QISA BİOQRAFİK MƏLUMAT
1980-ci ildə anadan olub. 1999-cu ildə Mehdiabad qəsəbə orta məktəbi bitirib.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1999-cu ildə orta məktəbi bitirib Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə ixtisasına qəbul olub.
2003-cü ildə bakalavr, 2005-ci ildə isə magistr təhsil pilləsini fərqlənmə diplomu ilə bitirib.
2005-2009-cu illərdə Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının aspirantı olub, 2013-cü ildə “Əli Şəriətinin dini-fəlsəfi görüşləri” mövzusunda dissertasiya müdafiə edib və fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
ƏMƏK FƏALİYYƏTİ
2007-ci ildən Sosial elmlər və psixologiya fakültəsində metodist vəzifəsilə başlayıb. 2013-cü ildən isə Sosial elmlər və psixologiya fakültəsində dekan müavini və Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasında 0.5 ştat müəllim vəzifəsində çalışır.
ELMİ TƏDQİQAT SAHƏSİ
Müasir dövr Şərq və Qərb fəlsəfəsi tarixi
BEYNƏLXALQ KONFRANSLARDA, SİMPOZİUM VƏ SEMİNARLARDA İŞTİRAKI
19 dekabr 2016-cı il Bakı Dövlət Universiteti Sosial elmlər və psixologiya fakültəsinin 25 illik yubileyinə həsr olunmuş “Çağdaş dövr və sosial elmlərin aktual problemləri” mövzusunda Ümumrespublika elmi-praktik konfransı.
31 may 2021 Əli Şəriətinin mədəni inqilab konsepsiyası müasie baxış bucağında, Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Pandemiyanın dünya ölkələrinin sosial-iqtisadiinkişafına təsiri problemləri Beynəlxalq elmi-praktik konfransın materialları, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Azərbaycan Əmək və Sosial münasibətlər Akademiyası, , Bakı-2021, .s 221-222
2021-ci ilin 23-24 dekabr Nizami Gəncəvinin fəlsəfi ideyaları, Bakı Dövlət Universiteti və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının birgə təşkilatçılığı ilə tarixlərində “Böyük Azərbaycan şairi Nizami Gəncəvi və Şərq-Qərb ədəbi-mədəni irsi” mövzusunda beynəlxalq elmi konfrans