Elmi istiqamət və elmi-tədqiqat mövzuları

İstiqamət: Pedaqogika

Mövzunun adı: Təlimin yeni qiymətləndirmə mexanizimləri və onların tətbiqinin pedaqoji əsasları

Mövzunun aktuallığı və məqsədi: Təlimin yeni qiymətləndirmə mexanizimləri və onların tətbiqinin pedaqoji əsaslarını müəyyənləşdirmək. Müasir şəraitdə Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyası elmin, texnikanın inkişaf səviyyəsi, kompüterlərin, eləcə də müasir informasiya, kommunikasiya texnologiyalarının tədris prosesində geniş istifadəsi də bir vəziyyət yaratmışdır ki, təhsil müəssisəsinin inkişaf rejimində, onun gələcək fəaliyyətinin dəqiq proqnozlaşdırılması, təhsil müəssisələrində proses iştirakçılarının fəaliyyətinin müntəzəm olaraq qiymətləndirilməsinin müasir modellərə uyğun həyata keçirilməsinə olan tələbatı obyektiv reallığa çevrilmişdir, onun mexanizminin hazırlanmasına zəruri məsələ kimi yanaşılmışdır. Bu prosesdə müasir qiymətləndirmə mexanizmlərinin lokal şəraitdə həyata keçirilməsi məqsədi güdülür.

  1. Kurikulum təhsil modelində müasir qiymətləndirmə texnologiyası və onun səmərəli tətbiqi şərtləri

Mövzunun rəhbəri: prof. Ləzifə Qasımova,

İcraçılar: dos. Mehparə Quliyeva, b/m. Afət Bayramova

Aktuallığı. Hazırda yeni təhsil texnologiyalar müəllim fəaliyyətinin funksional komponenti kimi təlimin səmərəliliyinin yüksəldilməsində əsaslı rol oynayır. Kurikulum təhsilalanların bilik səviyyələrinə uyğun mühazirə mətnlərinin hazırlanmasında qiymətləndirmə texnologiyalarından səmərəli istifadə etməyi zəruri sayır. Təhsildə keyfiyyətin müəyyən olunması şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi ilə şərtlənir. Bu baxımdan tədqiqat işi bütün istiqamətləri üzrə aktuallıq kəsb edir.

Məqsədi. Təhsildə qiymətləndirmə ilə bağlı mövcud nəzəriyyə və konseptual məsələləri və konsepsiyaları təhlil etmək, qiymətləndirmək, nəziyyəni konkret şəraitə tətbiq etmək, problemlə bağlı qarşıya çıxan çətinlikləri həll etmək. Məqsəd həm də kurikulum modelində qiymətləndirmə texnologiyasından düzgün istifadə etməyin texnologiyasından istifadə etmək bacarığına nail olunmasıdır.

Alınmış nəticələr. Nəticə olaraq deyə bilərik ki, təhsildə qiymətləndirmənin texnologiyalarından düzgün istifadə təlimin səmərəliliyinə əsaslı təsir göstərir. Qiymətləndirmə ilə bağlı nəzəri və praktik məsələlərin öyrənilməsi, onun göstərişlərinə əməl edilməsi təhsilin keyfiyyətli aparılmasına stimul verir. Qiymətləndirmə texnologiyasından düzgün istifadə edilməsindən müəllimlərin bəhrələnməsi zəruri məsələlərdən birinə çevrilməlidir.

  1. Məktəbdaxili qiymətləndirmənin tətbiqi texnologiyası

Mövzunun rəhbəri: prof. Ləzifə Qasımova,

İcraçı: prof.Nübar Muxtarova

Aktuallığı: Tədqiqatda məktəbdaxili qiymətləndirmənin tətbiqi texnologiyası və onun reallaşdırılması şərtləri araşdırılmışdır.

Məqsədi: Məktəbdaxili qiymətləndirmənin tətbiqi texnologiyasını araşdırmaq.

Alınmış nəticələr: Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmə təlim keyfiyyətini yüksəltməyə, əmək fəaliyyətini daha yaxşı hazırlamağa imkan verir.

3.Milli və beynəlxalq qiymətləndirmə texnologiyaları, onların pedaqoji əsasları

Mövzunun rəhbəri: prof. Ləzifə Qasımova,

İcraçı: p.e.d Elza Mollayeva

Aktuallığı: Milli və beynəlxalq qiymətləndirmə texnologiyalarının sintez şəklində tətbiqinin təhsilin keyfiyyətinə və onun nəzarətinə təsiri mexanizminin araşdırılması.

Məqsədi: Milli və beynəlxalq qiymətləndirmə texnologiyaları və onların pedaqoji əsaslarını müəyyənləşdirmək, onların tətbiqində yerli milli xüsusiyyətlərin nəzərə alınmasının vacibliyini, dünya təhsil standartlarına inteqrasiyada onun əhəmiyyətini elmi və praktik baxımdan əsaslandırmaq.

Alınmış nəticələr: Milli və beynəlxalq  qiymətləndirmə texnologiyaları mahiyyət və  quruluşuna görə  bir-biri ilə bağlıdır və qiymətləndirmə prosesində bu istiqamətin nəzərə alınması həm şagirdlərin intellektual səviyyəsinin obyektiv qiymətləndirilməsində, həm də dünya təhsil məkanına inteqrasiyada əhəmiyyətlidir

   4.Diaqnostik və formativ qiymətləndirmə texnologiyaları

Mövzunun rəhbəri: prof. Ləzifə Qasımova,

İcraçı: dos. Qəmər Tağıyeva

Aktuallığı: Tədqiqatda diaqnostik və formativ qiymətləndirmə texnologiyalarının səmərəli tətbiqi şərtləri araşdırılmışdır.

Məqsədi: Diaqnostik və formativ qiymətləndirmə texnologiyalarını və səmərəli şərtlərini tədqiq etmək

Alınmış nəticələr: Diaqnostik və formativ qiymətləndirmə təhsildə rəqabət qabiliyyətini gücləndirməyə, təlim keyfiyyətini yüksəltməyə, əmək fəaliyyətinə daha yaxşı hazırlamağa imkan verir.

  1. Kurikulum təhsil modelində qiymətləndirmə standartlarının tətbiqi şərtləri

Mövzunun rəhbəri: prof. Ləzifə Qasımova,

 İcraçı: p.ü.f.d. Vəfa Çıraqova

Aktuallığı: Kurikulum təhsil modelində qiymətləndirmənin növləri araşdırılmış, hər birinin səciyyəvi xüsusiyyətləri öyrənilmişdir.

Məqsədi: Kurikulum təhsil modelində qiymətləndirmənin növlərini, səviyyə və vasitələrini araşdırmaq

Alınmış nəticələr: Qiymətləndirmə şəffaflıq xarakteri daşımalıdır, öyrənənləri asılılıq səviyyəsinə çatdırmamalıdır, öyrənənlərdə özünəinamı keyfiyyətli yaratmalıdır. Qiymətləndirmə öyrənənlərdə dəyər funksiyasını aşılamalıdır.

  1. Yekun (summativ) qiymətləndirmənin texnologiyası və pedaqoji şərtləri

Mövzunun rəhbəri: prof. Ləzifə Qasımova,

İcraçılar: p.ü.f.d.b/m.İlahə Şıxəliyeva, Şəhla Hüseynova

Aktuallığı: Tədqiqat işində təlim prosesində yekun (summativ) qiymətləndirmənin texnologiyası və pedaqoji şərtlərinin tətbiqi imkanları araşdırılmışdır.

Məqsədi: Yekun (summativ) qiymətləndirmənin tətbiqi texnologiyası və pedaqoji şərtlərini müəyyənləşdirmək.

Alınmış nəticələr: Tədqiqat işində yekun (summativ) qiymətləndirmənin texnologiyası və pedaqoji şərtləri təklif edilmişdir.

  1. Müasir qiymətləndirmədə meyarları və texnologiyası

Mövzunun rəhbəri: prof. Ləzifə Qasımova,

İcraçı: dos.Kəmalə Qəhrəmanova

Aktuallığı: Qiymətləndirmə nəticələrinin paylaşılması müəllimlərə, şagirdlərə və valideynlərə şagirdin öyrənmə prosesi haqqında məlumat verir və öyrənmənin tərkib hissəsi kimi baxır.   Qiymətləndirmə öyrənənin  bildiklərini görmək üçün bir vasitədir

Məqsədi: Müasir qiymətləndirmədə meyarlarını və texnologiyasını araşdırmaq

Alınmış nəticələr: Müasir qiymətləndirmə tələbələrin informasiya texnologiyalarından istifadə bacarığına malik olmasına imkan yaradır.

  1. Kredit sistemində tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsinin texnologiyası və optimal tətbiqi şərtləri

Mövzunun rəhbəri: prof. Ləzifə Qasımova,

İcraçılar: prof. Hikmət Əlizadə, dos.Rəhimova Mahmudova

Aktuallığı: Məlum olduğu kimi ali məktəblərdə təlim nəticələrinin yoxlanması seminar məşğələləri, sərbəst işlər və kollokviumlar vasitəsi ilə həyata keçirilir. Hər üç yoxlama forması özünəməxsusluqlara malikdir. Amma buna baxmayaraq, bu yoxlama formalarında müəllimlər eyni metodlardan istifadə edirlər. Bu isə tələbələrin bilik və bacarıqlarının həm müəyyən edilməsində, həm də inkişaf etdirilməsində süni maneələr yaradır. Məsələnin belə qoyuluşu alim məktəblərdə bilik və bacarıqların qiymətləndirilməsinin yeni texnologiyalarının araşdırılmasını aktuallaşdırır.  

Məqsədi: Kredit sistemində qiymətləndirmə texnologiyasını və optimal tətbiqi şərtlərini araşdırmaq.

Alınmış nəticələr: Seminar məşğələləri, sərbəst işlər və kollokviumlarda tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün hər üç yoxlama formasının məqsədi müəyyən edilməlidir. Müəyyən edilmiş məqsəddən asılı olaraq hər bir yoxlama formasında müxtəlif metodlardan istifadə edilməlidir. Bu metodlar tələbənin bilik və səriştələrinin qiymətləndirilməsi ilə bərabər onların yaradıcılıq keyfiyyətlərini üzə çıxarmağa, bu istiqamətdə onları tədqiqatçılıq fəaliyyətinə istiqamətləndirmək yolu ilə həyata keçirildikdə daha səmərəli xarakter daşıyır.

  1. Təhsildə müasir qiymətləndirmə vasitə və metodlarının tətbiqi texnologiyası və pedaqoji əsasları

Mövzunun rəhbəri: prof. Ləzifə Qasımova,

İcraçılar:prof. Məcid İsmixanov, dos.Nəzakət İmamverdiyeva

Aktuallığı: Tədris prosesinin səmərəsi və tələbələrin mənimsəmə keyfiyyəti, müasir qiymətləndirmə vasitə və metodlarının tətbiqi texnologiyası və pedaqoji əsaslarının düzgün müəyyənləşdirilməsi və reallaşdırılmasından çox asılıdır. Məktəblərimizdə tətbiq edilən qiymətləndirmə vasitələri və onların ənənəvi metodikası lazımi səmərə vermir. Bu baxımdan təhsildə yeni qiymətləndirmə vasitə və metodlarını, onların optimal tətbiqi texnologiyasını və pedaqoji əsaslarını müəyyənləşdirməyə ehtiyac vardır.

Məqsədi: Təhsildə müasir qiymətləndirmə vasitə və metodlarının tətbiqi texnologiyasını və pedaqoji əsaslarını araşdırmaqdan ibarətdir.

Alınmış nəticələr: Ali məktəbdə tələbələrin təlim nəticələrinin qiymətləndirilməsinin səmərəli texnologiyası və pedaqoji əsasları təklif edilmişdir.

