Elmi istiqamət və elmi-tədqiqat mövzuları

İstiqamət: Fəlsəfə tarixi

Problem: 

1.Müasir dövrdə milli fəlsəfənin özünəməxsusluğu(2024)

2.Texnogen sivilizasiya şəraitində modernist və ənənəvi dəyərlərin qarşıdurmasına fəlsəfi baxış (2025)

3.İnformasiyalı cəmiyyətdə dinin sosio-mədəni dəyəri (2026)

Mövzu: Müasir fəlsəfənin konseptual problemləri (2024-2026)

Əsaslandırma:  

Aktuallığı: Müasir dövrdə tarixi-fəlsəfi irsin araşdırılması milli fəlsəfənin özünəməxsusluğunun tədqiqi ilə yanaşı bəşəriyyətin gəlcək inkişaf perspektivlərininanalizi, informasiyatexnologiyalarının cəmiyyəthəyatına təsirinin sosial-fəlsəfi aspektinin analizi, yenimədəniyyət məkanınınformalaşması fonunda insanınfərdi özünüifadəsi, öz intellektual imkanlarını səfərbər etməsi,çeşidli mədəniyyətlərin ahənginə yönəlmiş bəşəri ideyaların hər bir insanın həyat amalına çevrilməsi kimi problemlər öz aktuallığınıqoruyub  saxlamaqdadır. Bubaxımdan elmi tədqiqat mövzusu yeni çağırışlara cavab verir.   Bəşəriyyətin inkişaf tarixində köklü dəyişikliklərlə müşayiət olunan ziddiyyətli, “böhran” adlandırılan dövrlər həmişə mövcud olmuşdur. İnsanlıq  bu mərhələdən möhtəşəm mənəvi, fəlsəfi, mədəni dəyər və meyarlar sistemi yaratmaqla çıxa bilmişdir. Yaşadığımız qlobal reallığı dərk etmək, müasir sosial-mədəni dinamikanın gerçək mənzərəsini formalaşdırmaq fəlsəfə elmi qarşısına mühüm vəzifələr qoyur. Müasir dövrdə baş verən fundamental dəyişikliklər, informasiya inqilabı nəticəsində yaranan gibernetik məkan və ya virtual reallıq XXI əsrin insanının dünyagörüşünə, dünyaduyumuna, hadisələrə münasibətinə  ciddi təsir göstərir, bir sıra mühüm dəyərlər, anlayışlar yeni məzmun kəsb etməyə başlayır. Belə bir şəraitdə sosial-mədəni  dinamikanın gerçək mənzərəsini formalaşdırmaqfəlsəfə elmi qarşısında  mühüm vəzifələrdən birinə çevrilir. Formalaşan texnokratik, praqmatik düşüncə tərzini izah etmək,mədəni-etik paradiqmaların perspektivlərini  müəyyənləşdirmək ən aktual  məsələdir. XXI əsrin fövqəlmürəkkəb məkanlarında uğurla irəliləmək olduqa çətindir. Belə bir şəraitdə fəlsəfə cəmiyyətin inkişaf tendensiyaları ilə ayaqlaşmağa, insanların  praktiki və  idraki fəaliyyətinin mahiyyətini izah etməyə, varlığın funtamental prinsiplərinə münasibətdə yaranan yeni baxışların məzmun və mahiyyətini araşdırmağa  məcburdur. XX əsrdə yaranmış çoxsaylı problemlər müasir dövrdə ümumiləşərək həyatın mənası, bəşəriyyətin öz varlığını qoruması şəklini alır. Müasir fəlsəfə daha tolerant  olub insana  çoxsaylı nəzəriyyələr içərisində seçim haqqı tanıyır. Müasir fəlsəfə mütləq həqiqət olmaq iddiasından uzaqdır. Yeni dövr fəlsəfi bilik qarşısında yeni prioritet  problemlər irəli sürür. Bəşəriyyətin öz varlığını qoruyub saxlaması, insanın ali-mənəvi dəyərləri qorumaq üçün məsuliyyət hissinin  artması, yeni texnologiyaların irəli sürdüyü mənəvi dilemmalar, süni intellekt qarşısında öz gerçək təbiətini itirməməsi, tolerantlıq  və sosial ədalət prinsipinin əqidə simvoluna çevrilməsi kimi məsələlər, prioritet problemlər önə çıxır. Fəlsəfənin  statusuna, fəlsəfənin gərəksizləşməsinə yönəlmiş təlimlərin təkzibi xüsusi  aktuallıq kəsb edir.

İş I: Müasir dövrdə türk dünyasının fəlsəfi irsinin tədqiqi

Mərhələ 1. Türk dünyasının fəlsəfi irsinin tədqiqi Şərq- Qərb münasibətləri kontekstində

Mərhələ 2. XXI əsrdə müstəqil  türk dövlətlərinin münasibətlərinin  yeni tarixi forması olan Avrasiyaçılıq fəlsəfəsi. Mədəni irsin qorunması və gələcəyə translyasiyası

Mərhələ 3. XXI əsrdə türk xalqlarının fəlsəfi fikrinin inkişafında yeni mərhələ-milli  özünüdərk, milli kimlik  probleminə dair  yeni baxış və ideyalar.Türk xalqlarının fəlsəfi fikrinin  milli mental  xüsusiyyətləri.

