İstiqamət: Azərbaycanda sosial xidmət sahəsinin əsas inkişaf istiqamətləri
1.Sosial dövlət quruculuğu şəraitində Azərbaycanda sosial siyasətin əsas xüsusiyyətləri.
Mövzunun rəhbəri: dosent Üzeyir Şəfiyev
İcraçılar: dosent Üzeyir Şəfiyev
Məqsəd: Sosial dövlət quruculuğu prosesində aparılan sosial siyasətin əsas istiqamətlərini araşdıraraq təhlil etmək, bu istiqamətdə qarşıya çıxan çətinlikləri araşdırmaq, ölkəmizdə realizə edilmiş və edilməkdə olan sosial layihələri sərf-nəzər edərək təhlil ertmək, habelə inovativ sosial təşəşəbüslə çıxş etmək əsas məqsədimiz olmuşdur.
Nəticə: İşdə sosial dövlət quruculuğunda Azərbaycanın sosial siyasət istiqamətləri təhlil olunmuş sosial layihə və proqramların mahiyyəti açılmış və onun sosial baxımdan həssas olan insanlara verdiyi töhfələr elementarist, sistemli tarixi-müqayisəli təhlil fonunda işıqlandırılmışdır. Burada həmçinin fors-major şəraitdə dövlətimizin sosial yönümlü siyasəti təqdir olunmuş və faktoloji material əsasında göştərilmişdir ki, ekstrimal situasiyada Azərbaycan dövləti həmişə vətəndaşın yanında olmuşdur.
2.XVIII-XIX əsrlərdə sosial xidmətin təşkili
Mövzunun rəhbəri: dosent Üzeyir Şəfiyev
İcraçılar: professor Qızılgül Abbasova
Məqsəd: XVIII-XIX əsrlərdə sosial xidmətin təşkilində başlıca xüsusiyyətlərin təyin edilməsidir.
Nəticə: Sosial xidmətlər və yardım həm icma, həm də bəzi sosial təsisatlar səviyyəsində (məsələn, dini qurumlar, icma idarəçiliyi) həyata keçirilirdi. Sosial münasibətlər inkişaf etdikcə ictimai uklad formaları da daha zəngin olur, bu da sosial yardım sahəsində ictimai xidmət strukturlarını yaranmasına gətirib çıxarırdı (uşa evləri, qocalar sığınacaqları və s.).
3.Koronavirus infeksiyasının yayılması və Pandemiya dövründə sağlamlıq imkanları məhdud olan insanların üzləşdiyi çətinliklər
Mövzunun rəhbəri: dosent Üzeyir Şəfiyev
İcraçılar: dosent Rəna Məmmədova
Məqsəd: COVİD-19 infeksiyasının yaranması və yayıldığı dövrdə sağlamlıq imkanları məhdud olan insanların həyat şəraitinin dəyişilməsinin xüsusiyyətlərinin araşdırılması. Əlilliyi olan insanların düşdükləri ağır həyat durumlarının belə insanların rifahı və davranışına göstərdiyi təsirinin üzə çıxarılması.
Nəticə: Araşdırma zamanı belə bir nəticəyə gəlmək olar ki, Koronavirus infeksiyasının pandemiyası sağlamlıq imkanları məhdud olan insanların vəziyyətini daha da ağırlaşdırdı. Əlilliyi olan şəxslər emosional cəhətdən daha da gərgin oldular. Yanaşı xəstəlikləri olan insanların vəziyyəti Koronavirus infeksiyasının Pandemiyası dövründə daha da kəskinləşməyə başladı.
4.Aztəminatlı ailələrə sosial xidmətin göstərilməsinin əsas xüsusiyyətlərinin təhlili
Mövzunun rəhbəri: dosent Üzeyir Şəfiyev
İcraçılar: f.ü.f.d. Elizə İsmayılova
Məqsəd: Tədqiqatın əsas məqsədi ölkəmizdə sosial işin inkişafınada mühüm sosial funksiyaları əhatə edən bir çox sahələri- hüquqi, iqtisadi-siyasi, ictimai-mənəvi əsaslarını tədqiq edib, əhalinin həssas qruplarına göstəriləcək sosial xidmətlərin inkişaf meyillərini və gələcək prespektivlərinə dair yeni tövsiyyələr hazırlamaqdır.
Nəticə: Dissertasiya işinin tədqiqi zamnaı fərdi iş planına uyğun olaraq mövzu üzrə ədəbiyyatın toplanılması, aktuallığın əsaslandırılması, işlənmə dərəcəsinin öyrənilməsi, təhlil edilməsi və s.işlər görülmüşdür. Toplanılmış materialların təhlili, əldə olunmuş materialların ümumiləşdirilməsi, aparılan konkret sosial tədqiqatının nəticələrinin təhlil edilməsi, dissertasiyanın fəsillər üzrə tərtibi, istifadə olunan elmi ədəbiyyatın xülasəsinin yazılması kimi işlər yerinə yetirilmişdir. Dissertasiya üzrə alınmış nəticələr elmi məqalə və məruzələr Respublika miqyasında və xarici elmi təşkilatların mətbuatında və jurnallarda çap olunmuşdur.
