QISA BİOQRAFİK MƏLUMAT
1949 Bakı şəhərində anadan olub.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1966-1970 Azərbaycan Pedaqoji Universitetinin “ Təbiətşünaslıq, kimya və coğrafiya” fakültəsində təhsil alıb
1987-1990-cı illərdə Elmi Tədqiqat İnstitutunun dissertantı olub.
ƏMƏK FƏALİYYƏTİ
1970-1971 Saatlı rayonunda məktəb müəllimi işləyib
1971-1986 BDU-da “Psixologiya və pedaqogika” kafedrasında baş laborant işləyib
1986-1990 BDU-da müəllim işləyib
1990-cı ildən hal-hazırda BDU-da baş müəllim işləyir
MÜKAFATLAR
2015 Türkiyə Respublikasının Hacettepe Universitetində keçirilən 2 Uluslararası Avrasiya Eğitim Araşdırmaları Konqresində “Öyrenci Egitimine Aile ve Okul İşbirliyinin Etkisi” məqaləsi ilə çıxış etmiş və sertifikatla təltif olunub.
2016 BDU-da L.S.Viqotskinin anadan olmasının 120 illiyi ilə bağlı təşkil olunmuş beynəlxalq dəyirmi stolda iştirak etmiş və sertifikatla təltif olunub.
2017 Türkiyənin Ordu şəhərində keçirilən IX beynəlxalq konfransında iştirak edib və sertifikatla təltif olunub.
2019 Türkiyənin Antalya şəhərində keçirilən “Eğitime farklı yanaşmalar. İMCOFE” beynalxalq konfransında iştirak edib və sertifikatla təltif olunub.
2019 BDU-nun 100 illik yubileyi medalı ilə təltif olunub.
ELMİ TƏDQİQAT SAHƏSİ
Təlim və təhsil nəzəriyyəsi
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
Respublikada keçirilən Beynəlxalq elmi-praktik konfransların iştirakçısı olub.