Arxiv

28.11.2023-cü il tarixində Fəlsəfə kafedrasında elmi seminar keçiriləcək. Məruzəçi professor Əziz Məmmədov “Fəlsəfənin bəzi anlayış və kateqoriyalarına verilən düzəlişlər haqqında” mövzusunda çıxış edəcək.

Seminar müasir fəlsəfənin bəzi anlayış və kateqoriyalarına verilən düzəlişlər və onların qnoseoloji və metodoloji əhəmiyyəri haqqında olacaq. Fəlsəfə müasir elmlər içərisində yalnız öz predmet genişliyi və məzmun zənginliyi ilə deyil, həm dinamikliyi, həm də təbii-elmi və sosial elmlərin inkişafı ilə kəsb etdiyi dinamikliyi ilə fərqlənir. Bu dinamiklik özünü belə bir cəhətdən göstərir ki, fəlsəfənin bir sıra kateqoriyaları zamanın törətdiyi dəyişikliyə uğramışdır. Bu dəyişikliklərin geniş miqyasda, o cümlədən, kafedranın seminarlarında müzakirə olunub, mütəxəssislərin diqqətinə çatdırılması nəzərdə tutulub.

28.11.2023-cü il tarixində Fəlsəfə kafedrasında elmi seminar keçiriləcək. Məruzəçi saathesabı müəllimə Dinarə Əliyeva “Sosiomədəni dinamikanın səciyyəvi xüsusiyyətləri və müasir dünyada inkişaf tendensiyası” mövzusunda çıxış edəcək.

Elmi seminar zamanı sosial və mədəni sistemlərdə dövri dəyişikliklərlə səciyyələnən sosiomədəni dinamika fenomeninin müzakirəsi planlaşdırılır. İnkişafın dövrü modeli çərçivəsində sosial-mədəni dinamika mexanizminin işləməsinin izahedici fərziyyəsinin qurulması və keçmiş mədəni modelin tükənməsi problemini ilk dəfə irəli sürənlərdən biri olan rus-amerikan sosioloqu Pitirim Sorokinin fikirlərinə xüsusi diqqət yetiriləcəkdir. Bundan əlavə, mədəniyyət anlayışının mahiyyəti, onun predmeti və spesifik xüsusiyyətləri araşdırılacaq.

24.10.2022-ci il tarixində saat 15:35-də Fəlsəfə kafedrasının saathesabı müəllimi Qəribov Ağalar Vaqif oğlunun 2 saylı korpus, 905-ci auditoriyada Tarixi prosesin fəlsəfi təhlili fənni üzrə "Вопросы методологии истории в немецкой классической философии в ХIX веке и в  творчестве Р.Дж.Коллингвуда, М.Блока и Л.Февра" mövzusunda açıq dərsi keçirilib.

25.10.2022-ci il tarixində saat 14:00-da Fəlsəfə kafedrasının professoru Hacıyev Zeynəddin Camal oğlunun 2 saylı korpus Fəlsəfə kafedrasında (401) “Sosial idrakda rasional və qeyri-rasionalın münasibəti” mövzusunda elmi seminarı keçirilib.

11.11.2022-ci il tarixində saat 12:00-da Fəlsəfə kafedrasının müəllimi F.ü.f.d. Hüseynli Oqtay Hüseyn oğlunun 2 saylı korpus, 912-ci auditoriyada Məntiq fənnindən “İnduktiv əqli nəticə” mövzusunda açıq dərsi keçirilib.

18.11.2022-ci ildə Fəlsəfə kafedrasının iclası keçirilib.

25.11.2022-ci il tarixində saat 14:00-da Fəlsəfə kafedrasının dosenti Tağıyev Arif İslam oğlunun “Həyat yolu və insan taleyi” və Fəlsəfə kafedrasının dissertantı Rzayeva Ülkər Cəmil qızının ““Cəmiyyətdə iqtisadi fəaliyyətin sosial-fəlsəfi aspektləri” mövzusunda 2 saylı korpus Fəlsəfə kafedrasında (401) elmi seminarı keçirilib.

05.12.2022-ci il tarixində saat 08:30-da Fəlsəfə kafedrasının müəllimi Hüseynov Elmar Nəbi oğlunun 1 saylı korpus, 508-ci auditoriyada Məntiq və tənqidi təfəkkür fənnindən “İnduktiv arqument” mövzusunda açıq dərsi keçirilib.

Əlaqə
Bakı Dövlət Universiteti, II korpus 9-cu mərtəbə, 900-cü otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 23, AZ 1148
Tel.: (+99412) 5390241 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət