MUXTAROVA NÜBAR MUXTAR QIZI

MUXTAROVA NÜBAR MUXTAR QIZI

MUXTAROVA NÜBAR MUXTAR QIZI

Pedaqoji elmlər doktoru, professor

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

30 avqust 1948-ci ildə Litva Sovet Sosialist Respublikasının  Şaulay şəhərində anadan olub.

I Qarabağ müharibəsinin və Yeni Azərbaycan Partiyasının veteranı

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

Orta məktəbi Bakı şəhərində bitirib. 1965-ci ildə V.İ.Lenin adına APİ-nin ( indiki ADPU) “Məktəbəqədər pedaqogika və psixologiya” fakültəsinə qəbul olub. 1970-ci ildə bitirib.

1985-ci ildə Təhsil İnstitutunda  Ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi ixtisası üzrə aspiranturaya qəbul olub.

1988-ci ildə pedaqoji elmlər namizədi, “Yuxarı sinif şagirdlərdə burjuaziya idealogiyasına barışmazlığın yolları“ mövzusunu Təhsil İnstitutunda namizədlik dissertasiyasını müdafiə edib.

1989-ci ildə Təhsil İnstitutunda doktoranturaya qəbul olub.

1996-cı ildə “Yuxarı sinif şagirdlərinin milli şüur və milli ləyaqət tərbiyə yol və vasitələri“ mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

1997-ci ildə professor adını alıb və o vaxtdan Pedaqogika kafedrasının professorudur.

1998-2003-cü ilərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının əmri ilə pedaqogika elmlərı üzrə yeddi birdəfəlik müdafiə şurasının sədri olub.

2006-2009-cu illərdə Psixologiya elmləri üzrə Müdafiə Şurasının sədri  olub 4 dəfə

 ƏMƏK FƏALİYYƏTİ

1986-cı ildə BDU-nun Pedaqogika və Psixologiya kafedrasında saathesabı müəllimi,

1987-ci ildə kafedrada tam ştat müəllim kimi fəaliyyət göstərib.

1991-2012-ci illərdə Pedaqogika kafedrasının kafedra müdiri vəzifəsində çalışıb. 10 elmi-praktik konfransın (bunlardan 4-ü Beynəlxalq elmi-praktik konfrans) təşkilatçısı və rəhbəri olub.

Hal-hazırda Pedaqogika kafedrasının professorudur.

1999-2014-cü illərdə Bakı şəhər YAP Səbail rayon Qadınlar Məclisinin  sədri olub. 

İlk dəfə BDU-da “Heydər Əliyev-Milli “Mən”-in oriyentiri” adlı kitabın müəllifidir.

BDU-nun Böyük Elmi Şurasının (1991-2012) və fakültə elmi şurasının (bu günə kimi) üzvüdür.

1999-cü ildən bu günə kimi BDU-nun Böyük Elmi şurasının qərarı ilə nəşr olunan “Pedaqoji aləm” adlı jurnalın təsisçisi və baş redaktorudur.

Ümumi pedaqogika, Ali məktəb pedaqogikası,Pedaqoji etika, Dövlətin təhsil siyasəti fənlərini tədris edir.16 nəfər  (Azərbaycan, İran, Nigeriya  vətəndaşı)  fəlsəfə doktoru və elmlər doktorunun rəhbəridir.

1993-ci ildən BDU-nuun nəznində Ulu öndər Heydər Əliyevin prezident seçilməsinə imza toplama komissiyasının fəal üzvü olub, sədr professor Səfiyar Musayev idi.

MÜKAFATLAR

2007-ci ildə BDU-nun “İlin müəllimi” adına layiq görülüb, Təhsil Nazirliyi tərəfindən üç Fəxri Fərmanla, “Zərdabi” adına diplomla mükafatlandırılıb.

2009-cu ildə BDU-nun 90 illik yubileyi ilə əlaqədar “Tərəqqi” medalı ilə təltif olunub.

2018-ci ildə Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” medalı ilə təltif olunub.

2020-ci ildə "Ulu Öndər xatirələrdə" adlı onlayn müsabiqənin iştirakçısı və ikinci yerin qalibi olub.

Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

I, II, III Qadınlar qurultayının iştirakçısı olub.

I, II, III Müəllimlər Qurultayının iştirakçısı olub.

I, II, III Yeni Azərbaycan Partiyasının iştirakçısı olub

3 dəfə Azərbaycan Respubikasının Prezidentlərinin İnaqurasiya mərasimində iştirak edib.(1 dəfə Ulu öndər Heydər Əliyevin İnaqurasiya mərasimində, 2 dəfə isə cənab Prezident İlham Əliyev prezident seçilərkən andiçmə mərasimində iştirak edib)

ELMİ TƏDQİQAT SAHƏSİ

Vətənpərvərlik, Heydər Əliyevşünaslıq

2 monaqrafiya, 2kitab, 600-ə yaxın məqalə və tezis çap olunub.

1999-cu ildən bu günə kimi “Pedaqoji aləm” elmi populyar jurnalı azərbaycan, rus, ingilis dilində bu günə kimi çap olunur. Təsisçi və baş redaktorudur.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

Qloballaşma şəraitində müasir pedaqogika elminin aktual problemləri beynəlxalq konfrans, 2007, Bakı

Müəllim hazırlama siyasəti və problemləri beynəlxalq konfransı,12-14 may 2007, Bakı

Bakı, Moskva ( Rusiya), Türkiyə, Gürcüstan Çin, Malaziya

Seçilmiş əsərləri

 

 

 

 

Əlaqə
Bakı Dövlət Universiteti, II korpus 9-cu mərtəbə, 900-cü otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 23, AZ 1148
Tel.: (+99412) 5390241 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət