Cabbarov Rəşid Vəkil oğlu 1970-ci il 16 may tarixində Zəngilan rayonunun Rəzdərə kəndində anadan olub. 1977-1987-ci illərdə Rzədərə kənd orta məktəbində oxumuşdur. 1988-ci ildə keçmiş hərbi xidmətə çağrılmış və Rusiya Federasiyasının kirov əyalətində N saylı hərbi hissədə xidmət edib. Hərbi xidmət dövründə hərbi hissənin komsomol komitəsinin sədri olub. Hərbi xidməti uğurla baş vurduqdan sonra Zəngilan rayonuna qayıdıb. 1993-cü ilə dində Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya ixtisasına daxil olub, 1997-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1997-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Ümumi psixologiya ixtisasına daxil olub və 1999-cu ildə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib. 2000-2003-cü illərdə Psixologiya kafedrasının dissertantı olub, eyni zamanda Psixologiya kafedrasında saathesabı qaydada dərs aparıb.
2000-ci ildə Bakı Dövlət Universitetinin nəzdində yaradılmış “Eksperimental psixologiya” ETL-ə eımi işçi vəzifəsinə işə qəbul edilib. 2008-ci ildən “Eksperimental psixologiya” ETL-in böyük elmi işçi vəzifəsinə təyin olunub. 2004-cü ildə “Yeniyetmələrdə özünüdərketmənin psixoloji təhlili” mövzusunda psixologiya üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmiş və psixologiya elmləri namizədi adını alıb.
Cabbarov Rəşid Vəkil oğlu 2008-ci ildə 6107.01 - “Pedaqoji psixologiya” ixtisas üzrə doktoranturaya daxil olmuş və 2017-ci ildə “Təhsildə şəxsiyyətin özünügerçəkləşdirməsinin psixoloji problemləri” mövzusunda psixologiya üzrə elmlər doktoru dissertasiyasını müdafiə etmiş və 2019-cu ildə psixologiya elmləri doktoru elmi dərəcəsini alıb.
Cabbarov Rəşid Vəkil oğlu 2000-2015-ci illərdə BDU-nun “Eksperimental psixologiya “ETL-da elmi işçi və böyük elmi işçi vəzifələrində çalışıb. 2013-cü ildə “Pedaqoji psixologiya” ixtisası üzrə dosent vəzifəsində çalışır. 2017-ci ildən hal-hazıradək Sosial və pedaqoji psixologiya kaferasının dosentidir.
Cabbarov Rəşid Vəkil oğlu Sosila elmlər və psixologiya fakültəsinin bakalavriatura və magistratura təhsil səviyyələrində “Pedaqoji psixologiya”, “Yaradıclıq psixologiyası”, “Hüquq psixologiyası”, ”Siyasi psixologiya”, “Pedaqoji psixologiyanın aktual problemləri”, “Şəxsiyyətin yaradıcı potensilanın inkişafı” və “Təlim psixologiyası” fənlərini tədris edir.
Cabbarov Rəşid Vəkil oğlu müxtəlif yerli və beynəlxalq səviyyəli konfranslarda məruzələr ilə çıxış edib, bir neçə konfransada moderator olub. (2021-ci 14-16 may Türkiyə Respublikası). O, 130 elmi əsərin (100 məqalə, 30 konfrans materialı), o cümlədən 4 dərsliyin, 1 metodik göstərişin, 4 monoqrafiyanın və 16 fənn üzrə proqramın müəllifidir. 17 məqaləsi Clarivate Analytics şirkətinin Web of Science bazasına daxil olan jurnallarda dərc olunub və müəllifə istinadlar H6 səviyyəsindədir.
Cabbarov Rəşid Vəkil oğlu beynəlxalq reytinqli bir sıra jurnalların redaksiya heyyətinə qəbul edilib:
- Dilemas Contemporáneos: Educación, Política y Valores Contemporary Dilemmas: Education, Politics and Values.
- Gênero e Direito Centro de Ciências Jurídicas.
- Journal of Interdisciplinary Debates). Bu jurnallar müasir təhsilin problemlərinin araşdırlması ilə məşğul olurlar.
Cabbarov Rəşid Vəkil oğlu 2006-cı ildən 2017-ci ilə kimi BDU-nun nəzdində fəaliyyət göstərən FD.02.014 Dissertasiya Şurasının üzvü və elmi katibi olub. Hal hazırda Dissrtasiya Şurasının nəzdində fəaliyyət göstərən “Pedaqoji psixologiya” ixtisası üzrə Elmi Seminarın sədridir. Cabbarov Rəşid Vəkil oğlu 6 fəlsəfə doktoru dissertasiyasına rəhbərlik edir. Özünü məsuliyyətli, təcrübəli, işgüzar və praktiki biliklərini artıran tədqiqatçı və müəllim kimi göstərib. Ailəlidir, iki övladı var.