 

  1. Tələbələrin təlim nailiyyətlərinin qiymətləndirilməsi texnologiyası

 Mövzunun rəhbəri: prof. Ləzifə Qasımova, 

İcraçı: dos.Səfurə Allahverdiyeva

Aktuallığı: Qiymətləndirmə meyarları – şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün məzmun standartıdır. Bu standartlar əsasında hazırlanmış tələbdir. Qiymətləndirmə standartı – təhsilalanların nailiyyət səviyyəsinə qoyulan dövlət tələbi olub, təhsilin keyfiyyətinin yüksəldilməsində, inkişafında xüsusi rolu var.

Məqsədi: Tələbələrin təlim nailiyyətlərinin qiymətləndirilməsi texnologiyasını araşdırmaq.

Alınmış nəticələr: Hər bir öyrənəndə özünəinam keyfiyyətini aşılayır, öyrənənləri motivə edir.

  1. Test qiymətləndirilməsi texnologiyası

Mövzunun rəhbəri: prof. Ləzifə Qasımova,

İcraçı: dos.Rəfiqə Bəxtiyarova

Aktuallığı: Elmi-tədqiqat işində ali məktəbdə test qiymətləndirilməsi texnologiyasının elmi-pedaqoji və nəzəri əsasları, bu istiqamətdə pedaqoji ədəbiyyat və məktəb təcrübəsi geniş təhlil edilmişdir.

Məqsədi: Ali məktəbdə test qiymətləndirilməsi texnologiyasını araşdırmaq.

Alınmış nəticələr: Şagirdin, məktəbin və ümumilikdə təhsilin keyfiyyətini yüksəltmək üçün test qiymətləndirmə texnologiyasından istifadə edilməlidir. Standartlaşdırılmış testlər ən etibarlı qiymətləndirmə üsuludur.

  1. Qiymətləndirmədə reytinq sisteminin tətbiqi texnologiyası

Mövzunun rəhbəri: prof. Ləzifə Qasımova,

İcraçı: p.ü.f.d.dos. Gülarə Kərimova

Aktuallığı: Təlim prosesində ənənəvi yoxlama vasitə və metodları ilə yanaşı innovativ ölçü metodlarından, o cümlədən reytinq metodundan istifadə etməyə böyük ehtiyac vardır. Tədqiqat məhz bu məsələyə həsr olunmuşdur.

Məqsədi: Tələbələrin təlim nailiyyətlərinin qiymətləndirilməsində reytinq sisteminin tətbiqi texnologiyasını və səmərəli şərtlərini müəyyənləşdirməkdən ibarətdir.

Alınmış nəticələr: Tədqiqatda tələbələrin təlim nailiyyəltərinin qiymətləndirilməsində innovativ metod kimi reytinq metodunun texnologiyası və səmərəli şərtləri təklif edilmişdir.

  1. İnterdisiplinar ali təhsildə təlim nəticələrinin qiymətləndirilməsi texnologiyası və səmərəli tətbiqi şərtləri

  Mövzunun rəhbəri: prof. Ləzifə Qasımova,

İcraçı: p.ü.f.d.dos. Sevinc Əliyeva

Aktuallığı: İnterdisiplinar ali təhsildə yeni  qiymətləndirmə mexanizləri həm kurs, həm də proqram səviyyələrində qiymətləndirilə bilən təlim nəticələri kimi necə istifadə oluna biləcəyini və tələbə nailiyyətlərini qiymətləndirmək üçün qiymətləndirmə mexanizmindən istifadə etməyin üstünlüklərini göstərməkdən ibarətdir.

Məqsədi: İnterdisiplinar ali təhsildə təlim nəticələrinin  qiymətləndirilməsi texnologiyasını və səmərəli tətbiqi şərtlərini araşdırmaq.

Alınmış nəticələr: İnterdisiplinar kurslar və proqramlar üçün təlim nəticələrinin təsnifatı verilmişdir. Əsas interdisiplinar təlim nəticələri müəyyən edilmişdir. Ali təhsildə interdisiplinar təlim nəticələrinin qiymətləndirilmisi işində inovativ və koqnitiv metodların və üsulların nəzəri və pedaqoji əsasları şərh edilmişdir

Əlaqə
Bakı Dövlət Universiteti, II korpus 9-cu mərtəbə, 900-cü otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 23, AZ 1148
Tel.: (+99412) 5390241 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət