QISA BİOQRAFİK MƏLUMAT
1970-ci ildə Moskva şəhərində anadan olub.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1987-1992 Bakı Dövlət Universitetinin Biologiya fakültəsində təhsil almış və həmin fakültəni bioloq, biologiya müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
1998-2002 BDU-nun dissertantura şöbəsində qiyabi təhsil alıb
2002 19.00.05-sosial psixologiya ixtisası üzrə «Yaradıcılıq şəxsiyyətin inkişaf amili kimi» mövzusunda namizədlik dissertasiyasını müdafiə edib və psixologiya elmləri namizədi elmi dərəcəsini alıb.
2009 «Şəxsiyyətin yaradıcı potensialının formalaşmasının psixoloji problemləri» mövzusunda psixologiya elmləri üzrə doktorluq dissertasiyasını müdafiə edib.
ƏMƏK FƏALİYYƏTİ
2010- hal hazıradək BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasının müdiri
2010-hal hazıradək BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasında professor
2005-2010 BDU-nun Psixologiya kafedrasında dosent
1998-2005 BDU-nun Psixologiya kafedrasında müəllim
1992-1998 Zoologiya İnstitunda baş elmi işçi
TƏDQİQAT SAHƏSİ
«Yaradıcılıq psixologiyası», «Pedaqoji psixologiya», «Hüquq psixologiyası», «Hüquq psixologiyasının aktual problemləri» fənləri üzrə mühazirə və seminar dərsləri aparır.
MÜKAFATLAR:
2009 BDU-nun 90 illiyi ilə əlaqədar “Yüksək ixtisaslı kadr hazırlığı sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətinə görə” Fəxri Fərman
2011 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə səmərəli əməkdaşlığa görə komitə tərəfindən fəxri fərmanla
2012 Bakı Dövlət Unuiversitetinin Fəxri Fərmanı ilə təltif olunub.
2019 “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının Yubiley Medalı
DÖVLƏT VƏ BEYNƏLXALQ PROQRAM VƏ QRANTLAR
- K.R.Əliyeva - 13-cü Bakı Beynəlxalq Ombudsmanların konfransı, Bakı 12-14 noyabr 2015-ci il
- K.R.Əliyeva – Erkən nigahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi- Beynəlxalq konfrans.Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, BMT-nin uşaq fondunun təçkilatçılığı ilə.
- Gənc alim və mütəxəssislərin qrant layihələri müsabiqəsində “Azərbaycanda 0-5 yaşlı uşaqların psixoloji qiymətləndirilməsi – DİSC (Uşaq inkişafının qiymətləndirilməsi aləti) metodikasının Azərbaycan mühitinə kross-kultural adaptasiyası” adlı layihə