Gender və tətbiqi psixologiya kafedrasının tarixi

Yarandığı gündən kafedraya psixologiya elmlər namizədi, professor Rəna Fuad qızı İbrahimbəyova rəhbərlik edir. Hazırda kafedrada iki nəfər professor (Rəna Fuad qızı İbrahimbəyova, Svetlana Məcid qızı Məcidova), iki nəfər dosent (Rövşən Əli oğlu Cavadov, Elmina Mobil qızı Kazımzadə),  2 nəfər psixologiya üzrə fəlsəfə doktoru (Vəfa Qeysər qızı Nağıyeva , Ramiyyə Rövşən qızı Cavadova), 1 nəfər pedaqogika üzrə fəlsəfə doktoru (Məlahət Rafiq qızı Nuriyeva)  müdafiə edib, 1 nəfər 0.5 ştat müəllim (Nərgiz Firdovsi qızı Sultan), 1 nəfər əvvəzçiliklə baş müəllim (Heydər Arif oğlu Aslanov)  və bir tam ştat baş laborant (Cəmilə Arif qızı Quliyeva) fəaliyyət göstərir.

Gender və Tətbiqi psixologiya kafedrası BDU–da 2002-ci ildən fəaliyyət göstərir.   Kafedranın yaradılmasında respublikamızda 1997-2000-ci illərdə həyata keçirilən BMT-nin İnkişaf Proqramının və Azərbaycan Hökümətinin birgə “Azərbaycanda Gender İnkişafda” layihəsinin reallaşdırılması əsaslı rol oynayıb. Bu layihənin dəstəyi ilə 2000-ci ilin noyabr ayında Bakı Dövlət Universitetində “Gender tədqiqatları mərkəzi” yaradıldı, sonra həmin mərkəz əsasında Sosial elmlər və psixologiya fakültəsi nəzdində  “Gender və tətbiqi psixologiya” kafedrası təşkil edilib.  Kafedranın açılmasının məqsədi bir tərəfdən beynəlxalq aləmi  düşündürən XX əsrin ən mühüm məsələlərindən biri olan gender bərabərliyi probleminin həm tədqiqi, həm də gender bilikləri və tədqiqat  nəticələrindən tədrisdə istifadə olunmasını həyata keçirmək idisə, digər tərəfdən müasir dövrdə gündəmdə olan bu problemin müxtəlif aspektlərinin araşdırılması istiqamətində psixologiya elminin nailiyyətlərindən səmərəli şəkildə istifadə olunması tələbini ödəmək olub.  Gender ilə bağlı   belə kafedra respublikada ilkin, MDB ölkələri məkanında da birincilərdən olub. Bu da heç təəcübləndirici deyil. Hələ 1919-cu  ildə, digər ölkələrdə qadın  hüquq bərabərliyi, qadın savadsızlığı ilə mübarizə yenicə dərk edildiyi bir vaxtda,  Azərbaycan Demokratik Respublikasının (Azərbaycan Cumhürriyəti) Parlamenti tərəfindən Bakı Dövlət Universiteti haqqında qəbul edilmiş  qanunda (VIII və IX maddələrdə) yazılıb: “Yeni tələbələr, istər erkək, istər kadın ümumi əsaslar üzrə qəbul olunurlar”. Şübhəsiz, Bakı Dövlət Universitetinin hər zaman özünə məxsus, mütərrəqi ab-havanı saxlamaq xüsusiyyəti BMT-nin Azərbaycandakı ofisinin  gender probleminin tədqiqi və tədrisi barədəki təklifinin qəbul olunmasında özünü göstərib. Uuniversitetin rəhbərliyi bu məsələyə diqqət yetirərək gender dərslərinin  bakalavr pilləsində 15  fakültədə  aparılmasına dəstək verib.

Əlaqə
Bakı Dövlət Universiteti, II korpus 9-cu mərtəbə, 900-cü otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 23, AZ 1148
Tel.: (+99412) 5390241 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət