Sosiologiya kafedrasının tarixi

1991-ci ildə “Fəlsəfə və sosiologiya” adı altında Sosial elmlər və psixologiya fakültəsində ixtisas kafedrası yaradıldı. Yarandığı gündən ona fəlsəfə elmləri doktoru, əməkdar elm xadimi, professor Cəmil Teymur oğlu Əhmədli rəhbərlik etdi.

2004-cü ildə fakültədə “Sosiologiya” ixtisası üzrə həm bakalavr, həm də magistratura təhsil pillələri üzrə kadr hazırlığının həyata keçirilməsi və “Fəlsəfə” istiqaməti üzrə digər ixtisas kafedralarının mövcudluğu nəzərə alınaraq bu kafedranın bazası əsasında “Sosiologiya” kafedrası yaradılıb. 2004-cü ildə Fəlsəfə elmləri doktoru, professor İzzət Əşrəf oğlu Rüstəmov “Sosiologiya” kafedrasının müdiri seçilib. 2019-cu ildə professor Rəfail Musa oğlu Həsənov “Sosiologiya” kafedrasının müdiri seçilib.

Ölkəmizdə bu istiqamətdə mütəxəssis yetişdirmək məqsədilə BDU-nun Sosial elmlər və psixologiya fakültəsində təhsilin bakalavr və magistr pilləsi üzrə kadr hazırlığına başlanılıb. Hər il Bakı Dövlət Universitetinin sosiologiya ixtisasına bakalavr üzrə 1000-ə yaxın tələbə, magistratura üzrə 10 nəfərdən yuxarı tələbə qəbulu həyata keçirilir. Bu gün BDU-da Sosiologiya ixtisasına Azərbaycan, rus, ingilis –bölmələrinə tələbə qəbulu həyata keçirilir. Hazırda sosiologiya ixtisasında 200  nəfərdən çox tələbə və 20 nəfərə yaxın  magistrant təhsil alır. Sosiologiya üzrə təhsilin magistratura pilləsi üzrə İdarəetmənin sosiologiyası, Siyasətin sosiologiyası və Sosioloji tədqiqatların metodologiyası və metodikası ixtisaslarına magistr qəbulu var.

Kafedrada hazırda sosiologiya üzrə elmlər doktoru, professor Rəfail Musa oğlu Həsənov, fəlsəfə üzrə elmlər doktoru, professor Kazım Ağamirzə oğlu Əzimov, fəlsəfə üzrə elmlər doktoru, professor İzzət Əşrəf oğlu Rüstəmov (məsləhətçi-professor), fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Tahir Bayram oğlu Ağayev, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Hörmət Qənbərəli qızı Cavadova, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Sevil Aydın qızı İsmayılova, sosiologiya üzrə fəlsəfə doktoru, dosent Yaqut Nadir qızı Əliyeva, sosiologiya üzrə fəlsəfə doktoru, müəllim Fərəh Rəhman qızı Xəlilova, sosiologiya üzrə fəlsəfə doktoru, müəllim Südabə Söhrab qızı Haşımova və müəllim Natəvan Xeyrulla qızı Nəcəfova çalışır.

Sosioloji araşdırmalar sahəsində uğurlu elmi tədqiqatlar aparan Sosiologiya kafedrası fakültənin ixtisas kafedrası olub, sosiologiyanın bütün sahələrinin fakültədə tədrisini həyata keçirir.

Əlaqə
Bakı Dövlət Universiteti, II korpus 9-cu mərtəbə, 900-cü otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 23, AZ 1148
Tel.: (+99412) 5390241 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət