QISA BİOQRAFİK MƏLUMAT
Məmmədov Hüseyn Qaraxan oğlu 1959-cu il avqustun 4-də Saatlı rayonundaanadan olub. 1966-1976-cı illərdə orta məktəbi bitirib.
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1977-1982 Azərbaycan Dövlət Universiteti, Tarix fakültəsi
1983-1986 Azərbaycan Dövlət Universiteti, Tarixi materializm kafedrası, əyani aspirant
1987 Namizədlik dissertasiyası. Dissertasiya mövzusu: «Sosial eksperiment və onun idrakda rolu»
1989 Dosent
ƏMƏK FƏALİYYƏTİ
1976-1977 Saatlı rayonu, suvarma sistemləri idarəsi, fəhlə
1982-1983 Saatlı rayonu, Əzizbəyov adına orta məktəb, müəllim
1987-ci ildən Bakı Dövlət Universiteti, Fəlsəfə kafedrası, müəllim
2011-2017 Bakı Dövlət Universiteti, Fəlsəfə kafedrasının müdiri
MÜKAFATLAR
2019 “Baki Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı
ELMİ TƏDQİQAT SAHƏSİ
Hüquq fəlsəfəsi və antropologiya. Fəlsəfə dərsini və ixtisas dərslərini aparır. 5 dərsliyin və 20-dən çox proqramın müəlllifidir. Bunlardan əlavə xaricdə və ölkə daxilində 80-dən çox məqalə və tezis hazırlamışdır.
BEYNƏLXALQ KONFRANSLARDA, SİMPOZİUM VƏ SEMİNARLARDA İŞTİRAKI
2014 Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş, Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya, İqtisadiyyat və Beynəlxalq Münasibətlər IV Beynəlxalq Konqres. Qafqaz Universiteti, 02-04 May, Bakı, Azərbaycan
2015 İnternational Conference on European Science and Technology. May 28-29, Vol. II. Munich, Germany
2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti. Mədəni müxtəliflik: Dünya və Azərbaycan. Beynəlxalq elmi-praktiki konfrans, 29 aprel
2021 Baku State University. International conference the great Azerbaijani poet Nizami Ganjavi eastern-western literary-cultural heritage. Nizami Ganjavi 880