5.Qaçqın və məcburi köçkünlük sosial işin obyekti kimi
Mövzunun rəhbəri: dosent Üzeyir Şəfiyev
İcraçılar: Tərlan Tağıyeva
Məqsəd: Tədqiqatın məqsədi Azərbaycan ərazisində yaşayan məcburi köçkünlərin sosial adaptasiyasının sosioloji təhlilidir. Bunun üçün statistik göstəricilərdən, real faktların təhlilindən, aparılan tədqiqatların materiallarından istifadə ediləcəkdir.
Nəticə: Nəticədə məcburi köçkünlərin sosial adaptasiyası üçün kifayət qədər geniş imkanlar meydana gəlmişdir. Burada sosial işçilərin rolu xüsusi olaraq qeyd edilməlidir. Sosial işçilərin sosial yardımın göstərilməsində rolunu müəyyən edərkən ilk növbədə bu rolun həyata keçirilməsində bir sıra obyektiv ilkin şərtləri qeyd etmək lazımdır. Bu, ilk növbədə, hüquq sistemini əhatə edən, insan hüquqları və vətəndaş hüquqlarının üzvi hissəsi olan qanunvericilik bazasıdır.
6.Sosial təhlükəli vəziyyətdə və “risk qrupuna” daxil olan ailələr
Mövzunun rəhbəri: dosent Üzeyir Şəfiyev
İcraçılar: Ramina Buqadinova
Məqsəd: Tədqiqatın məqsədi nəsillər arasındakı qarşılıqlı əlaqəni müasir mənada araşdırmaq və sosial problemlər çərçivəsində həll edilməsi lazım olan məsələləri müəyyənləşdirməkdir.
Nəticə: Bəşər cəmiyyətindəki nəsillərarası münasibətlər məsələsi insan həyatının bir çox aspektlərini əhatə edir və bu baxımdan də sosial problemlərin vaxtında həll edilməsi hər bir ölkə və bütün dünya üçün son dərəcə aktualdır. Nəzərdən keçirdiyimiz sosial problemlər ailədəki, məktəbdəki və müxtəlif həyat formalarındakı münasibətlər ətrafında cəmlənmişdir. Sosiallaşma (gənc nəslin peşəyönümü daxil olmaqla), tənha, boşanmış qadının vəziyyəti, yaşlıların vəziyyəti, o cümlədən tənha insanların vəziyyəti ayrı-ayrılıqda nəzərdən keçirilmiş və bu problemlərin mümkün olan həlli yolları göstərilmişdir.
7.Ahıllarla sosial işin təşkilinin tarixi kökləri
Mövzunun rəhbəri: dosent Üzeyir Şəfiyev
İcraçılar: Aysel İsgəndərova
Məqsəd: Müasir Azərbaycanda sosial ədalətin sosial-mədəni norma və prinsipləri və onun konkret realizasiya formaları arasında ziddiyyətin üzə çıxarılması.
Nəticə: Ədalət cəmiyyət həyatının təməl prinsipidir, müəyyən ənənəyə söykənir və cəmiyyətin əsas inteqrasiya elementlərindən biri rolunu oynayır. Cəmiyyətdə ədalətə nail olmadan ölkəni inkişaf yoluna çıxarmaq mümkün deyil. Ədalətlilik ölkənin sosial-iqtisadi inkişafından ədalətli şəkildə xalqa pay düşməsi, Azərbaycan dövləti tərəfindən milli sərvətlərdən əldə olunan gəlirlərin insanlarımıza ədalətli şəkildə çatdırılmasıdır. Ədalətlilik, eyni zamanda cəmiyyətdə bazar iqtisadiyyatının yaratdığı ziddiyyətlərin hansısa bir zümrəyə ziyan vurmasının qarşısının alınması deməkdir. Bu, Azərbaycan cəmiyyəti üçün olduqca əhəmiyyətli bir prinsipdir. Cəmiyyətdə ədalət olmasa, qarşıdurma qaçılmazdır. Bütün cəmiyyətlərin tarixi göstərir ki, ədalət prinsipi pozulduqda qarşıdurma meyilləri güclənir. Bu isə xaosa və anarxiyaya gətirib çıxara bilər. Sosial ədalət dedikdə, hər bir ailənin, hər bir vətəndaşın rifahının yaxşılaşdırılması, cəmiyyətin idarəçiliyində hər kəsin iştirakının təmin edilməsi, azad iqtisadi münasibətlərin təminatı və bu kimi digər məsələlər nəzərdə tutulur.