Mövzunun rəhbəri: professor Rəbiyyət Aslanova

İcraçılar: professor Rəbiyyət Aslanova

İş II: Qlobal informasiya cəmiyyətində dinin və dindarlığın xüsusiyyətləri

Mərhələ 1. Qloballaşma şəraitində dini şüurun transformasiyası

Mərhələ 2.  Ənənəvi dinlər və yeni dini hərəkatlar

Mərhələ 3.  Müasir cəmiyyətdə dinin rolu və funksiyaları

Mövzunun rəhbəri: professor Rəbiyyət Aslanova

İcraçılar:  dosent Qəmər Mürşüdlü

İş III: Müasir mərhələdə aksiologiya problemləri

Mərhələ 1. Şüurun quruluşunda dəyərlərin rolu

Mərhələ 2. Planetar dünyagörüşünün formalaşması

Mərhələ 3. İnsan varlığının fundamental dəyərlərinin müəyyənləşdirilməsi

Mövzunun rəhbəri: professor Rəbiyyət Aslanova

İcraçılar:  dosent Fidan Fərəcova

İş IV: Müasir fəlsəfədə ənənə ilə yeniliyin vəhdəti ideyası

Mərhələ 1. Heydər Əliyevin milli dövlət quruculuğu fəlsəfəsinin ideoloji əsasları

Mərhələ 2. Müasir postmodern mühitdə “İslam və demokratiya” mövzusu

Mərhələ 3.  Dini kitablarda Xızır obrazının fəlsəfi semantikası

Mövzunun rəhbəri: professor Rəbiyyət Aslanova

İcraçılar:  dosent Nərman Süleymanov

İş V: Ənənəçilik və modernizm müasir Şərq fəlsəfəsinin ideya axını kimi

Mərhələ 1. Müasir hind fəlsəfəsində millilik və dini vəhdət ideyası

Mərhələ 2. Çin mədəni ənənələrinin Avropa fəlsəfəsi və mədəniyyəti kontekstində şərh edilməsi

Mərhələ 3. Azərbaycanda vahid milli-dövlətçiliyin formalaşmasında Ümummilli lider H.Əliyevin rolu

Mövzunun rəhbəri: professor Rəbiyyət Aslanova

İcraçılar:  dosent Ülviyyə Ağabəyova

İş VI: Multikulturalizmin fəlsəfi nəzəriyyələri

Mərhələ1.Y.Habermasın fəlsəfəsində multikulturalizm problemi

Mərhələ 2.U.Kimlikanın liberal fəlsəfəsində mədəni  müxtəliflik problemi

Mərhələ 3. Ç.Teylorun kommunitar multikulturalizm konsepsiyası

Mövzunun rəhbəri: professor Rəbiyyət Aslanova

İcraçılar:  dosent Samira Veyisova

İş VII:  Müasir dövrdə Azərbaycanın siyasi kursunda milli-mənəvi dəyərlər

Mərhələ 1. Milli birlik ideyası və Azərbaycan Respublikasının multikulturalizm siyasəti

Mərhələ 2. Müasir dövrdə cəmiyyətlər, mədəniyyətlər və icmaların dialoqu

Mərhələ 3. Sosial şəbəkələrin  istifadəsində mənəvi dəyərlərin rolu 

Mövzunun rəhbəri: professor Rəbiyyət Aslanova

İcraçılar:  dosent Səbirə Nemətzadə;  f.ü.f.d., dos./əv. Daxil Vəliyev

İş VIII: Müasir dövrdə pozitivizm və milli Çin fəlsəfəsi

Mərhələ 1. Ənənəvi Çin fəlsəfəsi və onun modernləşmə prosesinə təsiri

Mərhələ 2. Çin fəlsəfi fikrinin modernləşməsi konsepsiyası.Pozitivizm

Mərhələ 3. Çin və Qərb pozitivist fəlsəfi düşüncəsinin fərqli və  oxşar cəhətləri

Mövzunun rəhbəri: professor Rəbiyyət Aslanova

İcraçılar: f.ü.f.d., dosent/əvəzi  Şəlalə  Salmanova

İş IX: Müasir Azərbaycan fəlsəfəsində Əli bəy Hüseynzadə tarixi-fəlsəfi  irsinin tədqiqi

Mərhələ 1. Müasir Azərbaycan ictimai-fəlsəfi  fikir tarixində Əli bəy Hüseynzadənin yeri və rolu

Mərhələ 2. Azərbaycan mədəniyyətinin tarixi-ideoloji  məsələləri Əli bəy Hüseynzadə düşüncəsində

Mərhələ 3. Heydər Əliyev və Türk dünyası

Mövzunun rəhbəri: professor Rəbiyyət Aslanova

İcraçılar:  müəllim Sevinc Misirxanova

Əlaqə
Bakı Dövlət Universiteti, II korpus 9-cu mərtəbə, 900-cü otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 23, AZ 1148
Tel.: (+99412) 5390241 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət