QISA BİOQRAFİK MƏLUMAT
1989-cu il yanvar ayının 13-də Azərbaycan Respublikası Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Orta təhsilini Bakı şəhəri Yasamal rаyоnu Respublika İncəsənət Gimnaziyasında almışdır.
TƏHSİLİ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
2005-2009 BDU-nun Sosial elmlər və psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir
2010-2012 BDU-nun Sosial elmlər və psixologiya fakültəsində Sosial psixologiya ixtisası üzrə magistrı olmuşdur.
2014-2018 BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasının psixologiya üzrə fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul olunmuşdur.
Mövzu: “Təlim fəaliyyəti şəraitində şəxsiyyətin mənlik şüurunun strukturunda etnomədəni “Mən”-in aktuallaşması”
ƏMƏK FƏALİYYƏTİ
2009-2012-ci illər ərzində “Farm Gafur” MMC-də psixoloq kimi fəaliyyət göstərib
2012-2017-ci illər ərzində Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasında laborant vəzifəsində çalışıb. Bununla bərabər həmin illərdə saat hesabı qaydada müəllim kimi də fəaliyyət göstərib.
2017-ci ildən Sosial və pedaqoji psixologiya kafedrasında müəllim vəzifəsində çalışır.
TƏDQİQAT SAHƏSİ
Pedaqoji psixologiya
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
2006 Azerbaijan Psychological Association, The Institute for International Connections for Personal and Cultural Change (USA) // Systematic Family Therapy: “The Satir Model”, 2006.
2007 Azerbaijan Psychological Association, The Institute for International Connections (USA)// Systematic Satir Model: How to Understand and Transform Oneself, 2007.
2010 Sheroma Academy of Holistic Aromatherapy and Medical scientific center of traditional and untraditional medicine // Base Aromatherapy, 2010.
2011 Global Training and Consulting Company // “HR məktəbi” Modul 1 “Mütəxəssis”, 2011.
2017 Институт практической психологии «Иматон» // Привязанность в детско-родительских отношениях. Что важно знать специалисту, работающему с семьёй в трудной жизненной ситуации, 2017.
2018 Contemporary Azerbaijani Psychologists Society // Early intervention, 2018.
UMYOS //Informasiya Texnologiyalarındakı dəyişim və inkişafın peşələrə təsiri, 2018.