ERA Marketinq Mərkəzi 1996-cı ildən fəaliyyət göstərir və bu müddət ərzində Azərbaycanda hal-hazırda inkişafda olan bazarı və biznes mühitini dərindən təhlil edən layihələr həyata keçirmişdir.
Hal-hazırda ERA təcrübəli işçi heyəti ilə birlikdə marketinq və sosial araşdırma, ictimai rəy sorğuları, birbaşa marketinq (promo aksiyalar) həyata keçirərək və dünyada top onluqda olan araşdırma şirkətləri ilə (İpsos, GfK, TNS, Factum Group, Futurebright, Nielsen və s.) əməkdaşlıq edərək işini davam etdirir. ERA 18 tam ştatlı idarəedici işçidən və bütün Azərbaycanı əhatə edən sahə işinə cəlb olunan və sahə işini müvəffəqiyyətlə bitirən 100 nəfərə yaxın yarım ştat işçidən ibarətdir.
Dünya standartlarına cavab verən ən müasir avadanlıqlardan və proqramlardan istifadə etməklə ERA yerli və xarici şirkətləri istənilən sferada məlumatla təmin edir.
ERA Marketinq Mərkəzi ESOMARİN, KANTAR GROUP və Qimətləndiricilər Assosiasiyasının üzvüdür.
Artıq səkkiz ilə yaxındır ki, ERA Marketinq Mərkəzi BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin Sosiologiya kafedrası ilə əməkdaşlıq edir. IV kurs tələbələri sahə işini öyrənmək üçün ERA Marketinq Mərkəzində tədris təcrübəsi keçirlər. Tələbələr burada məlumatların təhlilinin və çöl işinin icrasının incəliklərinə yiyələnirlər.