Sosial və pedaqoji psixologiya kafedrasının tarixi

Son illər psixologiya elminə artan maraq, cəmiyyətdə baş verən pozitiv dəyi­şik­liklər Bakı Dövlət Universitetində psixologiya üzrə yeni kafedraların ya­ran­masını zəruri etdi. Bununla əlaqedar BDU-nun rektoru, AMEA-nın həqiqi üz­vü, akad.A.M.Məhərrəmovun psixologiya elminə olan xüsusi diqqəti nəti­cəsində 2010-cu ilin fevral ayında  06.02.10 tarixli R-04 saylı əmri əsa­sında  Sosial elmlər və psixologiya fakültəsinin nəzdində Sosial və pe­da­qoji psixologiya kafedrası yaradılıb. Yeni yaradılmış Sosial və pe­da­qoji psixologiya kafedrasına rəhbərlik psixologiya elmlər doktoru, pro­fes­sor Kamilə Ramiz qızı Əliyevaya həvalə edilib.

Bir tərəfdən tətbiqi təd­qiqatların genişlənməsi, digər tərəfdən sosial və təhsil sferasında psi­xo­loji xidməti təşkil və təmin etmək zərurəti psixo­logiya kafedrasından sosial və pedaqoji psixologiya kafedrasının ya­ran­ma zərurətini ortaya qoyub. Kafedranın yaranması zərurətin­dən biri də müasir tələblərə cavab verən, pedaqoji və psixoloji yönümlü yeni fənnlərin tədrisini güc­lən­dir­məkdir. Bununla yanaşı uzun illər sosial psixo­logiya və pedaqoji psixologiya ixtisaslaş­ması üzrə magistraturaya qəbulun həyata keçiril­mə­si də sosial və peda­qoji psixologiya kafedrasının yaradılmasını zəruri edib. Hal – hazırda kafedrada sosial, pedaqoji psixologiya və təhsildə sosial – psixoloji xidmət ixtisas üzrə magistr hazırlığı aparılır.

Kafedra fəaliyyət göstərdiyi qısa müddət ərzində BDU-nun elmi iş­lərinə fəal qoşulub. Kafedranın elmi istiqaməti əsasən şəxsiyyətin təh­sildə sosial-psixoloji problemləri, şəxsiyyət və təhsil problemləri, eləcə də multimədəni təhsil milli mədəniyyətin müxtəlifliyinin, təkrarolun­mazlı­ğının və etnikliyin qorunması vasitəsi kimi, yeni şəraitdə mədəni dəyərlərin transformasiyası mövzularda tədqiqat işi aparır. Kafedra əməkdaşları tərəfindən elmi-tədqiqat işlərinin yerinə yetirilməsi plana uyğun olaraq aparılır, onların ardıcıl müzakirəsi təmin olunur və müzakirələrin nəticələri iclas protokollarında əks olunur. Kafedrada aparılan elmi-tədqiqat işlərinin nəticələri xüsusi kurs və seminarların tədrisində istifadə olunur. Belə ki, professor K.R.Əliyevanın tədqiqat işindən əldə olunan nəticələr müasir Azərbaycan gənclərinin yaradıcı potensialının araşdırılıb öyrənilməsi, tələbələrdə yaradıcı imkanların inkişafı prosesində istifadə olunur.

Kafedranın tədqiq etdiyi sahələrin genişliyi və aktuallığı kafedranın nəzdində elmi tədqiqat laboratoriyasının təşkil olunmasına zəmin yaradır. Bununla yanaşı olaraq kafedrada magistr, doktorant və dissertantların hazırlanmasına geniş yer verilir. Son illər ərzində kafed­ra­da bir sıra proqram, dərs vəsaiti və kitablar nəşr edilmişdir. Kafedranın tərkibi 2 nəfər pro­fessor (Kamilə Ramiz qızı Əliyeva, Rəşid Vəkil oğlu Cabbarov), 5 nəfər dosent (Gülnarə Qulu qızı Hüseynova, Lalə Məhəmməd qızı Cabbarova, Elnarə Abbas qızı Piriyeva, İranə Məhəmməd qızı Məmmədli, Mustafayev Müşviq Hüseyn oğlu ), 7 nəfər tam ştat müəllim (Mehriban Niyaz qızı Eyyubova,  Şahnaz Rəcəb qızı Aslanova,Nərminə Şamil qızı Qurbanova, Diyanə Rəşid qızı İbrahimova, Cəmilə Elşad qızı Səfərova, Aydan Güləddin qızı İbrahimova, Nigar Eyvaz qızı Yusifova) 2 nəfər yarım ştat müəllim (Aysel Hikmət qızı Hacıyeva, Hüseynli Çinarə Aydın qızı), 1 nəfər laborant ( Quliyeva Gülnar Rasim qızı) ibarətdir.

Kafedra əməkdaşları bir sıra dövrü nəşrlərdə, müx­təlif elmi seminar və konfranslarda, həmçinin kitabların yazılmasında iştirak ediblər. K.R.Əliyeva rəhbərlik etdiyi kafedranın beynəlxalq əlaqələrinin genişləndirilməsi məqsədilə xarici ölkələrin uni­ver­sitetlərinin elmi təcrü­bə­sin­dən yararlanmasını təşkil edir. Belə ki, müəl­lim­lərin xaricdə təşkil olu­nan beynəlxalq konfrans və seminarlarda mü­tə­ma­di iştirakına xüsusi diq­qət yetirir. Kafedra əməkdaşlarının İmpakt faktorlu jurnallarda məqalələri çap olunub. Eyni zamanda 2010-2013-cü illərdə Azərbaycan Res­pub­li­ka­sı Prezidenti yanında elmi inkişaf fondu ilə birgə təşkil olunmuş gənc alim və mütəxəssislərin qrant layihələri müsabiqəsində “Azərbaycanda 0-5 yaşlı uşaq­ların psixoloji qiymətləndirilməsi – DİSC (Uşaq inkişafının qiymət­lən­diril­məsi aləti) metodikasının Azərbaycan mühitinə kross-kultural  adaptasiyası” adlı layihə ilə iştirak edib. Layihə rəhbəri Əliyeva Turanə Əlvan qızı, icraçıları Əliyeva Kamilə Ramiz qızı, Məmmədli İranə Məhəmməd qızı olub.

Turanə Əlvan qızı Əliyeva ( qeyd: 2017-ci ildə kafedranın əməkdaşları sırasından xaric olunub ) British Council-ın Böyük Britaniya və Azərbaycan ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişafı proqramı çərçivəsində kiçik qrant qalibi olub. British Council-ın Qlobal Əməkdaşlıq Təşəbbüsü çərçivəsində həyata keçirilən qrantın məqsədi tədris və tədqiqat sahələrində bilik və təcrübə mübadiləsi vasitəsi ilə ali təhsil müəssisələrinin əməkdaşlığına dəstək verməkdən ibarət olub. 7-10 sentyabr, 2015-ci il tarixində Turanə Əliyevanın yuxarıda qeyd olunmuş proqram çərçivəsində Şotlandiyanın Qlasqo şəhərində yerləşən Qlasqo Universitetinə səfəri baş tutub.

Kafedra əməkdaşlarından Cabbarov Rəşid Vəkil oğlu (layihə rəhbəri), icraçıları Mustafayev Müşviq  Hüseyn oğlu, İbrahimova Diyanə Rəşid qızı 2016-2017-ci illər üçün Azərbaycan Res­pub­li­ka­sı Prezidenti yanında elmi inkişaf fondu ilə birgə təşkil olunmuş Gənc alim və mütəxəssislərin qrant layihələri müsabiqəsində “2014-cü il üçün 3-cü “Şuşa qrantı” birgə müsabiqəsi (EİF/MQM-3-Shusha-2014-7(22)): Azərbaycan – Ermənistan Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmış qaçqın və məcburi köçkünlərin sosial – psixoloji vəziyyətinin qiymətləndirilməsi” adlı layihə ilə iştirak edibər.

Əlaqə
Bakı Dövlət Universiteti, II korpus 9-cu mərtəbə, 900-cü otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 23, AZ 1148
Tel.: (+99412) 5390241 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət