci il 5-7 may/ Türkiyə. ASEAD.ın təşkil etdiyi “III Beynəlxalq Sosial Elmlər Sempozyumu”nda iştirak və çıxış;
- 2018-ci il 5-8 iyul/Polşa. III Müasir Beynəlxalq təhsil-tədqiqat Kongresində iştirak və çıxış;
- 2018-ci il 13-20 avqust/ Çin. 24-cü Dünya Fəlsəfə Konqresində iştirak və çıxış
- 2018-ci il1-5 oktyabr tarixlərində XVIII Türk Tarih Kongresində "Türk uygarlığının kendine özgünlüğü" mövzusunda çıxış. Türkiyə
- 2019-cu il 14-17 fevral/ Türkiye-Amasya, Uluslararası ekonomi, toplum ve kültür sempozyumu
- 2019-ci il 07-10 mart / Uluslararası Sağlık toplum ve kültür sempozyumu
- 2019-cu il 14-17 mart / Türkiye-Amasya, Türk dünyası basın sempozyumu
- 2019-ci il 17 – 21aprel/ Türkiyə, Alanya,İNES, İnternational Human and Civilization Congress from Past to Future
- 2019-cu il 27-29 iyun/ V.Turkcess Uluslararası Eğitim ve Sosyal Bilimler Kongresində İnternational Education and sosial sciences congress(21.yy Becerileri/21st Century Skills) “Globallaşma dövründə fəlsəfənin tədrisinin təhsil sistemində və cəmiyyətin inkişafında yeri və rolu” adlı mövzusu ilə çıxış
- 2019-cu il 25-27 iyul/Germany-Frankfurt, - 5th İnternational Contemporary Educational Researh Congress 5.Uluslararası Çağdaş Eğitim Araştırmaları Kongresi Theory and Practise in Education “Eğitimde Kuram ve Uygulama”
- 2019-cu il 29 okt-02 noyabr /Türkiyə, İnternational Congress of science culture and education Abstracts book ,“Küresel gerçeklik ve insan hakları konusu felsefe açısından” mövzusu ilə çıxış
- 2019-cu il 30-31 okt/Ukrayna, Labirinths of reality İssue 1(6)Collection of scientifical works(based on materials of the VI İnternational scientific and practical conference) Under the general editorship of Doctor of Phiolosofy Science Zhurba M.A
- 2019-cu il 18-19 dekabr V.V.Bartoldun tarixi-fəlsəfi irsi və türk sivilizasiya problemi, Azərbaycanda müasir ərəbşünaslığın banisi, əməkdar elm xadimi, professor Ələsgər Məmmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika Elmi Konfransının materialları
- Bakı; Elm və təhsil 18-19.12.2019
- 2020-ci il 30 noyabr Müasir dövrdə mədəniyyətin böhranina fəlsəfi baxış, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 70 illik yubileyi münasibətilə
- keçirilmiş “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda V beynəlxalq elmi-nəzəri konfransın materialları, Bakı-Naxçıvan, 30 noyabr 2020-ci il. – Bakı: Elm və Təhsil, 2020, - 168 s.
- 2020-ci ilin 30 oktyabr - 01 noyabr İnsan hüquqları müstəvisindən qlobal gerçeklik felsefesi.VI.TURKCESS-2020. (VI. International Symposium on Educational and Social Sciences). Türkiyənin İstanbul şəhərində 30 oktyabr - 01 noyabr 2020-ci il tarixində “6.TURKCESS Eğitim ve Sosyal Bilimler Kongress”i Biruni Universitetində Bartın Universiteti ilə birgə təşkil olunmuş konfransda iştirak etmişdir. (Məruzənin tezisi Konqressin materiallarında dərc olunacaq). Türkiyə, İstanbul. /Beyn.Konf.Tezis/. s.295.Təşkilat (Elmi) Heyətin üzvü seçilmiş və konfransın təşkilində fəaliyyət göstərmişdir.
- 2021- ci il Türkdilli dövlətlərin fəlsəfi irsinin tədqiqi və tədrisi məsələləri, Историческое знание и преподавание истории в контексте эволюции национального самосознания .Материалы Международной научной конференции/ Отв.ред.Алиева С.И.-М.: НИИ ИЭП, 2021 .-463 с.
- 11-13 oktyabr 2021-ci il VI.CEAD CONGRESS-2021. Ukraynanın Dnepropetrovsk şəhərində Alfred Nobel Universitetində Türkiyənin Muğla Universitetinin Egitim Fakültəsi, Polşanın Kapitan Vitold Pilecki adına Tətbiqi Elmlər Universiteti, Almaniyanın Frankfurt Tətbiqi Elmlər Universiteti ilə birgə VI.CEAD CONGRESS-2021 – “Fırsat Eşitliği için Eğitim, Hoşgörü ve Barış”/ “Education, Tolerance and Peace for Equal Opportunities” adlı VI.Çağdaş Eğitim Araştırmaları Kongressi keçirilmiş (online). Konfransın Təşkilat (Elmi Heyət) Heyətin üzvü seçilmiş və konfransın təşkilində fəaliyyət göstərmişdir
- 21-21 oktyabr 2021-ci il «Türk Halklarının Felsefi düşünce Tarihinin Araştırılması Ve Öğretilmesinin Güncel Sorunları». 4.İNCES-2021. (International Congress of Science Culture and Education). Türkiyənin Alaniya şəhərində Akdeniz Universiteti, Selcuk Universiteti və s. birgə İNCES-2021 “Bilim, Kültür ve Eğitim Kongresi” hibrit (onlayn/ənənəvi) konfrans keçirilmişdir. Konfransın Təşkilat (Elmi)Heyətin üzvü seçilmiş və konfransın təşkilində fəaliyyət göstərmişdir.
- 2021-ci ilin 23-24 dekabr Nizami Gəncəvinin tarixi-fəlsəfi görüşləri, Bakı Dövlət Universiteti və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının
- birgə təşkilatçılığı ilə “Böyük Azərbaycan şairi Nizami Gəncəvi və Şərq-Qərb ədəbi-mədəni irsi” mövzusunda beynəlxalq elmi konfrans; 143 s.
- 2022- ci il 5-6 dekabr tarixlərində Türk dünyasında kadın olmak, Uluslararası Kadın Çalışmaları Kongresində “Milli elitanın formalaşmasında qadınların rolu”- mövzusunda çıxış etmişdir. Türkiyə
- 2022-ci il 12-13 dekabr tarixlərində ХV Форум творческой и научной интеллигенции государств- участников СНГ “Гуманитарное сотрудничество- опыт тридцати лет и перспективы развития “Гуманитарные механизмы культурной интеграции” mövzusunda çıxış etmişdir. Daşkənd
- 2023-cü il 29-30 may “Доклады международной научно-практической конференции "Роль университетов в достижении целей устойчивого развития”, Национальный Университет Узбекистана имени Мирзо Улугбека “Актуальные проблемы преподавания философии в современный период” mövzusunda çıxış/ Daşkənd, Özbəkistan