CƏFƏROV SARVAN

CƏFƏROV SARVAN

CƏFƏROV SARVAN

Kənd Təsərrüfatı Nazirliyi, nazir müavini

Sarvan Elxan oğlu Cəfərov 1985-ci ildə anadan olub. 1992-2003-cü illərdə Bakı şəhəri, 178 saylı ümumi orta təhsil müəssisəsində orta təhsil alıb. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində Politologiya ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə magistr təhsili alıb. Hər iki pillə üzrə təhsilini fərqlənmə diplomu ilə bitirib. 2007-2008-ci illərdə hərbi xidmətdə olub. 2012-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarəolunması ixtisasının Menecment ixtisaslaşması üzrə magistr təhsili alıb. 2015- 2017-ci illərdə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə” Dövlət Proqramı çərçivəsində 2015-2017-ci illərdə Avstriya Respublikasının Vyana şəhərində yerləşən Beynəlxalq Anti-Korrupsiya Akademiyasında Anti-Korrupsiya elmləri üzrə magistr təhsili alıb. 2009-2012-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsinin 3 saylı ərazi şöbəsində məsləhətçi vəzifəsində, 2012-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin köməkçisi vəzifəsində, 2018-2019-cu illərdə Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin köməkçisi vəzifəsində çalışıb. 2019-2020-ci illərdə kənd təsərrüfatı nazirinin müşaviri, 2020-ci ilin mart-iyul aylarında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli Sərəncamı ilə kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib. İngilis və Rus dillərini bilir. Evlidir, 3 övladı var.

Əlaqə
Bakı Dövlət Universiteti, II korpus 9-cu mərtəbə, 900-cü otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 23, AZ 1148
Tel.: (+99412) 5390241 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət