QULİYEVA MEHPARƏ ALIŞ QIZI

QULİYEVA MEHPARƏ ALIŞ QIZI

QULİYEVA MEHPARƏ ALIŞ QIZI

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

20 noyabr  1949-cu ildə Füzuli rayonunda anadan olub.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

1976-cı ildə V.İ.Lenin adına APİ-nin (indiki ADPU) filologiya fakültəsini bitirib.

ƏMƏK FƏALİYYƏTİ

1977-ci ildən Bakı Dövlət Universitetinin Pedaqogika kafedrasında baş laborant, müəllim, baş müəllim, dosent vəzifələrində çalışır.

“Məktəb pedaqogikası”, “Ali məktəb pedaqogikası” fənlərini tədris edir.
2002-ci ildən kafedranın dosentidir.

MÜKAFATLAR

2019-cu ildə BDU-nun 100 illik yubileyi medalı ilə təltif olunub.

Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanı və müxtəlif səviyyəli Fəxri Fərmanlarla təltif edilib.

Türkiyə Respublikasının Hacettepe Universitetində keçirilən 2 Uluslararası Avrasiya Eğitim Araşdırmaları Konqresində (8-10 iyun 2015) “Öyrenci Egitimine Aile ve Okul İşbirliyinin  Etkisi” məqaləsi ilə çıxış etmiş və sertifikatla təltif olunub.

ELMİ TƏDQİQAT SAHƏSİ

Müasir gənclik və onun ailə həyatına hazırlanması yolları

BEYNƏLXALQ SEMİNAR SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

26-27 oktyabr 2016-cı ildə BDU-da L.S.Viqotskinin anadan olmasının 120 illiyi ilə bağlı təşkil olunmuş beynəlxalq dəyirmi stolda iştirak edib və sertifikatla təltif olunub.

2017-ci ildə Türkiyənin Ordu şəhərində keçirilən IX beynəlxalq konfransında iştirak edib.

24-26 aprel, 2019-cu ildə Türkiyənin Antalya şəhərində keçirilən “Eğitime farklı yanaşmalar. İMCOFE” beynalxalq konfransında iştirak edib və sertifikatla təltif olunub.

Əlaqə
Bakı Dövlət Universiteti, II korpus 9-cu mərtəbə, 900-cü otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 23, AZ 1148
Tel.: (+99412) 5390241 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət