QISA BİOQRAFİK MƏLUMAT
---
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində sosioloq, sosiologiya müəllimi ixtisası üzrə (əyani),
1992-1998-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakültəsində iqtisadiyyat ixtisası üzrə (qiyabi) təhsil almış və həmin ali məktəbləri müvəffəqiyyətlə bitirib.
1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin Fəlsəfə və sosiogiya (hazırkı Sosiologiya) kafedrasının “Sosiologiyanın nəzəriyyəsi, metodologiyası və tarixi” ixtisası üzrə aspirantı (qiyabi) olub, 2007-ci ildə 22.00.04 – “Sosial struktur, sosial institutlar və proseslər” ixtisası üzrə “Azərbaycan cəmiyyətinin sosial strukturunun dəyişilməsi meylləri və onların ailə münasibətlərində inikası” mövzusunda sosiologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiyasını müdafiə edib.
2008-ci ildən sosiologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi,
2016-ci ildən sosiologiya kafedrası üzrə dosent elmi adı verilib.
ƏMƏK FƏALİYYƏTİ
2000-2012 Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə və sosiologiya (hazırkı Sosiologiya) kafedrasında müəllim
2012-2016 həmin kafedrada dosent əvəzi
2016-cı ildən hal-hazıradək həmin kafedrada dosent
2020-2024-cü illərdə BDU-nun Sosiologiya kafedrasında “Ümumi sosiologiya” ixtisasında elmlər doktoru proqramı üzrə doktoranturada təhsil alır, “Uşaqların şəxsiyyətinin formalaşmasında sosial bərabərsizliyin və əsas steykholderlərin rolu (Azərbaycan Respublikası nümünəsində)” adlı dissertasiya işi üzərində çalışır.
MÜKAFATLAR
2011-ci ildə Fəxri Fərman - Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin 20 İllik Yubileyi münasibətilə səmərəli elmi-pedaqoji fəaliyyətinə görə mükafatlandırılıb.
2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin 100 illik Yubileyinə həsr olunmuş “Şəxsiyyət, Cəmiyyət və Dövlət XXI əsrdə: Qlobal Çağırışlar və İnkişaf Perspektivləri” mövzusunda SOSİAL ELMLƏR ÜZRƏ BEYNƏLXALQ FƏNLƏRARASI ELMİ KONFRANSında /05-06 oktyabr 2023, Azərbaycan, Bakı, BDU, SEP, Sosiologiya kafedrası/ “MERCY”/ “Mərhəmət”/ QIZIL MEDALI - BMT-YUNESKO-nun pilot humanitar layihələrinin həyata keçirilməsində fəal iştirakına, habelə Yer üzündə sülh və firavanlıq naminə humanizm dəyərlərinin, tolerantlıq, etno-konfessional razılıq, xalqların, mədəniyyətlərin və sivilizasiyaların dialoqunun təbliğinə görə YUNESKO-nun “Avropa-Asiya” Beynəlxalq Humanitar Akademiyası və Sülh Mədəniyyəti İnstitutu (YUNESKO) tərəfindən təltif edilib.
ELMİ TƏDQİQAT SAHƏSİ
Ailənin, nikahın, tərbiyənin, təhsilin, elmin, gənclərin, siyasətin, münaqişələrin, dinin (İslam problemləri), sosial strukturların, idarəetmənin, genderin sosiologiyası; sosial proqnozlaşdırma və layihələşdirmə, sosial-demoqrafik və sosial-iqtisadi problemlər, marketinq tədqiqatları, uşaq və qadın problemləri, uşaq/yeniyetmə cinayətkarlığı, sosial siyasət, sosial iş sahəsində tədqiqat
Əksəriyyəti xaricdə çap olunan 170-dən çox elmi əsərlərin müəllifidir.
Fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiyasının müdafiəsindən əvvəl 30 elmi əsərin, onlardan 7 elmi məqalə və 17 məruzə tezislərinin və 6 fənn proqramının, müdafiədən sonra isə 137 elmi əsərin, onlardan 37 elmi məqalənin və 80 məruzə tezislərinin, 16 fənn proqramının (rus və Azərbaycan dillərində), 3 tədris-metodik vəsaitin və bir dərs vəsaitinin (“Sosial münaqişələr” rus.dilində, Bakı, 2015) müəllifidir (həmmüəllif). Bundan başqa “Qərbi Avropada və ABŞ-da sosiologiya tarixi” (Bakı, 2010) adlı dərsliyin “K.Mannheymin bilik sosiologiyası” adlanan XVIII fəsilini rus dilindən Azərbaycan dilinə tərçümə etmişdir (s.ü.f.d. S.N.Əliyeva ilə birlikdə) və “Siyasi sosiologiya” / Ali məktəblər üçün dərs vəsaitinin (Bakı, “Füyuzat”, 2021) III, VIII, XI fəsillərinin həmmüəlifidir. SİYASİ HAKİMİYYƏTİN SOSİOLOGİYASI (dos. F.Q.Vahidov, s.ü.f.d. S.N.Əliyeva ilə birgə), SİYASİ PARTİYALAR VƏ PARTİYA SİSTEMLƏRİNİN SOSIOLOGIYASI (s.ü.f.d. S.N.Əliyeva ilə birgə), İCTİMAİ HƏRƏKATLARIN SOSİOLOGİYASI (s.ü.f.d. S.N.Əliyeva ilə birgə).
KURSLAR VƏ TRENİNGLƏRDƏ İŞTİRAK VƏ SERTİFİKATLAR
1992-ci ildə Azərbaycan Respublikası “Edip Özaltın” şirkəti (AMEA nəzdində) 3 aylıq türk dili kursunda iştirak etmiş və Sertifikat alıb.
2005-2006-cı illərdə Qərb Universiteti nəzdində Gender Araşdırmaları Mərkəzinin təşkil etdiyi “Gender problemləri”nə dair 4 modul üzrə treninqlərində iştirak etmiş və Sertifikatlar alıb.
2006-cı ildə Avrasiya Fondunun dəstəyi ilə Qafqaz Tədqıqatlar Resurs Mərkəzinin Azərbaycan nümayəndəliyində təşkil edilmiş “Sosial işin Nəzəriyyəsi və Praktikası” üzrə treninqdə iştirak etmiş və Sertifikat alıb.
2016-cı ildə Azərbaycanda TWINING Layihəsi çərçivəsində Avstriya, Almaniya və Rumıniyanın qabaqcıl mütəxəssisləri tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində aparılan “Sosial iş”lə bağlı 5 modul üzrə treninqlərdə iştirak edibvə Sertifikat alıb.
2018-ci ildə Türkiyənin İstanbul Universitetinin Sosiologiya bölümündə bir aylıq Stajkeçşə Kursu keçib.
QRANTLAR
2016-2017-ci tədris ili üçün Bakı Dövlət Universitetində Universitetdaxili “50+50” Qrant Proqramı müsabiqəsində professor-müəllim heyəti (əməkdaşlar) nominasiyası üzrə qalibi olub. Tədqiqatın nəticələri Beynəlxalq Konfranslarda məzruzə olunub, tezisləri və məqalələri isə Beynəlxalq elmi toplu və junalda çap olunub.
2018-ci ildə Polşanın Krakov Pedaqoji Universitetinin nəzdində Hüquq, İdarəetmə və İqtisadiyyat İnstitutunun həyata keçirdiyi Təhsil sahəsində Beynəlxalq Elmi-Tədqiqat Layihəsinin iştirakçısı olub. Layihə “The East European Scientific Group (Azerbaijan, Belrus, Poland, Serbia, Ukraine)” təşkilalatı çərçivısində aparılıb– “WPL_BS_Economics and management of educational systems and processes 2018” adlanır. Tədqiqatın nəticələri Avropanın (Polşa, Varşava) 40-cı Beynəlxalq Elmi-Elmi Konfransında on-line dinlenilmiş və elmi məqalələr toplusuda (monoqrafiyada) dərc olunub.
BEYNƏLXALQ ELMİ TƏŞKİLATLARDA VƏ ELMİ JURNALLARIN REDAKSİYA HEYƏTİNDƏ ÜZVLÜK
2017-ci ildən “VİRTUS Scientific Journal”ının (Kanada, Ukrayna, Polşa, Serbiya, Azərbaycan) Redaksiya Heyətinin üzvü. (Azərbaycan üzrə nümayəndəsi). Kanada, Monreal, СPM «ASF» nəşriyyatı. http://conference-ukraine.com.ua/en/virtus/
2018-ci ildən “International Journal of Recreation and Sports Science” (Türkiyə) Beynəlxalq-Elmi jurnalın Redaksiya Heyətinin üzvü (Azərbaycan üzrə nümayəndəsi). /Dergi-Park/http://dergipark.gov.tr/ijrss/board
2016-ci ildən Türkiyə Cumhuriyyətinin EYUDER (Eğitim Yöneticileri ve Uzmanları Derneği) və Türkiyənin tanınmış universitetlərinin birgə təşkil etdkləri Eğitim Yönetimi Forumlarında /EYFOR/ Təşkilat və Elmi Heyətinə üzv semilmiş və hal-hazıradək fəaliyyəyət göstərir. https://www.eyfor.org/; www.eyuder.org
2017-ci ildən «The East European Scientific Group (Azerbaijan, Belrus, Poland, Serbia, Ukraine)” /Beynəlxalq Elmi Təşkilat/ Şərqi-Avropa Tədqiqat Qrupunun üzvü (expert). https://en.wikipedia.org/wiki/Eastern_European_Group
2019-cu ildən “Labyrinths of Reality” (Reallığın Labirintləri / Лабиринты реальности) Kanada-Ukrayna Elmi əsərlər məcmuəsinin Baş Redaktorun müavini və Redaksiya Heyətinin üzvü (ekspert). (Azərbaycan və Türkiyə nümayəndəsi). Kanada, Monreal, СPM «ASF» nəşriyyatı. http://conference-ukraine.com.ua/lor/
2021-ci ildən “KutBilim” Journal of Social Sciences and Arts (Türkiyə-Kırğızstan) Jurnallarının Redaksiya (Elmi) Heyətinin üzvü (ekspert). /Dergi-Park. https://kutbilimjournal.org/
2021-ci ildən “Journal of Innovative Education Studies Journal” Beynəlxalq-Elmi jurnalın Redaksiya Heyətinin üzvü (ekspert). Azərbaycan üzrə nümayəndəsi. Türkiyə. https://www.jiestudies.com/
2022-ci ildən “UPSEAD Psiko-Sosyal Eğitim Araştırmaları” Beynəlxalq-Elmi jurnalın Redaksiya Heyətinin üzvü (ekspert). Azərbaycan üzrə nümayəndəsi. Türkiyə. https://upsead.com/editor-kurulu/
BEYNƏLXALQ KONFRANSLARDA, SİMPOZİUMLARDA VƏ SEMİNARLARDA İŞTİRAKI
Müntəzəm olaraq 90-dan çox Respublika konfranslarında, habelə Türkiyə, Rusiya Federasiyası, Ukrayna, Gürcüstan, Böyük Britaniya, Kanada, İspaniya, Almaniya, Polşa və s. Beynəlxalq elmi-praktik konfranslarda və simpoziumlarda məruzələrlə çıxış etmiş, məqalələri çap olunmuş, birinci dərəcəli və digər müxtəlif diplomlara layiq görülmüşdür. Bununla yanaşı 60-dən çox Beynəlxalq Elmi Konrfransın (Azərbaycan, Türkiyə, Ukrayna, Gürcüstan, İspanya, Polşa, Almaniya və b. ölkələrdə keçirilmiş) Təşkilat və Elmi Komitənin üzvü olmuş və konfransların təşkilində iştirak etmişdir. (Təşkilat və Elmi Heyətin üzvü). Onların sırasında EJER CONGRESS, CEAD, USOS, İCES UEBK, EYFOR, EAB CONGRESS, İTEAC, IMCOFE, İNES, İNCES, TURKCESS, SADAB, ESSA, EDU CONGRESS, UKÇK (Uluslararası Kadın Çalışmaları Kongresi), USBK (Haydar ALİYEVin Doğumunun 100. Yılı Anımına 5.Uluslararası Sosial Bilimler Kongresi), İİSCSS-Baku 2023 və s. Beynəlxalq Kofraslardır.