Narkomaniyaya YOX deyək!
18 aprel 2022-ci il tarixində saat 13:00-da yeni tədris binasının akt zalında (I mərtəbə) Sosial elmlər və psixologiya, Biologiya və Kimya fakültələrinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya YOX deyək!” mövzusunda tədbir keçiriləcək. Tədbirin keçirilməsində məqsəd tələbə gəncləri psixoaktiv maddə istifadəsinin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etməkdir.
Tədbirdə mövzu ilə bağlı ehtiyyatda olan polis polkovniki Adıgözəl Adıgözəlov, Bakı şəhəri Narkoloji Mərkəzin direktoru Qalib Məmmədov, Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev, Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli, Sosial elmlər və psixologiya fakültəsinin Sosial və pedaqoji psixologiya kafedrasının müəllimi Diyanə İbrahimova və fakültənin IV kurs tələbəsi Ayşən Qurbanova çıxış edəcək.
Arzu edənlər iştirak edə bilər.