QISA BİBLİOQRAFİK MƏLUMAT
27 aprel 1986-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Orta təhsili Bakı şəhəri Nərimanov rayonu S.C.Pişəvəri adına hümanitar fənlər gimnaziyasında almışdır.
TƏHSİLİ, ELMİ DƏRƏCƏLƏRİ VƏ ADLARI
2007 Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq fakultəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib.
2012 Azərbaycan Dillər Universitetinin Filalogiya fakultəsinin ingilis dili müəllimi ixtisasını bitirib.
2014 Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə magistratura pilləsini bitirib.
2017 pedaqoji psixologiya kafedrasının fəlsəfə proqramı üzrə (6104.01 - Pedaqoji
psixologiya) dissertantıdır.
Dissertasiya işinin mövzusu: “Yuxarı sinif şagirdlərində peşəseçmə ilə bağlı təsəvvürlərin inkişafının psixoloji xüsusiyyətləri ”.
ƏMƏK FƏALİYYƏTİ
2012-ci ildən Bakı Dövlət Universiteti Sosial elmlər və psixologiya fakültəsi, Sosial və pedaqoji psixologiya kafedrasında 0.5 ştat laborant
2023 Bakı Dövlət Universiteti Sosial elmlər və psixologiya fakültəsi, Sosial və pedaqoji psixologiya kafedrasında 0.5 ştat müəllim
ELMİ TƏDQİQAT SAHƏSİ
Pedaqoji psixologiya
Respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 20-dən çox məqalə və tezisin müəllifidir.