QISA BİOQRAFİK MƏLUMAT
10 fevral 1951-ci ildə Astara şəhərində anadan olub.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1973-cü ildə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1975-1978-ci illərdə Moskva Dövlət Universitetinin əyani aspirantı olub.
1979-cu ildə “Orta əsr Azərbaycanda etnik fikir və onun müasir Qərb şərhlərinin tənqidi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1982-1985-ci illərdə Moskva Dövlət Universitetinin əyani doktorantı olub.
1989-cu ildə “Qədim və orta əsr Azərbaycan fəlsəfəsində insan problemi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
1991 professor
ƏMƏK FƏALİYYƏTİ
1994-1996 Xəzər Universitetinin Hüquq, Sosial Elmlər və Psixologiya fakültəsinin dekanı
1994-1996 Xəzər Universitetinin Sosiologiya kafedrasının müdiri
1996-2000 AMEA-nın Sosial Fəlsəfə şöbəsinin aparıcı elmi işçisi
1998-ci ildən etibarən Bakı Dövlət Universitetində sosiologiya, sosiologiya tarixi və metodologiyası fənlərini ingilis bölməsində tədris edir
2005-2017 AMEA-nın Fəlsəfə İnstitunun nəzdində Fəlsəfə elmləri və Sosiologiya üzrə ixtisaslaşdırılmış Elmi Şurasının Sədr müavini
TƏDQİQAT SAHƏSİ
Qafqazşünaslıq
Klassik Yunan, Zərdüşt və İslam fəlsəfəsi
İnterdisiplinar, semiotik və kulturoloji tədqiqatlar;
Müqayisəli dini və fəlsəfi antropologiya
Dil və təfəkkürün fəlsəfəsi
Milli-etnik münasibətlərin, multikulturalizmin sosiologiyası;
Dövlət suverenliyinin tarixi və nəzəriyyələri.
9 kitabın, 100-dən artıq məqalənin müəllifidir.
BEYNƏLXALQ KONFRANSLARDA, SİMPOZİUM VƏ SEMİNARLARDA İŞTİRAKI
2017 - (22-24 noyabr) Malmö (İsveç) beynəlxalq elmi konfrans