RƏCƏBLİ DAŞQIN

RƏCƏBLİ DAŞQIN

RƏCƏBLİ DAŞQIN

Dövlət Qulluğunun baş müşaviri

Rəcəbli Daşqın Allahverdi oğlu 1981-ci il iyul ayının 6-da ziyalı ailəsində anadan olub. 1987-ci ildə Ağsu 4 saylı orta məktəbin I sinfinə daxil olub, 1998-ci ildə Polad Mirzəyev adına Ağsu şəhər internat orta məktəbini əla qiymətlərlə başa vurub. 1998-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinə  daxil olub, 2002-ci ildə həmin fakültənin “Sosiologiya” ixtisasını bakalavr pilləsi üzrə qırmızı diplomla bitirib. 2004-cü ildə həmin fakültəni «Siyasətin sosiologiyası» magistratura istiqaməti üzrə fərqlənmə diplomu ilə bitirib. 2004-2008-ci illərdə BDU-nun «Siyasət nəzəriyyəsi» istiqaməti üzrə əyani aspiranturasında təhsil alıb. 2005-ci ildə “Azərbaycan Respublikası gənclər siyasəti” proqramı üzrə qısamüddətli ixtisasartırma kursunu bitirib.  2003-2010-cu illərdə 20-ə qədər beynəlxalq treninq-seminar və konfranslarda iştirak edib. 2015-ci ildə “Beynəlxalq siyasi münaqişələrin nizamlanması problemi” mövzusunda dissertasiya işini müdafiə edərək, 2016-cı ildə Siyasi elmlər üzrə Fəlsəfə doktoru elmi adına layiq görülüb. 30-a yaxın elmi məqalə və tezisin müəllifidir.     Təhsil aldığı dövrdə universitetin ictimai həyatında aktiv fəaliyyət göstərərək,  Universitet Tələbə Şurasının fakültə sədrinin müavini, fakültənin Azad Tələbə Həmkarlar Təşkilatının sədri, Universitetin Azad Tələbə Həmkarlar Təşkilatı Komitəsinin sədr müavini vəzifələrində çalışıb. Bundan başqa geniş sosial-siyasi fəaliyyət göstərərək, «Azərbaycan və Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti»nin Analitik İnformasiya Departamentinin həmsədri, «Azərbaycan-Böyük Britaniya Gənclərinin Dostluq Cəmiyyəti»nin İdarə Heyətinin üzvü, «İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı» İctimai Birliyinin sədri olub. Fəaliyyəti dövründə xeyli sayda fəxri fərman və diplomlarla təltif olunub. 2007-ci ildə Azərbaycan Respublikasının “İlin ən yaxşı gənci” adına layiq görülüb. Əmək fəaliyyətinə 2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının «Fəlsəfə» institutunun «Fəlsəfənin Yeni İstiqamətləri və Gender» şöbəsində baş laborant vəzifəsində başlayıb. Eyni zamanda İnstitutun Azad həmkarlar Təşkilatının katibi, «Qızıl Aypara» təşkilatının təmsilçisi, «Elm» qəzetinin institutdakı nümayəndəsi olub. 2005-ci ilin iyun ayında seçki yolu ilə Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri vəzifəsinə işə qəbul olunub. 2005-2007-ci illərdə Bakı Dövlət Universiteti, Politologiya və Sosiologiya kafedrasında saathesabı qaydada pedaqoji fəaliyyətlə məşğul olub. 19 yanvar 2009-cu ildə Azərbaycan Respublikasının Müdafiə Nazirinin müvafiq əmrinə əsasən I Ordu korpusunun N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2010-cu il yanvar ayının 2-də Azərbaycan Respublikasının Müdafiə Nazirinin müvafiq əmrinə əsasən fəxri fərmanla təltif edilərək ehtiyata buraxılıb. 2010-2012-ci illərdə Bakı Dövlət Universitetinin Politologiya və Sosiologiya kafedrasında baş metodist vəzifəsində çalışıb. 2012-2014-cü illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Sədrin köməkçisi vəzifəsində işləyib. Daha sonra 2015-ci ilin aprelindən həmin ilin dekabr ayına qədər Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransl Gənclər Forumunun Avroasiya Regional Mərkəzində departament direktoru, 2016-2018-ci illərdə Azərbaycan Respublikası Milli Məclisində Komitə və Komissiyalarla iş şöbəsində məsləhətçi vəzifəsində çalışıb. 2018-ci ildən Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri vəzifəsində çalışıb. Hazırda Dövlət Qulluğunun baş müşaviridir. 2022-ci ildə Azərbaycan Respublikasının “Tərəqqi”, 2023-cü ildə isə “Diaspor fəaliyyətində xidmətə görə” medalları ilə təltif edilib. Ailəlidir, iki övladı var.

Əlaqə
Bakı Dövlət Universiteti, II korpus 9-cu mərtəbə, 900-cü otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 23, AZ 1148
Tel.: (+99412) 5390241 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət