ŞAHMALIYEV CAVİD

ŞAHMALIYEV CAVİD

ŞAHMALIYEV CAVİD

Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə departamentinin müdiri

10 oktyabr 1985-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1992-2003-cü illərdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 297 saylı orta məktəbi bitirmişdir. 2003-cü ildə Azərbaycan Respbublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakultəsinin Politologiya ixtisasına daxil olmuşdur və 2007-ci ildə bakalavr pilləsi üzrə təhsilini bitirmişdir. 2007-ci iyul ayından 2008-ci ilin iyul ayına qədər hərbi xidmətdə olmuşdur. 2008-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakultəsinin Həyat fəaliyyətinin müxtəlif dairələrində Sosial İş ixtisası üzrə magistr pilləsinə daxil olmuşdur. 2009-cu aprel ayından 2011-ci ilin aprel ayına qədər SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasının Bakı Ailələrə Dəstək Layihəsində sosial işçi vəzifəsində çalışmışdır. 2010-cu ildə “Ahıllarla sosial iş“ adlı magistr dissertasiyasını müdafiə edərək magistr dərəcəsi almışdır. 2010-cu ilin sentyabr ayından BMT yerli nümayəndəlikləri ilə (Əhali Fondu, Uşaq Fondu) yerli məsləhətçi/təlimçi kimi əməkdaşlığa başlamışdır. 2011-2016-ci illər üzrə Bakı Dövlət Universitetində Sosiologiya ixtisası doktorantura pilləsinə təhsil almış və hazırda doktorluq işinin müdafiəsi üzərində çalışır. Bu günə qədər 7 elmi məqaləsi çap olunmuşdur. 2011-2013-ci illərdə SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasının Sumqayıt Ailələrə Dəstək Layihəsində koordinator vəzifəsinə yüksəlmişdir. 2010-2017-ci illər ərzində Azərbaycan Turizm İnstitutu, Xəzər universiteti və Bakı Dövlət Universitetlərində sosial işin tədrisini həyata keçirmişdir. 2015-ci ilin yanvarından 2017-ci ilin yanvar ayınadək „Cənubi Qafqaz Boru Xəttinin Genişləndirilməsi“ layihəsində „Sosial məsələlər üzrə təlimatçı“ vəzifəsində çalışmışdır. 2010-2022-ci illər ərzində Avstriya, İsveç, Almaniya, Malayziya, İordaniya, Rusiyya, Türkiyə, Gürcüstan, Böyük Britaniya, Xorvatiya, Yunanıstan, Makedoniyada, Serbiya, Bolqarıstan, Qazaxstan, Qırğızıstan və Litvada bir sıra beynəlxalq konfrans və görüşlərdə iştirak etmişdir. 2017-ci ilin fevral ayından dekabr ayınadək SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasında İctimai Vəkillik üzrə mütəxəssis vəzifəsində çalışmış və daha sonra Milli Proqram İnkişaf Direktoru vəzifəsinə yüksəlmişdir. 2019-cu ilin iyul ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin DOST Xidmətlər departamentində Sorğularla iş şöbəsinin müdiri, oktyabr ayından isə Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentin direktoru vəzifəsində çalışmışdır. 2020-ci ildən bu günədək Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə departamentinin müdiri vəzifəsində çalışır.

Əlaqə
Bakı Dövlət Universiteti, II korpus 9-cu mərtəbə, 900-cü otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 23, AZ 1148
Tel.: (+99412) 5390241 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət