ƏLƏKBƏROV İSMAYIL NOVRUZƏLİ OĞLU

ƏLƏKBƏROV İSMAYIL NOVRUZƏLİ OĞLU

ƏLƏKBƏROV İSMAYIL NOVRUZƏLİ OĞLU

Müəllim

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

25 aprel 2001-ci ildə Bakı şəhərində anadan olub. 2018-ci ildə Bakı şəhərində 51 saylı tam orta məktəbi bitirib.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

2018-2022 Bakı Dövlət Universiteti, “Sosial elmlər və psixologiya” fakültəsi, “Fəlsəfə” ixtisasının bakalavr pilləsini “fərqlənmə” diplomu ilə bitirib. Buraxılış işinin mövzusu: “Elm və təhsilin qarşılıqlı əlaqəsi”.

2022-2024 Bakı Dövlət Universiteti, “Sosial elmlər və psixologiya” fakültəsi, “Fəlsəfə” ixtisasının magistratura pilləsi üzrə “Təbiətşünaslığın fəlsəfəsi” ixtisaslaşmasını “fərqlənmə” diplomu ilə bitirib. Magistrlik dissertasiya işinin mövzusu: “Şəxsiyyətin inkişafının genetik determinasiyası”.

ƏMƏK FƏALİYYƏTİ

2024-ci ilin sentyabr ayından Bakı Dövlət Universiteti, Sosial elmlər və psixologiya fakültəsi, Fəlsəfə kafedrasında saathesabı müəllim

2025-ci ilin aprel ayından Bakı Dövlət Universiteti, Sosial elmlər və psixologiya fakültəsi, Fəlsəfə kafedrasında tam ştat müəllim

ELMİ TƏDQİQAT SAHƏSİ

Müasir təbiətşünaslığın konsepsiyaları, təbiətşünaslığın fəlsəfi problemləri, fəlsəfi antropologiya, ontologiya və idrak nəzəriyyəsi, fəlsəfə və elmin metodologiyası, dayanıqlı inkişafda insan amili. 4 elmi məqalənin və 3 tezisin müəllifidir.

BEYNƏLXALQ KONFRANSLARDA, SİMPOZİUM VƏ SEMİNARLARDA İŞTİRAKI

2023 Gənc tədqiqatçıların beynəlxalq respublika elmi-praktik konfransı

2023 Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü il dönümünə həsr olunmuş “Şəxsiyyət, Cəmiyyət və Dövlət XXI əsrdə: Qlobal Çağırışlar və İnkişaf Perspektivləri” mövzusunda Beynəlxalq fənlərarası elmi-praktik konfransı

2024 Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və ELM Gənclərin Sosial-İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “XUDAFƏRİN” Gənc alimlərin tarixin elmi araşdırmalarında layihəsi çərçivəsində həyata keçirilmiş elmi konfrans

SEÇİLMİŞ ELMİ ƏSƏRLƏRİ

  1. Ələkbərov İsmayıl. Genetik determinasiya insan şəxsiyyətinin fərdiliyinin əsası kimi. “Şəxsiyyət, Cəmiyyət və Dövlət XXI əsrdə: Qlobal Çağırışlar və İnkişaf Perspektivləri” mövzusunda SOSİAL ELMLƏR ÜZRƏ BEYNƏLXALQ FƏNLƏRARASI ELMİ KONFRANS. 05-06 oktyabr 2023-cü il, Səh:254 – 255 (Tezis)
  2. Ələkbərov İsmayıl. Genetik determinizmin inkişafında F.Qaltonun nailiyyətləri. “Yeni Geosiyasi Şəraitdə Sosial İnkişafın Planlaşdırılması Və Proqnozlaşdırılması Yolları” Gənc tədqiqatçıların Respublika elmi-praktik konfransının materialları (II hissə). 20 oktyabr 2023-cü il, Səh: 110 – 113 (Tezis)
  3. Ələkbərov İsmayıl. Genetik determinizmin inkişafında Q.Mendelin nailiyyətləri. ELMİ İŞ, Beynəlxalq elmi jurnal, XÜSUSİ BURAXILIŞ. XUDAFƏRİN BEYNƏLXALQ ELMİ ARAŞDIRMALAR KONFRANSI. 24.02.2024, Səh: 68 – 71 (Tezis)
  4. Ələkbərov İsmayıl. Sosiobiologiya təlimində şəxsiyyətin genetik determinasiyası problemi. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Sosial elmlər və psixologiya fakültəsi, Sosial və humanitar elmlərin müasir problemləri, Elmi əsərlər toplusu (III hissə). 2023, № 33, Səh: 146 – 151 (Məqalə)
  5. Ələkbərov İsmayıl. Riçard Dokinzin “eqoist gen” nəzəriyyəsi şəxsiyyətin inkişafında genetik amillərin rolunun ifadəsi kimi. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Sosial elmlər və psixologiya fakültəsi, Sosial və humanitar elmlərin müasir problemləri, Elmi əsərlər toplusu (I hissə). 2023, № 34, Səh: 226 – 230 (Məqalə)
  6. Ələkbərov İsmayıl. Şəxsiyyətin inkişafında genetik determinasiyanın rolu barəsində irqçilik və yevgenika nəzəriyyələri. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Sosial elmlər və psixologiya fakültəsi, Sosial və humanitar elmlərin müasir problemləri, Elmi əsərlər toplusu (III hissə). 2024, № 35, Səh: 3 – 6 (Məqalə)
  7. Ələkbərov İsmayıl. Genetik determinasiya insan şəxsiyyəti fərdiliyinin əsası kimi. “Şəxsiyyət, Cəmiyyət və Dövlət XXI əsrdə: Qlobal Çağırışlar və İnkişaf Perspektivləri” mövzusunda SOSİAL ELMLƏR ÜZRƏ BEYNƏLXALQ FƏNLƏRARASI ELMİ KONFRANS. 2024, Səh: 547 – 550 (Məqalə)
Əlaqə
Bakı Dövlət Universiteti, II korpus 9-cu mərtəbə, 900-cü otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 23, AZ 1148
Tel.: (+99412) 5390241 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət