CABBAROVA LALƏ MƏHƏMMƏD QIZI

CABBAROVA LALƏ MƏHƏMMƏD QIZI

CABBAROVA LALƏ MƏHƏMMƏD QIZI

Psixologiya üzrə fəlsəfə doktoru, dosent

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

1975-ci il iyul ayının 9-da Bakı şəhərində anadan olub. 1982-1992-ci illərdə Bakı şəhərindəki 44 saylı orta məktəbdə təhsili alıb.

TƏHSİLİ, ELMİ DƏRƏCƏLƏRİ VƏ ADLARI

1992-1997

BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya ixtisasını fərqlənmə diplomu ilə bitirib

1998-2002

BDU-nun dissertantura şöbəsində qiyabi təhsil alıb.

2002

19.00.05-sosial psixologiya ixtisası üzrə “Müasir şəraitdə tənhalığın sosial-psixoloji problemləri”  mövzusunda namizədlik dissertasiyasını müdafiə edib və psixologiya elmləri namizədi elmi dərəcəsini alıb.  

2010

Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adı verilib.

2014

Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının elmlər doktoru proqramı üzrə doktorantıdır.

ƏMƏK FƏALİYYƏTİ

1997-2009   BDU-nun Psixologiya kafedrasında müəllim , baş müəllim və dosent;

2003-2007   Azərbaycan Milli Aviasiya Akademiyasının Aviasiya psixofiziologiyası və reabilitasiya kafedrasında əvəzçilik üzrə müəllim;

2003-2006   psixologiya elmləri üzrə N 02.014 – Dissertasiya Şurası yanında Elmi Seminarın elmi katibi;

2003-2015   psixologiya elmləri üzrə N 02.014 – Dissertasiya Şurası yanında Elmi Seminarın üzvü;

2006-2007   Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ailə problemləri şöbəsinin müdiri;

2015- hal hazıradək   psixologiya elmləri üzrə FD 02.014 – Dissertasiya Şurasının üzvü;

2014-cü ildən hal hazıradək   Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində yaradılmış SABAH qruplarında müəllim;

2010-cu ildən hal hazıradək   BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasında dosent kimi fəaliyyət göstərir.

TƏDQİQAT SAHƏSİ

Sosial-psixoloji problemlər, o cümlədən, müasir dövrdə ünsiyyət sahəsində problemlər, tənhalıq və yadlaşma, medianın və müasir informasiya texnologiyalarınıın psixoloji təsir məsələləri ilə bağlı tədqiqatlar aparır. 

İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR

2023

Stanford University School of Medicine tərəfindən təşkil edilən (online) kurs: “İdentifying Early Signs of Psychosis in Adolescents and Young Adults” (2.00 AMA PRA Category 1 Credit) Stanford Center for Continuing Medical Education (Yanvar, 2023)  

2021

Amerika Psixoloqlar Assosiasiyası (APA) tərəfindən təşkil olunan (online) kurs: “New Guidance for Treating Depression” (CE Credits: 1.00) APA Office of Continuing Education in Psychology (CEP) (Sentyabr, 2021)

2021

Amerika Psixoloqlar Assosiasiyası (APA) tərəfindən təşkil olunan (online) kurs: “Facebook as a Research Tool” (CE Credits: 1.00) APA Office of Continuing Education in Psychology (CEP) (2021-08-31)

2021

NYIT SpeedTech Spring 2021 Conference (online), New York Institute of Technology, College of Arts & Sciences (8 may, 2021)

2020

ADA Universiteti və ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilən “İmproving Higher Education Capacity and US Linkages in Azerbaijan” layihəsi çərçivəsində bir semestr ərzində kurs (Yanvar-Sentyabr, 2020): “Sosial tədqiqat metodları” – 40 saat; “Akademik yazı” – 25 saat

2019

8.International Vocational Schools Symposium UMYOS’19, Sinop, Türkiyə (11-13 İyun, 2019)

2018

VII. International Vocational Schools Symposium UMYOS’18, Bakı, Azərbaycan (16-18 Oktyabr, 2018)

2016

Bakı Amerika Mərkəzi tərəfindən təşkil edilən “Akademik Yazı” kursu (Payız 2016 – Bahar 2017)

2017

Azərbaycan Respublikası Təhsil Nazirliyi və ADA Universiteti tərəfindən təşkil olunmuş “SABAH” Qrupları müəllimləri üçün qış akademiyası: Təcrübəyə əsaslanan tədris; Tədris prosesinin keyfiyyətinin yüksəldilməsində tətbiqi tədqiqatın rolu; Akademik yazı üslubu: elmi məqalələrin yazılma normaları.

(16-19 yanvar 2017)

2016

International Early Childhood Education Congress,  Istanbul, Türkiyə (18-20 mart, 2016)

2012

International Counseling and Education Conference,  Istanbul, Türkiyə (3-5 may, 2012)

2008

UNICEF and EducAid tərəfindən təşkil olunmuş treninq: "Uşaqların müdafiəsində sosial işin metodologiyası"  (2-3-4 iyul 2008)

2007

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi/UNİCEF/OSCE tərəfindən təşkil olunmuş təlim kursu: "Qanunla ziddiyyətdə olan yetkinlik yaşına çatmayanlarla sosial işin qurulması" (12-16 noyabr, 2007)

2007

Avropa İttifaqı TACİS proqramı / Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  “Azərbaycanda Sosial Müdafiə Sisteminin İslahatı” layihəsi çərçivəsində Sosial iş sahəsində Təlimçilər üçün Təlim Kursu (20 AKTS) (5 yanvar-15 dekabr, 2007)

2007

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında qısa müddətli (36 saat) ixtisasartırma kursu: "Azərbaycan Respublikasında gənclər siyasəti"

(5-10 fevral, 2007)

2006

IFP tərəfindən təşkil olunmuş treninqlər: "Sosial işdə tədqiqatların keçirilməsi" (fevral, 2007 ); "Psixi sağlamlıq sahəsində sosial iş" (iyun, 2007 )

 “Sosial iş təcrübəsi”(may, 2006); “Sillabusların hazırlanması”(2006);

2005

Azərbaycan Psixiatrlar Assosiasiyası tərəfindən təşkil olunmuş treninq: "Koqnitiv-biheviorial terapiya” (2005)

2003

BTMM tərəfindən təşkil olunmuş yay məktəbi:  Summer School on Social Work Curriculum Development (12-16/08/2003)

2003

Qərb Universiteti/Gender Araşdırmaları Mərkəzi tərəfindən təşkil olunmuş treninq: “Gender probleminin psixoloji aspektləri” (15-19/04/2003)

 

DÖVLƏT VƏ BEYNƏLXALQ PROQRAM VƏ QRANTLAR

04.2019-05.2019

Mevlanə mübadilə proqramı çərçivəsində Türkiyənin Gümüşhanə Universitetində akademik fəaliyyət;

2018-2019

“Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin icrasına dəstək” layihəsində işçi qrupun üzvü (Azərbaycan Respublikası Təhsil Nazirliyi, Avropa İttifaqı və GOPA);

2003-2006

«BDU-da «Sosial iş» ixtisası üzrə magistr proqramının təşkili» adlı beynəlxalq layihə (BEIC və OSI-nin dəstəyi ilə);

2007-2008

«Yuvinal Ədliyyə layihəsi» çərçivəsində «Uşaq və gənclərin sosial reabilitasiya mərkəzi»ndə sosial iş üzrə məsləhətçi(UNICEF, OSCE);

2007-2008

Aİ TACİS –in «Azərbaycanda Sosial Müdafiə Sisteminin İslahatı» layihəsində Sosial iş üzrə sertifikatlı kurslarda trener

Seçilmiş əsərləri

Əlaqə
Bakı Dövlət Universiteti, II korpus 9-cu mərtəbə, 900-cü otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 23, AZ 1148
Tel.: (+99412) 5390241 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət