QISA BİOQRAFİK MƏLUMAT
Z.A.Veysova 13 noyabr 1958-ci ildə Bakı şəhərində doğulub
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1975-1980-ci illlərdə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin psixologiya fakultəsində, psixoloq
1982- 1985 illərdə ADU-nin pedaqogika və psixologiya kafedrasının aspirantura
1988-ci ilin fevral ayında Tiflis şəhərində Uznadze adına Psixoloji İnstitutu, psixologiya elmləri namizədi
ƏMƏK FƏALİYYƏTİ
1980 – Azərbaycan Dövlət Universitetinin pedaqogika və psixologiya kafedrasına baş laborant
Yanvar 1986-iyun 1990 – ADU-nin pedaqogika və psixologiya kafedrasdında çalışırdı.
Iyun 1990- dekabr 1999- ADU-nin nəzdində fəaliyyət göstərən “Yaradıcı istedad” Respublika Elmi-Praktik Mərkəzində aparıcı elmi işçi
1999 cu ildən Təhsil Sahəsində İslahat Proqramında iştirak etməyə başlayıb: əvvəl milli məsləhətçi vəzifəsində, sonralar isə 1999-cu ilin sentyabr ayindan Layihəni İdarəetmə Qrupunun təhsil üzrə mütəxəssisi
1999 cu ildən – bu günədək Bakı Dövlət Universitetinin “İnkişaf” Respublika Elmi-Praktik Mərkəzinidə aparıcı elmi işçi
2001-ci ilin avqust ayından noyabr ayınadək Müasir Təhsil Kompleksinin İnnovasiya Mərkəzinin rəhbəri
1999-ci ildən bu günə qədər Azərbaycanda həyata keçirilən bir sıra təhsil layihələrində milli məsləhətçi və yerli məsləhətçilər qrupunun rəhbəri
2008-2023-cü illərdə Özbəkistan, Türkmənistan, Küveyt, Türkiyə, Tacikistan dövlətlərinin Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Şurası tərəfindən maliyyələşdirilən təhsil layihələrində beynəlxalq məsləhətçisi
- Fevral- May 2009-ci il müddətində Özbəkistanda, Asiya İnkişaf Bankının Təhsil Sektorunun İnkişafı Layihəsində baş beynəlxalq məsləhətçi,
- 2010-2012 ci illərdə Avropa Komissiyasının “Turkmənistanda təhsil sisteminin müasirləşdirilməsinin dəstəyi” layihəsi çərçivəsində təhsil işçilərinin ixtisasının artırılması məsələlər üzrə baş beynəlxalq məsləhətçi,
- 2013-2017-ci illərdə Küveytdə müəllim peşəkarlığının inkişafı üzrə Dünya Bankı beynəlxalq məsləhətçi,
- 2015-2017-ci illərdə Türkiyada “Qızlar üçün məktəbə qatılma nisbətlərinin artırılması” Layihəsində Avropa Şurasının baş beynəlxalq məsləhətçi.
- Noyabr -Dekabr 2019-cu il müddətində Özbəkistanda “Özbəkistanda ümumi orta təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş siyasət və proqramların nəzərdən keçirilməsi” üzrə Dünya Bankı beynəlxalq məsləhətçi,
- Oktyabr 2021 – May 2022-ci illlərdə Özbəkistanda məktəbəqədər təhsildə uşağa yönəlmiş tədris yanaşmasının işlənib hazırlanması və həyata keçirilməsi” üzrə Dünya Bankı baş beynəlxalq məsləhətçi,
- Noyabr 2022- Oktyabr 2023 -cü illərdə Tacikistan Respublikasının Təhsil və Əmək Sektorlarına Texniki Yardım layihəsində baş beynəlxalq məsləhətçi.
2018-ci ildən bu günədək Bakı Avropa Liseyində direktor
TƏDQİQAT SAHƏSİ
Psixologiya və pedaqogika, təhsilin inkişafı