QISA BİOQRAFİK MƏLUMAT
19 iyul 1977-ci ildə Bakı şəhərində anadan olub.
TƏHSİLİ, ELMİ DƏRƏCƏLƏRİ VƏ ADLARI
1997-2001 BDU-nun Sosial elmlər və psixologiya fakültəsində təhsil alıb.
2001-2003 BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin Sosial psixologiya ixtisası üzrə magistratura pilləsində təhsil alıb
2005-2009 Psixologiya kafedrasının dissertantı olmuşdur.
2014 Psixologiya üzrə fəlsəfə doktoru elmi adını almışdır.
Mövzu: “Miqrantların identikliyinin formalaşmasında dəyərlərin rolu” mövzusunda dissertasiya işinin müdafiə edib.
2017 Dosent əvəzi
2018-2022 Sosial və pedaqoji psixologiya kafedrasının elmlər doktoru proqramı üzrə dissertantıdır.
2019 Dosent
ƏMƏK FƏALİYYƏTİ
2004 BDU-nun Elmi-tədqiqat laboratoriyasında kiçik elmi işçi
2007 BDU-nun Psixologiya kafedrasında müəllim
2010 BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasında müəllim
2017 BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasında dosent əvəzi
2018 BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin Sosial məsələlər üzrə dekan müavini
2019 BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasında dosenti
ELMİ TƏDQİQAT SAHƏSİ
Sosial və pedaqoji psixologiya, təhsildə sosial - psixoloji xidmət
ÖLKƏDAXİLİ LAYİHƏLƏR
2010-2013 Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı fondu dəstəyi ilə Gənc alim və mütəxəssislərin qrant layihələri müsabiqəsində “Azərbaycanda 0-5 yaşlı uşaqların psixoloji qiymətləndirilməsi – DİSC (Uşaq inkişafının qiymətləndirilməsi aləti) metodikasının Azərbaycan mühitinə kross-kultural adaptasiyası” adlı layihəsində icraçı