Sosial iş kafedrasında dissertasiya işinin müzakirəsi keçiriləcək
Əliyev Ülvi Məmmədəli oğlu 2017-2021-ci illərdə Bakı Dövlət Universitetinin “Sosial iş” kafedrasının doktorantı olaraq professor Qızılgül Yasin qızı Abbasovanın elmi rəhbərliyi ilə onun “Sosial xidmət sahəsində dövlət sifarişlərinin həyata keçirilməsində qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda yazdığı dissertasiya işi 28 sentyabr 2021-ci il tarixində kafedranın müzakirəsinə çıxarılır. Dissertasiya işində problemin öyrənilməsinin aktuallığı bütövlüklə sosial xidmət sahəsində dövlət sifarişlərinin həyata keçirilməsində qeyri-hökumət təşkilatlarinin rolu ilə bilavasitə şərtlənir. Azərbaycanda bu gün vətəndaş cəmiyyətinin ən nümunəvi elementinə çevrilmiş qeyri-hökumət təşkilatları dövlətin sosial siyasət kursunun həyata keçirilməsində mühüm işlər görməklə Azərbaycan dövlətinin sosial funksiyasının reallaşdırılmasına əməli köməklik göstərirlər. Bu istiqamətdə ən mühüm fəaliyyət isə ilk növbədə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmiş və hazırda da uğurla həyata keçirilməkdədir.
Bütün iştirak etmək istəyənlər dəvət olunurlar.
Elmi işlər üzrə dekanlıq