"BDU Könüllüləri” təşkilatı 2019-cu ildən fəaliyyət göstərir. Hazırda təşkilat özündə 1000-ə yaxın könüllü tələbəni birləşdirir.
Təşkilat 2020-ci ildən başlayaraq bir sıra uğurlu layihələr həyata keçirib, BDU-da könüllülük hərəkatının genişlənməsi, tələbə təşkilatları ilə birgə sosial layihələrin, mədəni-kütləvi tədbirlərin təşkilində fəal iştirak edib.
Hazırda könüllü tələbələr BDU-nun müxtəlif struktur bölmələrində könüllü kimi fəaliyyət göstərir. Universitetin ictimai həyatında fəal iştirak edir və gələcək karyeraları ilə bağlı təcrübələr əldə edirlər.
Bugünə qədər “BDU Könüllüləri” təşkilatının təşəbbüsü ilə müxtəlif səpkili 250-dən çox tədbir keçirilib. Hal-hazırda “BDU Könüllüləri” təşkilatının 60 könüllüsü Universitetin müxtəlif struktu bölmələrində minimum 3 ay olmaqla aktiv fəaliyyət göstərirlər.
Universitetin könüllüləri həmçinin ölkəmizdə həyata keçirilən irimiqyaslı beynəlxalq və respublika əhəmiyyətli tədbir, sosial layihə və humanitar aksiyalarda fəal iştirak etməklə respublikamızda uğurla həyata keçirilən gənclər siyasəti və könüllülük hərəkatına öz töhfələrini verirlər. Bunun bariz nümunəsi kimi Laçın-Xankəndi yolunda təşkil olunan ekoloji aksiyada 450-dən artıq BDU könüllüsü iştirak edib.
"BDU Könüllüləri" təşkilatı könüllülük sahəsində əməkdaşlığın möhkəmləndirilməsi və ölkəmizdə fəaliyyət göstərən digər könüllü təşkilatları ilə əlaqələrin qurulmasına xüsusi diqqət yetirir. Eyni zamanda gənclər arasında könüllülüyün təşviqi və təbliği, könüllülük sahəsində qarşılıqlı faydalı əməkdaşlığın qurulması ilə bağlı mövcud beynəlxalq təcrübənin öyrənilməsinə səy göstərir.
BDU-da könüllülk hərəkatının daha da genişləndirilməsi, təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Bakı Dövlət Universitetinin Elmi Şurasının 2023-cü il 27 oktyabr tarixli iclasında könüllük proqramı və BDU-da könüllülük fəaliyyəti qaydaları təsdiq edilməklə “BDU könüllüləri” təşkilatına rəsmi status verilib.
“BDU könüllüləri” təşkilatının Sosial elmlər və psixologiya fakültəsi üzrə heyəti:
Fakültə sədri: Fidan Cəlilova
Fakültə sədr müavini: Jalə Bağırova
İnsan resursları departamentinin fakültə üzrə məsul şəxsi: Nurcan Ağakişiyeva
Təcrübə könüllüləri departamentinin fakültə üzrə məsul şəxsi: Dinarə Məmmədova
İctimaiyyətlə əlaqələr departamentinin fakültə üzrə məsul şəxsi: Aişə Ağayeva
Sənədlərlə iş departamentinin fakültə üzrə məsul şəxsi: Tural Hüseynov
Layihələrlə iş departamentinin fakültə üzrə məsul şəxsi: Cəfər Məmmədzadə
Fakültənin idarə heyəti üzvü: Çingiz Hacıyev
Fakültənin idarə heyəti üzvü: Lamiyə Əhmədzadə
Fakültənin idarə heyəti üzvü: Alsu Nuruyeva
Fakültənin idarə heyəti üzvü: Toğrul Mirzəyev