QISA BİOQRAFİK MƏLUMAT
20 may 1975 –ci ildə Bakı şəhərində anadan olub. 1992-ci ildə Bakıda 203 №li orta məktəbi bitirib.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin “Sosial elmlər və psixologiya” fakültəsində psixologiya ixtisası üzrə təhsil almışdır.
2007-ci ilin dekabrın 1-dən 2008-ci il mayın 31-dək JFDP proqramda iştirak edərək Amerika Birləşmiş Ştatlarında ixtisasartırma kursundan keçdi.
30.12.2012-ci il tarixindən 6111.01 – “Şəxsiyyətin psixologiyası” ixtisası üzrə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının fəlsəfə doktoru proqramı üzrə dissertantıdır
ƏMƏK FƏALİYYƏTİ
1997-cı ildən BDU-nun “İnkişaf” Respublika Elmi Praktik-Mərkəzdə kiçik elmi işçi vəzifəsində işləyir .
2004- bu günədək BDU, Sosial Elmlər və Psixologiya fakültəsində, “Gender və Tətbiqi Psixologiya” kafedrasında saathesabı müəllim (“Ümumi Psixolojı Praktikum”, “Eksperimental psixologiya, Statistik metodlar” və s.) işləyir.
2018-ci ildən fakültənin elmi şuranın üzvüdür.
2015 - Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Bakı şəhərində fəaliyyət göstərən məktəblərin IV sinfində dərs deyən ibtidai sinif müəllimlər üçün “Təməl” Təqaüd proqramı üzrə təlimçi olmuşdur.
20-dən çox məqalə , tezis, dərslik və metodik vəsaitlərin müəllifidir.
Apardığı dərslər: “Psixoloji praktikum”, “Eksperimental psixologiya”, “Statistik metodlar”, “Psixogenetika” “Gendera giriş” kursundan mühazirə və seminar dərsləri.
ELMİ-TƏDQİQAT SAHƏSİ
Psixologiya və pedaqogika
YERLİ VƏ BEYNƏLXALQ SEMİNARDA, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş 17 noyabr 2017 –ci ildə aprel döyüşlərində ataları vəfat olmuş Azərbaycanın müxtəlif rayon və şəhərlərdən olan uşaqlar üçün (6-16 yaş) psixoloji təlimin aparılması.
“Bizim gələcəyımızın dünyası” mövzusunda II Beynəlxalq uşaq diplomatların konfransı- 3.05.2018, Bakı, Azərbaycan Diplomatiya Universiteti, təşkilatçı
12.06.2018 – WWD IC fəaliyyəti çərçivəsində “I Dünya xalqların mədəniyyəti” festivalında təşkilatçı
“Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası ” Təlimçilər üçün təlim proqramı –Təhsil nazirliyi, Odlar Yurdu universiteti , 16-22 noyabr 2018, təlimçi, 6 günlük təlim
“Uşaqlar və informasiya məkanı” mövzusunda III Beynəlxalq uşaq diplomatların konfransı- 1.06.2019, Bakı, Azərbaycan Diplomatiya Universiteti, təşkilatçı
11.06.2019 – WWD IC fəaliyyəti çərçivəsində “II Dünya xalqların mədəniyyəti” festivalında təşkilatçı
3-4.09.2019 İncəsənət və sənətkarlıq mütəxəssisləri, xüsusi müəllimlər və xüsusi xidmət təminatçıları üçün “Ənənəvi incəsənət vasitəsi ilə inklüziv təhsilin həyata keçirilməsi” layihəsi çərçivəsində "İnnovativ tədris metodları: fərdi yanaşma, qarşılıqlı əlaqə, müsbət möhkəmləndirmə və həvəsləndirmə", "Təqdimat bacarıqları və komanda qurmaq" mövzusunda təlimin aparılması
16-20.09.2019 “Ənənəvi incəsənət vasitəsi ilə inklüziv təhsilin həyata keçirilməsi” layihəsi çərçivəsində əlilliyi olan və olmayan gənclər ilə “İnklüziv təhsilə giriş” mövzusunda təlimin aparılması (1 günlük təlim 6 qrup)
11.12.2019 “Ənənəvi incəsənət vasitəsi ilə inklüziv təhsilin həyata keçirilməsi” layihəsi çərçivəsində əlilliyi olan və olmayan gənclər ilə “Ünsiyyət bacarıqları” və “Komandanın qurulması”mövzusunda təlimin aparılması (1 günlük təlim)
09.10.2019 Azərbaycan Dövlət İqtisadi Universitetinin Gənclikdə olan filialında “Şəxsiyyət və onun ətrafdakılarla münasibəti” mövzusunda interaktiv mühazirə (2 saat, 50 nəfər tələbə). Fəal iştirakçılara sertifikatların verilməsi.
Bakı Dövlət Universitetində (BDU) Sosial elmlər və psixologiya fakültəsinin təşkilatçılığı ilə “Pandemiya şəraitində distant təhsil: təcrübə və perspektivlər” –onlayın konfrans, 21.07.2020, Bakı
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi təşkilatçılığı ilə müxtəlif yaşlı (1-4, 5-9, 10-11-ci siniflər üzrə) vloqerlərinin videomaterialının qiymətləndirilməsi, avqust 2020
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi təşkilatçılığı ilə Özünü daha yaxşı tanı - Məktəblinin I Fərdi İnkişaf Forumu 9-11 sentyabr 2020-ci il
“Fuad İbrahimbəyov və onun Azərbaycanda Psixologiyanın inkişafında rolu” - 27.07.2022