İstiqamət: Milli dövlətçilik və şəxsiyyət
1.Müasir şəraitdə yeni şəxsiyyət modelinin formalaşmasının sosial-psixoloji məsələləri
Mövzunun rəhbəri: professor Kamilə Əliyeva
İcraçılar: professor Kamilə Əliyeva, dosent Rəşid Cabbarov
Məqsəd: Davamlı inkişaf şəraitində dəyərlərin transformasiyası müəyyən edilməsi.
Nəticə: Davamlı inkişaf şəraitində şagirdlərdə sosial-mədəni dəyərlərin formalaşmasının psixoloji problemlərinin öyrənilməsi yeni davranış modellərinin proqnozlaşdırılması və tədqiqi üçün olduqca aktualdır. Tədqiqatların analitik təhlili göstərir ki, yeni tipli şəxsiyyətin siyasi davaranışının istiqamətləri dəyərlərin tarnsmissiyası ilə sıx bağlıdır. Bunun başlıca səbəbi dəyərlərin yeni şəraitə tarsformasiyasının şəxsiyyət və sosial qruplar üçün inteqrativ baza və ya əsas olmasıdır.. Davamlı inkişafı şəraitində yeni tipli şəxsiyyət formalaşdırılması işi fikrimizcə siyasi davranışın dəyərlərlə inteqrativ əlaqəsi fonunda daha qabarıq göstərir. Bu həm milli özünügürçəkləşdirmə prosesinin istiqamətlərini müəyyən etməyə həm də yeni tipli şəxsiyyətin dəyərlər sitemini və siyasi davarnışını aydınlaşdırmağa imkan verəcəkdir.
2.Mədəni dəyərlərin transformasiyası şəraitində nəsillərarası münasibətlərin sosial psixologiyası
Mövzunun rəhbəri: professor Kamilə Əliyeva
İcraçılar: dosent Gülnarə Hüseynova
Məqsəd: Əldə edilmiş empirik materiallar əsasında X, Y, Z nəsillərin dəyərlər sisteminin transformasiyası fonunda nəsillərarası münasibətlərin sosial-psixoloji təhlili.
Nəticə: Elmi-tədqiqat işinin planına uyğun olaraq kross-mədəni əlaqələrin mədəni dəyərlər sisteminə təsiri öyrənilmiş, eləcə də mövcud şəraitdə nəsillərarası münasibətlərin təhlili keçirilmiş, ilkin nəticələr əldə edilmişdir.
3.Müasir dövrdə media obrazların şəxsiyyətə təsirinin sosial-psixoloji analizi
Mövzunun rəhbəri: professor Kamilə Əliyeva
İcraçılar: dosent Lalə Cabbarova
Məqsəd: Obrazların insanların şüurunu formalaşdırması psixoloji tədqiqatlardan bəllidir. Kütləvi şüura təsir üçün ən effektiv vasitə olduğunu nəzərə alaraq mediada müəyyən atributların, ideya və attityüdların, davranış modellərinin təşviqat və təbliğatını həyata keçirmək üçün müvafiq keyfiyyətlərə, obraza malik personajların yaradılmasına ehtiyac duyulur. Bu personajlar bizim tədqiqatda həm hansısa televiziya proqramının aparıcısı, film personajı, süjet qəhrəmanları, həm də bədii əsər qəhrəmanı, reklam çarxında təbliğ olunan obraz ola bilərdi.
Nəticə: Problemə sosial öyrənmə və kultivasiya nəzəriyyəsi aspektindən yanaşıldıqda, media obrazların “model-düşüncə”,“model-davranış” öyrətmə və şəxsiyyətlər “kultivasiya etmə”, “yetişdirmə” imkanlarını əsaslandırmaq mümkündür.
4.Müasir dövrdə şəxsiyyətin sərvət meyllərinin transformasiyasına təsir göstərən amillər
Mövzunun rəhbəri: professor Kamilə Əliyeva
İcraçılar: dosent E.A.Piriyeva, dosent İ.M.Məmmədli,psixol.ü.f.d. M.H.Mustafayev
Məqsəd: Müasir dövrdə şəxsiyyətin dəyərlərlər sistemində bir sıra dəyişikliklər, yeni psixoloji vəziyyətlər meydana çıxır. Bu dövrdə gənclər öz dəyərlər sistemini dərk etmək və qiymətləndirməklə yanaşı onların mənlik şüurunun məzmunu və özləri haqqında təsəvvürü dəyişir.
Nəticə: Apardığımız tədqiqat göstərdi ki, irəli sürdüyümüz fərziyyə, humanitar və texniki fakültələrdə təhsil alan tələbələrin normativ ideallar və şəxsi davarnış səviyyəsi arasında əhəmiyyətli fərqlər vardır-- fərziyyəsi demək olar ki, təsdiqləndi. Tədqiqat göstərdi ki, texniki elmlər üzrə təhsil alan tələbələrdə təhlükəsizlik dəyişəni istisna olmaqla digər dəyişənlərin normativ ideallar və şəxsi davranış səviyyəsində ciddi formada fərqlənir.
5.Müasir cəmiyyətdə şəxsiyyətin sosial-psixoloji adaptasiya xüsusiyyətlərinin tədqiqi.
Mövzunun rəhbəri: professor Kamilə Əliyeva
İcraçılar: psixol.ü.f.d. Mehriban Eyyubova
Məqsəd:Şəxsiyyətin uyğunlaşması prosesi nəticəsində onun tərəflərini, psixoloji xüsusiyyətlərini və xarakteristikasını tədqiq etmək və şəxsiyyətin adaptasiya obyekti kimi uyğunlaşmasının səciyyəvi xüsusiyyətlərini öyrənmək.
Nəticə: Adaptasiyanın daha effektiv nəticəsi subyektin davranışında uyğunlaşma aspektlərinin olmasıdır. Adaptasiya prosesində subyekt ciddi cəhd göstərərsə, onun fəaliyyəti daha tez uyğunlaşa bilər. Subyekt mühitin dəyişiklərinə müstəqil olaraq özünün məqsəd və tələbatları ilə uyğunlaşdırmağa cəhd göstərir.
6.Zorakılıq amilinin şəxsiyyətin formalaşmasına təsiri məsələlərinin sosial-psixoloji aspektləri
Mövzunun rəhbəri: professor Kamilə Əliyeva
İcraçılar: psixol.ü.f.d. Şahnaz Aslanova
Məqsəd: Zorakılığın şəxsiyyətin formalaşmasına təsirləri baş verən zorakılıq halının forması, davametmə müddəti, tezliyi, dərəcəsi, zorakılığın baş verdiyi məqamdakı proseslər, fərdin sahib olduğu mübarizə metodları və sosial dəstəyinə görə dəyişir.
Nəticə:Cari ildə elmi – tədqiqat işinin planına uyğun olaraq şəxsiyyət psixologiyası, zorakılıq probleminin öyrənilməsinə istiqamətləndirilmiş elmi-psixoloji ədəbiyyat öyrənilmiş, təhlil edilmişdir.
7.Müasir polietnik mühitdə şəxsiyyətlərarası münasibətlərə təsir göstərən amillər
Mövzunun rəhbəri: professor Kamilə Əliyeva
İcraçılar: Nərminə Qurbanova
Məqsəd: Polietnik mühitdə şəxsiyyətlərarsı münasibətlərin xüsusiyyətlərini öyrənmək
Nəticə: Cari ildə elmi – tədqiqat işinin planına uyğun olaraq şəxsiyyətlərarası münasibətlərdə etnik amili problemi ilə bağlı mövcud ədəbiyyat nəzərdən keçirilmiş, müvafiq elmi tədqiqatlar öyrənilmiş və təhlil edilmişdir.
8.Modanın şəxsiyyətin özünügerçəkləşdirmə və inkişafı prosesinə təsirinin sosial-psixoloji məsələləri
Mövzunun rəhbəri: professor Kamilə Əliyeva
İcraçılar: Diyanə İbrahimova
Məqsəd: Modanın şəxsiyyətin özünügerçəkləşdirmə və inkişafı prosesinə təsirinin sosial-psixoloji məsələləri təhlil etmək.
Nəticə: Cari ildə elmi – tədqiqat işinin planına uyğun olaraq modanın tələbə gənclərin şüur və davranışına təsirinin sosial – psixoloji təhlili aparılmışdır. Eyni zamanda mövzuyla bağlı aparılan yerli və xarici eksperimental tədqiqatlarla yaxından tanış olub, həmin tədqiqatlarda, eləcə də digər elmi ədəbiyyatda olan müvafiq metod və metodikalar nəzərdən keçirilmişdir.
9.Təlim şəraitində şəxsiyyətin polimədəni inkişafının psixoloji məsələləri
Mövzunun rəhbəri: professor Kamilə Əliyeva
İcraçılar: Cəmilə Səfərova
Məqsəd: Təlim şəraitində şəxsiyyətin polimədəni inkişafının psixoloji məsələləri araşdırmaq.
Nəticə: Polimədəni təhsil sistemi gənclərin etnik və dünya mədəniyyətləri ilə tanışlığı əsasında konstruktiv əməkdaşlıq ideologiyasının inkişafı üçün şərait yaratmaqdan ibarət olan bir prosesdir. Müasir təhsil sisteminin qlobal vəzifəsi dialoq, mədəniyyətlərarası ünsiyyət yolu ilə mədəniyyəti dərk edə bilən gənclərin yetişdirilməsidir.
10.Stereotiplərin şəxsiyyətin formalaşmasına olan təsiri
Mövzunun rəhbəri: professor Kamilə Əliyeva
İcraçılar: Ülkər Həsənova
Məqsəd: Stereotiplərin və onların təhsil sistemində şagirdlərin peşə seçiminə olan təsirinin öyrənilməsi
Nəticə: Elmi işin hazırki mərhələsində stereotiplərin formalaşmasının, inkişaf etməsinin müxtəlif mərhələləri ilə bağlı ədəbiyyatların araşdırılması və təhlili həyata keçirilib. Stereotiplərin insanların davranışına, düşüncə tərzinə və bunun nəticəsində baş verən münasibətlərə təsiri nəzəri cəhətdən təhlil olunmuşdur.