ƏHMƏDOV MUSA

ƏHMƏDOV MUSA

ƏHMƏDOV MUSA

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini

11 may 1983-cü ildə Bakıda anadan olub. 1990-2000-ci illərdə Bakı şəhəri Binəqədi rayonu 126 nömrəli məktəbdə təhsil alıb. 2000-ci ildə Bakı Dövlət Universitetinin “Sosial elmlər və psixologiya” fakültəsinin “Politologiya” ixtisasına qəbul olunub. 2004-cü ildə fərqlənmə diplomu ilə təhsilini başa vurub. 2004-2006-cı illərdə Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə Bakı Dövlət Universitetində magistr təhsili alıb. Təhsilini fərqlənmə diplomu ilə bitirib. 2005-2006-cı illərdə “Azernews” və “Assa-İrada” İnformasiya agentliyində müxbir, 2006-2011-ci illərdə “ANS” Müstəqil yayım və teleradio şirkətində müxbir və “İqtisadiyyat” verilişinin aparıcısı, 2011-2014-cü illərdə “Yurd” internet televiziyasında efir redaktoru, 2014-2018-ci illərdə “Azəri-Press” Agentliyində redaktor, 2018-2019-cu illərdə “Report” İnformasiya Agentliyində redaktor vəzifəsində çalışıb. 2019-cu ilin mart ayından etibarən Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini vəzifəsində çalışır.

Əlaqə
Bakı Dövlət Universiteti, II korpus 9-cu mərtəbə, 900-cü otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 23, AZ 1148
Tel.: (+99412) 5390241 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət