QISA BİOQRAFİK MƏLUMAT
N.B.İmamverdiyeva 24 iyul 1952-ci ildə Bakı şəhərində anadan olub.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1975-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
1992-ci ildə «XIX əsr Azərbaycan ədəbiyyatında mənzum hekayə» mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
2007-ci ildə dosent elmi adını alıb.
ƏMƏK FƏALİYYƏTİ
1975-1979-cu illərdə orta məktəbdə azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışıb.
1980-cı ildən Bakı Dövlət Universitetinin ixtisasartırma fakültəsində kitabxanaçı, laborant, baş laborant,
1985-cı ildən pedaqogika kafedrasında çalışır.
Fakültə Elmi Şurasının elmi katibi və Fakültə Həmkarlar İttifaqı təşkilatının sədr müavinidir.
MÜKAFATLAR
2019-cu ildə BDU-nun 100 illik yubileyi medalı ilə təltif olunub.
ELMİ TƏDQİQAT SAHƏSİ
Pedaqoji fikrin inkişaf tarixi
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
Respublika elmi-praktik və beynəlxalq konfranslarda iştirak etmişdir.
Türkiyə Respublikasının Hacettepe Universitetində keçirilən 2 Uluslararası Avrasiya Eğitim Araşdırmaları Konqresində (8-10 iyun 2015) “Öyrenci Egitimine Aile ve Okul İşbirliyinin Etkisi” məqaləsi ilə çıxış etmiş və sertifikatla təltif olunub.
26-27 oktyabr 2016-cı ildə BDU-da L.S.Viqotskinin anadan olmasının 120 illiyi ilə bağlı təşkil olunmuş beynəlxalq dəyirmi stolda iştirak edib və sertifikatla təltif olunub.
2017-ci ildə Türkiyənin Ordu şəhərində keçirilən IX beynəlxalq konfransında iştirak edib və sertifikatla təltif olunub.
24-26 aprel, 2019-cu ildə Türkiyənin Antalya şəhərində keçirilən “Eğitime farklı yanaşmalar. İMCOFE” beynalxalq konfransında iştirak edib və sertifikatla təltif olunub.