QISA BİOQRAFİK MƏLUMAT
30 yanvar 1963-cü ildə Azərbaycan, Bakı şəhərində anadan olub. 1980-ci ildə Bakı şəhəri,1saylı orta məktəbi bitirib.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1985-ci il, M.V. Lomonosov adına Moskva Dövlət Universiteti, fəlsəfə fakültəsin bitirib.
Fevral 1997-ci il: “Orta əsr Şərg fəlsəfəsində substansiya kategoriyası haqqında təlim (islam regionu, X-XIII əsrlər)” mövzusunda namizədlik dissertasiyasının müdafiəsi.
İyul 2006-cı il: “Sosio-mədəni dəyərlərin gender münasibətlərinin inkişafina təsiri” adı altında doktorluq dissertasiyası mövzusunun təstiq olunması.
ƏMƏK FƏALİYYƏTİ
Sentyabr 1985-ci il: Azərbaycan Dövlət Universitetinin Fəlsəfə kafedrasının baş laborantı vəzifəsinə təyin olunması;
Sentyabr 1991-ci il: Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasının müəllimi vəzifəsinə təyin olunması;
Mart 1994-cü il: Bakı Dövlət Universitetinin Fəlsəfə tarixi və dinşünaslıq kafedrasının müəllimi vəzifəsinə təyin olunması;
Dekabr 1997-ci il: Bakı Dövlət Universitetinin Fəlsəfə tarixi və dinşünaslıq kafedrasının baş müəllimi vəzifəsinə təyin olunması;
Mart 2002-ci il: Bakı Dövlət Universitetinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti vəzifəsinə təyin olunması;
ELMİ TƏDQİQAT SAHƏSİ
Bir çox dərc olunmuş əsərlərin müəllifidir: 40 elmi məqalə, 2 dərs vəsaiti, 2 metodik vəsaiti, 8 tədris рrogramı “Mədəniyyətşünasliq” 2 proqram, “XX-ci əsrin fəlsəfəsi”, (magistratura pilləsi üçün) “Müasir fəlsəfi məktəblər” (magistratura pilləsi üçün), “Gender və mədəniyyət”, “Şərq fəlsəfəsi”, “Mədəni antropologiyada gender problematikası” kursu üzrə tədris proqramı (Ali təhsil müəssisələrinin tələbələri üçün. Azərbaycan və rus dillərində). – Bakı, Qərb Universiteti, 2005-ci il. və s.
BEYNƏLXALQ KONFRANSLARDA, SİMPOZİUM VƏ SEMİNARLARDA İŞTİRAKI
- 1999-cu il: “Münaqişələrin qarşısı alınması və həlli” mövzusunda treninqin iştirakçısı (Gürcüstan, Tiflis).
- 2000-ci il, avqust: Açıq Cəmiyyət İnstitutu – BTMM tərəfindən təşkil olunmuş qrantın qalibi və Mərkəzi Avropa Universiteti Yay məktəbinin “Mədəni antropologiya” mövzusunda seminarın iştirakçısı (Macarıstan, Budapeşt).
- 2000-ci il, sentyabr: IV-cü Beynəlxalq Yay Məktəbinin “Postsovet məkanında qadın tədqiqatları” mövzusunda seminarın iştirakçısı (Ukrayna, Foros).
- 2001-ci il, 13 – 15 noyabr: “Unifem” təşkilatının “Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısı alınması və sülh yaradıcılığı uğrunda” departamentinin təşkil etdiyi “Sülhməramlıq və münaqişələrin qarşısıalınması” mövzusunda treninqin iştirakçısı (Azərbaycan, Bakı).
- 2001-ci il, 19 – 20 noyabr: “Unifem” təşkilatının “Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısı alınması və sülh yaradıcılığı uğ-runda” departamentinin təşkil etdiyi “Gender problemləri” mövzusunda treninqin iştirakçısı (Azərbaycan, Bakı).
- 2001-ci il, dekabr: “Unifem” təşkilatının “Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısı alınması və sülh yaradıcılığı uğ-runda” departamentinin təşkil etdiyi “Sülhməramlıq və münaqişələrin qarşısıalınması” mövzusunda treninqin iştirakçısı (Gürcüstan, Tiflis).
- 2002-ci il: “Unifem” təşkilatının “Qadınlar Cənubi Qafqazda müna-qişələrin qarşısı alınması və sülh yaradıcılığı uğrunda” Proqramının iştirakçısı, həmin Proqram çərçivəsində təşkil olunmuş “Qadınlar və sülh yaradıcılığı” mövzusunda treninq aparıcısı (Azərbaycan, Bakı).
- 2003-cü il, aprel: “Ali təhsil sistemində gender bərabərliyi” mövzusunda III-cü Avropa Konfransının iştirakçısı (İtalya, Genuya).
- 2003-cü il, avqust: Bakı təhsil-məlumat mərkəzi tərəfindən təşkil olunmuş “Sosial iş ixtisası üzrə tədrisin inkişafı” mövzusunda Yay məktəbinin iştirakçısı (Azərbaycan, Bakı)
- 2003-cü il, avqust: Krasnodar Universiteti tərəfindən təşkil olunmuş “Etnokonfliktoloji monitorinqin metodoloji problemləri” mövzusunda Yay məktəbinin iştirakçısı (Rusiya, Krasnodar)
- 2005-ci ildən bu günə kimi: “Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu” Təşkilatı Qadın Şəbəkə Proqramının “Təhsildə gender bərabərliyi” layihəsinin tədqiqatçısı
- 2005-ci ildən bu günə kimi: “Kvinna till Kvinna” Norvec Qeyri-hökümət təşkilatının inkişaf etdirdiyi “Respublikanın ali təhsil müəssisələrinin müəllimləri üçün treninqlər” layihəsinin treneri.
- 2006-cı il, avqust: Soros Fondunun Qadın Şəbəkə Proqramı (Nyu-York, ABŞ) və Sosial və gender siyasəti İnstitutunun (Rusiya) təşkil etdikləri “Gender fənnləri üzrə tədrisin innovasiya metodları” mövzusunda Yay məktəbinin iştirakçısı (Kırqızstan, İssık-Kul)
- 2007-ci il, sentyabr: BMT-nin “UNFDPA” təşkilatı ilə Gender Araşdırmaları Mərkəzinin təşkil etdikləri “Gender təhsili üzrə Yay məktəbi”-nin iştirakçısı (Azərbaycan, Bakı)
- 2008-ci il, sentyabr: Gender Araşdırmaları Mərkəzinin Respublikanın ali məktəblərinin gənc müəllimləri üçün təşkil etdiyi “Gender və mədəniyyət” mövzusunda Yay məktəbinin iştirakçısı (Azərbaycan, Bakı).
- 2022- ci il, 14-15 dekabr: Bakı, Dedicated to the 100th anniversary of the establishment of the Faculty of Oriental Studies of Baku State University