ƏLİYEV ƏBDÜL

ƏLİYEV ƏBDÜL

ƏLİYEV ƏBDÜL

Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri

1986-cı il oktyabrın 9-da Bakı şəhərində anadan olub. 2008-ci ildə Bakı Dövlət Universitetini Politologiya ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2012-ci ildə isə, Milli Təhlükəsizlik və Siyasi Strategiya ixtisası üzrə magistr dərəcəsi ilə bitirmişdir. 2015-ci ildə Əbdül Əliyev əlavə olaraq, Praqa Çarlz Universitetində Beynəlxalq İqtisadi və Siyasi Tədqiqatlar üzrə magistr dərəcəsi əldə etmişdir.2010-2011-ci illərdə Azərbaycan Respublikası Prezident Administrasiyasında işləyərək təcrübə qazanmışdır. 2011-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində məsləhətçi vəzifəsində çalışmışdır. 2014-2015-ci illərdə Çexiyanın Praqa şəhərində yerləşən Česko-Ázerbájdžánsky Spolek gənclər təşkilatının sədri kimi fəaliyyət göstərmişdir. 2016-2018-ci illərdə Qəbələ regional ASAN xidmət mərkəzinin direktoru kimi çalışmışdır.2018-2023-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışmışdır.2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncam əsasında "Tərəqqi" medalı ilə təltif edilib.2022-ci ildə "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illik yubileyi (2012-2022)" münasibətilə Azərbaycan Respublikasının "Yubiley medalı" ilə təltif edilib. 01.09.2023 etibarən R Group Holdingin icraçı direktor vəzifəsində fəaliyyət göstərir

Əlaqə
Bakı Dövlət Universiteti, II korpus 9-cu mərtəbə, 900-cü otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 23, AZ 1148
Tel.: (+99412) 5390241 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət