QISA BİOQRAFİK MƏLUMAT
1969-cu il noyabr ayının 10-da Ermənistan SSR-in Qafan rayonunda anadan olub.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1997-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin “Ərəb dili və ədəbiyyatı” ixtisasını
2007-ci ildə isə Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin “Beynəlxalq hüquq” ixtisasını fərqlənmə diplomu ilə bitirib.
“XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycan ictimai-fəlsəfi fikir tarixində insan haqları problemi” mövzusunda namizədlik dissertasiyası üzərində işləyir.
ƏMƏK FƏALİYYƏTİ
10.04.1998-ci ildən etibarən “Fəlsəfə tarixi və mədəniyyətşünaslıq” kafedrasında müəllim vəzifəsində çalışır.
ELMİ TƏDQİQAT SAHƏSİ
Hüquq, hüquqi etika, fəlsəfə tarixi, multikulturalizm