MOLLAYEVA ELZA ƏLİPAŞA QIZI

MOLLAYEVA ELZA ƏLİPAŞA QIZI

MOLLAYEVA ELZA ƏLİPAŞA QIZI

Pedaqoji elmlər doktoru, dosent

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

1961-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunda, Qurdlar kəndində anadan olub.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

 1978-ci  ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinə daxil olmuşdur, 1983-cü ildə həmin ali təhsil müəssisəsini fərqlənmə ilə bitirib.

2006-cı ildə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda “Yeniyetmə qızlara şərəf və ləyaqət hisslərinin aşılanması üzrə işin sistemi” mövzusunda dissertasiya müdafiə etmişdir. 2007-ci ildə pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2018-ci ildə “Pedaqoji təmayüllü ali məktəb tələbələrinə gender bərabərliyi dəyərlərinin aşılanmasının imkan və yolları” mövzusunda dissertasiya işini müdafiə etmişdir. 2020-ci ildə pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsi alıb.

ƏMƏK FƏALİYYƏTİ

1983-1991-ci illərdə Sumqayıt şəhər 28 saylı orta məktəbdə tarix müəllimi işləyib.

1991-2004-cü illərdə Bakı şəhəri 32 saylı orta məktəbdə tarix müəllimi işləyib.

2004-2015 ci illərdə Azərbaycan Müəllimlər İnsitutunun pedaqogika kafedrasında çalışıb.

2015-ci ildən etibarən Bakı Dövlət Universitetinin Pedaqogika kafedrasında tam ştat üzrə dosent vəzifəsində çalışır.

MÜKAFATLAR

Qarabağ müharibəsinə həsr etdiyi əsərlərinə görə “Qızıl qələm” mükafatı,

Təhsil Nazirliyinin “Qabaqcıl maarif xadimi” döş nişanı,

“BDU-nun 100 illik yubileyi” nişanı ilə təltif edilib.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

THE SOCIO-PEDAGOGICAL ROLE OF WOMEN IN THE GENDER LANDSCAPE OF PRE–ISLAMIC AND ISLAMIC TIMES.. INTERNATIONAL EUROPEAN CONFERENCE ON INTERDISCIPLINARY SCIENTIFIC RESEARCHES-III January 15-16, 2021/COMRAT STATE UNIVERSITY/Comrat, Moldavia. Pp 261-264.

Pedaqogi kadr hazırlığının gender aspektləri. Monoqrafiya. Bakı. Elm və təhsil. 435 s. 2021.

Pedaqoji prosesdə gender identikliyinin nəzərə alınmasında müəllimin gender bacarıqlarının yeri və rolu. Dünya Qadınlarının beynəlxalq konfransı. Bakı Qızlar Universiteti.Azərbaycan. Bakı.11-12 fevral. 2021.

Ailə məktəbəqədər yaş dövrünün cinsi rol inkişafında əsas sosial mədəni mühit kimi. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və milli vətənpərvərliyə həsr olunmuş “Müasir təhsilin məzmununda milli - mənəvi və ümumbəşəri dəyərlər” mövzusunda Ümumrespublika elmi-praktik konfransı. Bakı Dövlət Universiteti. 4-5 may. 2021.

 

Əlaqə
Bakı Dövlət Universiteti, II korpus 9-cu mərtəbə, 900-cü otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 23, AZ 1148
Tel.: (+99412) 5390241 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət