QISA BİOQRAFİK MƏLUMAT
28 iyun 1986-cı ildə Ermənistan Respublikasının Razdan rayonunda anadan olmuşdur.
TƏHSİLİ, ELMİ DƏRƏCƏLƏRİ VƏ ADLARI
2008 Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsi Psixologiya ixtisası üzrə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib.
2010 Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsi Hüquq psixologiyası ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib.
2012 Sosial və pedaqoji psixologiya kafedrasının fəlsəfə proqramı üzrə (6114.01 - Sosial psixologiya) dissertantıdır.
Dissertasiya işinin mövzusu: ““Məişət zorakılığına məruz qalan qadınların sosial – psixoloji problemləri” ”.
ƏMƏK FƏALİYYƏTİ
2005-2011 “Sabaha Doğru” Gənclər İctimai Birliyinin həmtəsisçisi olaraq könüllü psixoloji xidmət göstərmiş, müxtəlif sosial-psixoloji treninq və seminarlar həyata keçirmişdir.
2011-2013 Bakı Dövlət Universiteti Sosial və pedaqoji psixologiya kafedrasında baş laborant vəzifəsində çalışmışdır.
2013-cü ildən Bakı Dövlət Universiteti Sosial elmlər və psixologiya fakültəsi, Sosial və pedaqoji psixologiya kafedrasında ştat müəllim
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
2020 Psixologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır.
TƏDQİQAT SAHƏSİ
Sosial psixologiya, hüquq psixologiyası
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
2005 Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və “Sabaha Doğru” Gənclər İctimai Birliyinin birgə təşkil etdiyi “Əl-Ələ” adlı layihənin təşkilatçısı olmuşdur.
2017 Məişət zorakılığına məruz qalan qadınlarla aparılan psixoloji işlər, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Doktorantların və gənc tədqiqatçıların XXI Respublika elmi konfransı
2018 UMYOS //Informasiya Texnologiyalarındakı dəyişim və inkişafın peşələrə təsiri