Elmi istiqamət
“Eksperimental psixologiya” ETL-da bir neçə istiqamətdə elmi tədqiqatlar aparılır.
İstiqamət: Psixologiyada şəxsiyyətin cəmiyyətə adaptasiya problemi
Problem: Müasir qloballaşma şəraitində şəxsiyyətə inklüziv yanaşma
Mövzu: Sağlamlıq imkanları məhdud şəxslərin professional sferaya adaptasiyasının psixoloji aspektləri
Əsaslandırma: Müasir qloballaşma şəraitində və cəmiyyətlərin sürətlə inkişaf etdiyi çağdaş dünyada sağlamlıq imkanları məhdud şəxslərə inklüziv yanaşma mühüm əhəmiyyət kəsb edir və bu məsələ ölkəmizdə dövlət siyasətinin tərkib hissələrindən biridir. Bu qəbildən olan şəxslərin cəmiyyətə inteqrasiyasının, təlimə və professional sferaya adaptasiyasının sosial-psixoloji aspektlərinin müəyyən edilməsi bu sahədə müvafiq tədqiqatların aparılmasını tələb edir. Bu baxımdan Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının nəzdindəki Eksperimental Psixologiya ETL-nin 2025-2027-ci illər üzrə tədqiqat mövzusunun “Sağlamlıq imkanları məhdud şəxslərin professional sferaya adaptasiyasının psixoloji aspektləri” kimi müəyyən edilməsi məqsədəmüvafiq hesab edilir
Mərhələ 1: Sağlamlıq imkanları məhdud şəxslərin professional özünü təyini
Mərhələ 2: Ali təhsil sferasında sağlamlıq imkanları məhdud tələbələrin təlimə adaptasiyasının sosial-psixoloji aspektləri
Mərhələ 3: Sağlamlıq imkanları məhdud şəxslərin professional adaptasiya probleminin eksperimental psixoloji tədqiqi