Xəbərlər və elanlar

Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasında 27 may saat 14:00-da "Heydər Əliyev:müstəqil dövlətçilik ideyası” adlı elmi seminar keçirilib. Məruzəçi:dos.S.Misirxanova elmi seminarda geniş məruzə ilə çıxış edib. Məruzədə aşağıdakılar qeyd olunub:

"Bəşər tarixinin ən qüdrətli dövlət və siyasət adamları, dahi  və müdrik şəxsiyyətləri sırasında layiqli yer tutan Ümumilli Liderimiz, böyük öndərimiz Heydər Əliyevin zəngin irsi  müstəqil Azərbaycan dövlətinin inkişafı və tərəqqisi yolunun etibarlı bələdçisi olmaqla, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. Bu irsi öyrənmək və təbliğ etmək bizim hər birimizin məsul  və şərəfli borcudur. XX-XXI əsrin qovşağında otuz ildən artıq bir müddətdə Azərbaycan dövlətçiliyinin taleyi dahi və uzaqgörən şəxsiyyət, öz xalqını və vətənini canından artıq sevən ən böyük azərbaycanlı, şərəfli adı bizim üçün həmişə əziz və unudulmaz olan Heydər Əliyevlə bağlı olmuşdur. Bütün həyatını və siyasi fəaliyyətini böyük tarixi keçmişi və zəngin mədəniyyəti ilə fəxr etdiyi xalqının və vətəninin tərəqqisinə həsr etmiş Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxaraq, ölçüyəgəlməz irəliləyişə nail olmuşdur. Çoxəsrlik dövlətçilik tariximizdə müstəsna yeri olan Ümumilli Liderimizin fəaliyyəti təkcə Azərbayan üçün deyil, həm də postsovet məkanı üçün mühüm əhəmiyyət daşımaqla yanaşı, dünya miqyasında gedən proseslərə də təsir göstərmişdir. 1993-95-ci illər Müasir Azərbaycan tarixinə dövlət müstəqilliyinin qorunub saxlanması uğrunda mübarizə dövrü kimi yazılmışdır. İctimai-siyasi sabitliyin və qanunçuluğun bərqərar edilməsi bu dövrün ən mühüm nailiyyəti oldu və Ümumilli Liderimizə dövlət quruculuğunda  iqtisadi, sosial və mədəni həyatda böyük işlərə başlamaq, geniş miqyaslı və ardıcıl islahatlar aparmaq üçün əlverişli imkan yaratdı.  Bu bir həqiqətdir ki, müstəqil dövlətimizin ilk konstitusiyasının qəbul olunmasıvə müstəqillik tariximizdə ilk parlament seçkiləri keçirilməsi ilə Azərbaycan tarixi inkişafının yeni bir mərhələsi başlandı. Ümumilli Liderimiz Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmış, ümumixalq müzakirəsinə çıxarılmış konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də keçirilən referendumda – ümumixalq səsverməsində qəbul edilmişdir. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir. Bu illərdə konstitusiyada təsbit olunmuş hakimiyyət bölgüsü prinsipinə uyğun dövlət idarəetmə sistemi formalaşmış, icra, qanunvericilik və məhkəmə orqanlarının səmərəli fəaliyyəti təmin edilmişdir. Ölkəmizdə müxtəlif yönlü siyasi partiyaların, ictimai təşkilatların, həmçinin kütləvi informasiya vasitələrinin azad fəaliyyəti üçün yaradılmış şərait həqiqi memarı və qurucusu Heydər Əliyev olan müstəqil dövlətimizdə siyasi plüralizmin, fikir azadlığının, demokratiyanın bərqərar olduğunu bariz şəkildə təsdiqləyir. Ümumilli Liderimiz vicdan və azadlıqlarının təmin edilməsini, tolerantlıq mühitinin formalaşmasını əsl vətəndaş cəmiyyətinin formalaşdırılması üçün mühim amil sayırdı və respublikaya rəhbərliyi dövründə bu amilləri dövlət həyatının  ayrılmaz hissəsinə çevirmişdir. Heydər Əliyevin bilavasitə  təşkilatçılığı və rəhbərliyi ilə ölkəmizin məhkəmə-hüquq sistemi beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulmuşdur. Bu sahədə aparılan islahatlar hüquqi dövlət quruculuğunun uğurla həyata keçirilməsi, ölkəmizdə insan hüquqlarının təmin edilməsi və qorunması üçün böyük əhəmiyyət kəsb etmişdir. Böyük Öndərimizin ölkəyə rəhbərliyi dövründə dövlət quruculuğunda, insan hüquqları və azadlıqlarının təmin edilməsi yolunda mühüm işlər görülməsi ilə yanaşı digər istiqamətlərdə də möhtəşəm nailiyyətlət qazanılmışdır. Möhkəm maddi-texniki bazaya və yüksək döyüş qabiliyyətinə malik güclü ordunun formalaşması Ümumilli Lider  və böyük sərkərdə kimi Heydər Əliyevin dövlətçilik fəaliyyətinin ən parlaq nəticələrindəndir. Onun gərgin diplomatik səyləri və şəxsi nüfuzu sayəsində müstəqil respublikamız bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasına tamhüquqlu üzv qəbul edilmiş və öz beynəlxalq mövqeyini möhkəmləndirmişdir. Heydər Əliyevin xarici siyasəti dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu əsaslar üzərində faydalı əlaqələr qurmağa yönəldilmişdir. Bu siyasət indi də uğurla davam etdirilir, öz diqqətəlayiq bəhrələrini verir."

Əlaqə
Bakı Dövlət Universiteti, II korpus 9-cu mərtəbə, 900-cü otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 23, AZ 1148
Tel.: (+99412) 5390241 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət