«İNKİŞAF» Respublika Elmi-Praktik Mərkəzi 1990-cı ildə Təhsil Nazirliyinin əmri ilə “Yaradıcı İstedad” adı ilə Təhsil Nazirliyinin əmri ilə (əmr №151, 20.02.1990) Bakı Dövlət Universitetin nəzdində yaradılmışdır. Əsas məqsəd – ölkədə istedadlı uşaqları psixodiaqnostika üsulları ilə araşdırıb aşkar edilməsi, istedadlı uşaqlar üçün təlim modelinin yaradılması və onların intellektual, yaradıcı keyfiyyətləri və şəxsiyyət profili əsasında fərdi təlim proqramlarının işlənib hazırlanması, istedadlı şagirdlərlə işləyəcək müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması idi.
Qısa müddətdə Mərkəzin təklıiflərini nəzərə alaraq respublikada istedadlı uşaqların – şagird və tələbələrin əşkalanması və inkişafı ilə bağlı zəruri tədbirlərin görülməsi haqqında Azərbaycan Respublikası Nazirlər Sovetinin Qərarı verilmişdir (№389, 28.08.1990).
Qərarda vurğulanır ki, istedadın təzahürü və inkişafının psixoloji qanunauyğunluqlarına müvafiq üstün qabiliyyətə malik olan uşaqların axtarışı erkən yaşlarından başlanmalı, həm də sonrakı yaş dövrlərində də aparılmalıdır. Bunun üçün bütün işlər psixoloji əsaslarla təşkil edilməli (bənd 5) və ilk öncə axtarışı aparan peşəkar psixoloqların sırf istedad problemi üzrə hazırlanmasını, eləcə də "uşaq bağçası - orta məktəb - ali məktəb" tipli təhsil strukturunun təsis edilməsini (bənd 4) ehtiva etməlidir. Belə strukturun inşası və Respublika Elmi-Praktik Mərkəzi üçün hətta Bakı şəhərində torpaq sahəsinin ayırılması nəzərdə tutulmuşdu (bənd 11).
Mərkəzin əməkdaşları tərəfindən mütəmadi olaraq aşağıdakı fəaliyyət həyata keçirilir:
- istedadlı uşaqlar üçün təlim modelinin təkmilləşdirilməsi,
- uşaqların və müəllimlərin psixoloji testlər əsasında qəbulu,
- müəllimlər üçün yeni təlim texnologiyalar (xüsusən fəal/interaktiv təlim) üzrə
- treninq və seminarların keçirilməsi,
- sosioloji sorğuların aparılması,
- istedadlı uşaqlar və müəllimlər üçün psixoloji treninqlərin keçirilməsi
Eyni zamanda şagirdlərin validenləri ilə psixoloji işin aparılması, pedaqoji problemlərin aradan götürülməsi ilə bağlı və yardımlar göstərilməsi nəzərdə tutulur. Bununla əlaqədar Azərbaycanda ilk dəfə “Valideyn Müəllim Assosiasiyası” yaradılmış və respublikanın bütün lisey və məktəblərində təşkil edilmişdir. Toplanmış təcrübə göstərdi ki, yaradıcı istedad problemi daha geniş yanaşmanı tələb edir və buna görə də 2000-ci ildə Mərkəz təhsilin daha ümumi məsələlərin tədqiqinə keçdi və buna uyğun olaraq, “Yaradıcı İstedad” adı “İnkişaf” adı ilə əvəz edildi. Mərkəzin mütəxəsisləri beynəlxalq təşkilatlarla əlaqədə işləyir, beynəlxalq elmi forumlarda iştirak edirlər. YUNİSEF-in yardımı ilə fəal/interaktiv təlimin əsasları, erkən yaşlı uşaqların təlimi problemləri tədqiq olunub.