Elmi istiqamət və elmi-tədqiqat mövzuları

2021-2023-cü illərdə psixologiya kafedrası üzrə aparılan elmi-tədqiqat işləri ümumi psixologiya, klinik psixologiya və hüquq psixologiyası üzrə mövzuları əhatə edir:              

İstiqamət: Psixologiya elminin aktual problemləri.
Problem: Şəxsiyyətin inkişafının psixoloji problemləri                                                                                                           

Mövzu: Şəxsiyyətin inkişafının və formalaşmasının tədqiqi məsələləri
Məqsəd: Cəmiyyətimizin sürətlə inkişaf etdiyi dövrdə şəxsiyyətin inkişafını və formalaşmasını şərtləndirən psixoloji mexanizmləri və xüsusiyyətləri müəyyənləşdirmək, təklif və tövsiyələr hazırlamaq

  1. Tələbə qruplarında gender münasibətlərinin psixoloji xüsusiyyətləri

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar:Dosent Səxavət Əliyeva, müəllim İlahə Hacıyeva

Məqsəd:Gender problemi, siyasi-iqtisadi vəziyyətindən asılı olmayaraq, bütün olkələrdə təzahür edir. Gender streotiplərinin təzahürünə insanların şüurundə əsrlər boyu kök salmış adətlər, dini -mental baxışlar, ictimai nəzarətin aşağı olması və s. kimi faktorlar təsir göstərir.

  1. Şəxsiyyətin və identikliyin inkişafının narativ əsaslarının təhlili

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar:Professor Rəna Qədirova, Dosent Təranə Babayeva, Baş müəllim, psixologiya üzrə fəlsəfə doktoru Aida Mirzəyeva

Məqsəd:Müasir cəmiyyətdə şəxsiyyətin və identikliyin inkişafının narativ əsaslarını araşdırmaq və onların quruluşuna dair tövsiyyələr hazırlamaq

  1. Müasir dövrdə məktəbli mühitində bullinqə məruz qalanların şəxsiyyətini və psixoloji sağlamlığının tədqiqi

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar:Professor Elnarə Şəfiyeva, Dosent Sevinc Allahyarova, Dosent Aydan Səməndərova, müəllim Emiliya İgidova

Məqsəd:Məktəbli mühitində bullinqin səbəblərini və bullinqə məruz qalanların şəxsiyyətini, psixoloji sağlamlıq durumunu öyrənməklə, onun profilaktikası və psixokorreksiyası üçün tövsiyələr hazırlamaq.

  1. Tələbə gənclərin peşə seçimi və təhsil motivasiyası

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar:Dosent Mirələm Vəliyev, Dosent əvəzi Azər Mustafayev, Dosent İmdad Bayramov

Məqsəd:Tələbə gənclərin peşə motivasiyasını müəyyənləşdirmək və onun təhsil motivasiyasına müsbət təsirini öyrənmək

  1. Qadın məhkumların şəxsiyyətinin psixoloji xüsusiyyətləri

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar:Dosent əvəzi Yamən Vəliyeva

Məqsəd:Müxtəlif növ cinayət törətmiş qadın məhkumların şəxsiyyətinin psixoloji xüsusiyyətlərinin öyrənilməsi

  1. Təlimdə şəxsiyyətin inkişafına idrak fəaliyyətinin təsirinin tədqiqi

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar:Dosent Sevinc Quliyeva, Psixologiya üzrə fəlsəfə doktoru Validə Vəliyeva, Psixologiya üzrə fəlsəfə doktoru Nigar Nəsirova

Məqsəd: Tələbə gənclərin idrak fəaliyyətini müəyyənləşdirmək və təlimə təsirini öyrənmək

  1. Fərdi-psixoloji xüsusiyyətlərin tələbələrdə depressiyanın yaran­ma­sın­da rolu və aradan qaldırılmasında artterapiya və pozitiv psixoterapiya metodlarından istifa­də edilməsi

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar:Baş müəllim Kamilə Kazımova

Məqsəd:Fərdi-psixoloji xüsusiyyətlərin tələbələrdə depressiyanın yaran­ma­sın­da rolunu araşdırmaq və aradan qaldırılmasında artterapiya və pozitiv psixoterapiya metodlarından istifadə etmək üçün tövsiyə hazırlamaq

  1. Şüurun yüksək səviyyələrinin inkişafı inteqrasiya olunmuş şəxsiyyətin formalaşmasının amili kimi

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar:Müəllim Mariam Mustafayeva

Məqsəd:Şüurun yüksək səviyyələrinin strukturunu və inteqrasiya olunmuş şəxsiyyətin formalaşmasında onların rolunu tədqiq etmək

  1. Azərbaycan ədəbiyyatında milli-etnik xarakter və psixologizm

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar:  Müəllim Elşən Sadıqov

Məqsəd: Bədii ədəbiyyatda əks olunmuş etnik-psixoloji problemlərin və etnik xarakterin

xüsusiyyətlərinin müəyyənləşdirilməsi

 

2024-2026-cı illərdə psixologiya kafedrası üzrə aparılan elmi-tədqiqat işləri ümumi psixologiya, klinik psixologiya, hüquq psixologiyası və şəxsiyyət psixologiyası  üzrə mövzuları əhatə edir:              

İstiqamət: Psixologiya elmində yeni çağırışlar

Problem: Müasir cəmiyyətdə şəxsiyyət problemi

Mövzu: Şəxsiyyət insan kapitalı amili kimi

İş I: Post konflikt cəmiyyətində Azərbaycan gənclərində identiklik xüsusiyyətləri

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Professor Rəna Qədirova, dosent Səxavət Əliyeva, dosent Təranə Babayeva, dosent İmdad Bayramov, baş müəllim Aida Mirzəyeva

Mərhələ 1.İdentikliyin tədqiqinə nəzəri-metodoloji yanaşmalar

Mərhələ 2. Cəmiyyətdə baş verən dəyişikliklərin gənclərin identikliyinə təsirinin tədqiqi

Mərhələ 3. Pozitiv identiklik gənclərin şəxsiyyətinin inkişafının mənbəyi kimi

İş II: Psixi sağlamlıq insan kapita­lının əsas struktur komponenti kimi

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar:Professor Elnarə Şəfiyeva, dosent Sevinc Allahyarova, dosent Aydan Səməndərova, müəllim Emiliya İgidova

Mərhələ 1.Müasir dövrdə şəxsiy­yətin psixi sağlamlığının səciyyəsi

Mərhələ 2.Psixi sağlamlığın diaq­nostikası və insanlar üçün dəyəri

Mərhələ 3. Psixi sağlamlığın psi­xo­­­profilaktikası və psixogi­gi­ye­na­sı

İş III: XX əsrdə şəxsiyyət probleminin tədqiqi müxtəlif yanaşmalar çərçivəsində

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Dosent Azər Mustafayev, müəllim Mariam Mustafayeva, müəllim Elşən Sadıqov

Mərhələ 1. Şəxsiyyət probleminin tədqiqinin nəzəri metodoloji əsasları.

Mərhələ 2. XX əsrdə humanist və ekzistensial paraqdiqmalarının əsas konsepsiyaları

Mərhələ 3. Şəxsiyyət problemi personoloji kontekstə

İş IV: Fobiyası olan şəxslərdə depressiyanın tənzimlənməsinin səmərəli yol və vasitələri

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: dosent Yamən Vəliyeva, baş müəllim Kamilə Kazımova

Mərhələ 1. Problemlə bağlı  psixoloji ədəbiyyatın öyrənilməsi və təhlili

Mərhələ 2. Fobiyaların növləri və yaranma səbəbləri

Mərhələ 3. Depressiya - fobiyanın nəticəsi kimi və onun aradan qaldırılmasının yol və vasitələri

İş V: Müasir dövrdə uşaq şəxsiyyətinin inkişafında valideynlərin rolu

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: dosent Sevinc Quliyeva, p.ü.f.d. Validə Vəliyeva, p.ü.f.d. Nigar Nəsirova, müəllim İlahə Hacıyeva

Mərhələ 1. Xarici və yerli ədəbiyyatda problemin tədqiqi yollarını araşdırmaq

Mərhələ 2. Uşaqların valideynlərlə qarşılıqlı münasibətlərinin psixoloji xüsusiyyətləri

Mərhələ 3. Uşaqların əxlaqi davranış qaydalarının mənimsəməsində valideynlərin rolunu öyrənmək

Əlaqə
Bakı Dövlət Universiteti, II korpus 9-cu mərtəbə, 900-cü otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 23, AZ 1148
Tel.: (+99412) 5390241 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət